İDMAN
Lionel Messi 2011-ci ilin yekunlarına əsasən ən yaxşı bombardir sayılmışdır
Bakı, 31 dekabr (AZƏRTAC). “Barselona” klubunun lideri Lionel Messi yığma komandaların matçları və beynəlxalq kubok turnirləri oyunları nəzərə alınmaqla, 2011-ci ilin yekunlarına əsasən ən yaxşı bombardir sayılmışdır. Bu barədə məlumat Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyasının (İFFHS) rəsmi saytında yer almışdır.
Hesabat dövründə argentinalı İFFHS-nin nəzərə aldığı görüşlərdə 19 top (4 top yığma komandanın heyətində, IS-I Avropa kuboku yarışlarında) vurmuşdur. Bu siyahıda ikinci yeri 2010/11-ci illər mövsümündə Avropa liqasının ən yaxşı snayperi sayılan Radamel Falkao tutmuşdur. Kolumbiyanın hesabında 17 top (4+13) vardır. Ən yaxşı üçlüyü 16 qolla iordaniyalı Həsən Əbdülfəttah (10+6) tamamlamışdır.
Xatırladaq ki, 2010-cu ildə beynəlxalq futbolda ən yaxşı hücumçu adını o vaxt Milanın “İnter” klubunun heyətində oynayan kamerunlu Sanyuel Eto'O və Küveyt təmsilçisi Bader Əl-Mutava bölüşmüşlər.