Lənkəranda Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bayram şənliyi keçirilib
Lənkəran, 22 dekabr, İlkin Adıyev, AZƏRTAC
Lənkəranda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram şənliyi keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir Azərbaycan Respublikasının ərazi bütövlüyü və müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb. Daha sonra Dövlət Himni səsləndirilib.
Çıxışlar zamanı Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün tarixi əhəmiyyətindən, bu əlamətdar günün bütün dünya azərbaycanlılarını bir amal ətrafında birləşdirməsindən bəhs olunub. Bildirilib ki, milli birlik və həmrəylik Azərbaycanın güclənməsində, dövlətçiliyimizin möhkəmlənməsində mühüm rol oynayır.
Eyni zamanda, qarşıdan gələn Yeni il münasibətilə iştirakçılara xoş arzular çatdırılıb, onlara möhkəm cansağlığı, rifah və firavan həyat, ölkəmizə isə davamlı inkişaf və uğurlar arzulanıb. Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində Azərbaycan beynəlxalq arenada öz mövqelərini daha da möhkəmləndirib, əldə olunan nailiyyətlər milli həmrəyliyin və birlik ruhunun bariz nümunəsidir.
Sonra bayram tədbiri bədii proqramla davam etdirilib.