Azərbaycan Dövlət İnformasiya Agentliyi

Nailə Əliyeva: Blogerlərin insanlara və ölkəyə daha çox fayda vermələrini istərdim

Nailə Əliyeva: Blogerlərin insanlara və ölkəyə daha çox fayda vermələrini istərdim

Bakı, 15 iyun, Anara Axundova, AZƏRTAC

AZƏRTAC Azərbaycanın məşhur blogerləri ilə silsilə müsahibələrini davam etdirir. Budəfəki həmsöhbətimiz bloger, sahibkar, ictimai xadim, xeyriyyəçi Nailə Əliyevadır. Nailə xanım öz fəaliyyəti haqqında söz açıb, eləcə də ənənəmizə uyğun olaraq yeni başlayan blogerlərə məsləhətlər verib.

- Nailə xanım, blogerlik fəaliyyətiniz nədən başladı və bunun ayrıca fəaliyyət sahəsi olduğunu nə vaxt anladınız?

- Səhifəmin artıq on iki yaşı var və onun doqquz ilini mən demək olar ki, heyvanlar üçün açdığım salonda itlərin qırxılması postlarına həsr etmişəm. Həmin vaxtdan mənim səhifəmə təxminən 25 000-dən çox insan abunə olub. “Stories”də bəzən öz həyatımda baş verən hadisələr haqqında paylaşımlar etdiyim üçün bu reklam verənlərin diqqətini çəkdi. Mənim bu işə yanaşma və təqdim etmə tərzim onların xoşuna gəldi. Ona görə də, üç il əvvəl blogerlik işi ilə məşğul olmağımla bağlı təklif aldım. Mənim üçün bu baryeri keçmək, postlarda şəxsi həyatımı göstərməyə başlamaq çətin idi. Agentlər sözün birbaşa mənasında məni paylaşımlar etməyə az qala vadar edirdilər. Lakin vaxt keçdikcə başa düşürsən ki, nəyi ictimaiyyətə nümayiş etdirmək olar, nəyi əksinə, pərdə arxasında saxlamaq lazımdır.

 

- Siz bir neçə müxtəlif istiqaməti bir bloqda birləşdirməyə nail olmusunuz. Bunu necə edirsiniz?

- Mənim bloqum – mənim həyatımdır, yəqin ki, aktiv qadınların əksəriyyətində də belədir. Mən sadəcə olaraq, öz məişətim, hobbim, maraqlarım barədə paylaşımlar edirəm. Bu mənim həyatımın təbii axınıdır. Müxtəlif kateqoriyalara aid olan insanlar üçün çoxtərəfli və faydalı məlumatlar da məhz buradan qaynaqlanır.

- Necə düşünürsünüz, bloqunuzun uğur qazanmasının sirri nədədir?

- Səmimiyyətdə. Özün olmağı bacarmaq lazımdır. O zaman kontent uydurub tapmaq, publikaya oynamaq lazım gəlməyəcək. Əgər sizin həyat tərziniz kiməsə maraqlı gəlsə, o sizin səhifəyə abunə olacaq. Həmçinin parlaq, cəmiyyət üçün faydalı olmaq və ən başlıcası, öz auditoriyanı reklamla aldatmamaq lazımdır.

- Fəaliyyətinizin bir qədər də digər hissəsi barədə söz açın. Siz həm də heyvanların xilas edilməsi ilə məşğul olursunuz. Bloq sizə bu işdə köməklik edirmi?

- Səhifəmə abunə olanların demək olar hamısı heyvanları sevirlər, həm də mən ancaq özümün xoşuma gələn paylaşımları etməyə üstünlük verirəm, heç kimin istəyinə uyğun hərəkət etmirəm. Ona görə də, səhifəmə daha çox mənimlə eyni fikirdə olanlar abunə olurlar. İtlərlə bağlı paylaşımlar daha az baxış toplayır, lakin mənim üçün vacib olan statistika deyil. Abunəçilər hər zaman paylaşdığım xeyriyyə aksiyalarına məmnuniyyətlə qoşulurlar, çünki onlar bilirlər ki, yığılan vəsait son qəpiyinə qədər ünvanına çatacaq.

- Gəlin, bir az da biznesiniz haqqında danışaq. Sizin itlər üçün salonunuz var. Necə düşünürsünüz, uğurunuzun sirri nədədir?

- Bu işə 2012-ci ildən başlamışam və bu sahədə ən birinci sayılıram. Uğurun səbəbi heyvanlara sevgidir. Bütün kollektivimiz də heyvanları çox sevir. Yalnız pula görə işləmək üçün gələnlərlə dərhal vidalaşmalı oluram. Salonumdakı kollektiv vahid ailədir, biz bu kollektivdə qarşılıqlı anlaşma və bərəbarhüquqluluğu qoruyub saxlayırıq. Bu da təcrübə ilə qazanılan nailiyyətdir.

- Bloger özünü bizim ölkədə necə hiss edir? Onun hansı imkanları və perspektivləri var?

- Blogerin üstünlükləri çoxdur. O, vacib informasiya axınının ruporu sayılır. Ona görə də, nə dediyinə, nə etdiyinə diqqət yetirməlisən. Bununla yanaşı, digər müsbət cəhətlər də mövcuddur: sən maraqlı tədbirlərə, konsertlərə, özəl və dövlət tədbirlərinə əlçatanlıq imkanı əldə edirsən, sənə müəyyən xidmətləri artıq pulsuz şəkildə təqdim etməyə çalışırlar. Burada artıq işin qalan hissəsi sənin öz vicdanından asılıdır: sən bu xidmətlərə görə haqq ödəyirsən, ya ödəmirsən, sənə bayramlarda hədiyyələr göndərirlər. Qlobal üstünlüklərə isə bunları aid edə bilərəm: sən xeyriyyə aksiyalarında iştirak edirsən, insanlara və heyvanlara kömək edirsən, sosial çarxlarda çəkilirsən. Bir qayda olaraq, onlara görə heç bir ödəniş təqdim edilmir, özün də heç pul almağı ağlından keçirmirsən! Öz ölkən üçün faydalı ola biləcəyini dərk edəndə bu sadəcə olaraq, sənə böyük qürur hissi verir. Məşhur əcnəbi blogerlərə gəldikdə, mən onlardan nümunə götürməyə çalışmıram, onlar buna iş kimi baxırlar. Mənim üçün isə bu, sadəcə olaraq, hobbidir, mən onları izləmirəm və deyə bilərəm ki, heç trendlə də ayaqlaşa bilmirəm. Mənim buna heç vaxtım da yoxdur. Mən ancaq öz kontentimi yükləyirəm, vəssalam.

- Sizin fikrinizcə, yaxın onillik ərzində bloqinq necə inkişaf edəcək, bu işlərin axırı hara gedir? Sadəcə bir bloqa bel bağlamaq olarmı? Yoxsa bloqinqi hər hansı başqa bir fəaliyyətlə birləşdirmək daha məqsədəuyğun olar?

- Yaxşı sualdır. Əgər buna sadəcə iş kimi yanaşsaq, bloqdan yaxşı qazanc əldə etmək mümkündür. Bu iş vaxtın demək olar ki, böyük bir hissəsini alır, ona görə də, dərhal əlavə hər hansı digər fəaliyyətlə məşğul olmaq mümkün olmur. Əgər sizin başqa bir işiniz varsa, onda tam şəkildə bloger fəaliyyəti ilə məşğul ola və istədiyiniz məbləği qazana bilməyəcəksiniz. Mən hər şeydən əvvəl populyar olmağı məsləhət görürəm. Sizin yaxşı və böyük auditoriyanız yarandıqdan sonra isə bundan əlbəttə ki, faydalanmaq və biznes açmaq olar. Çünki sizin bloqunuz əsl pulsuz reklam deməkdir və biznesiniz burada əməlli-başlı çiçəklənə bilər. On ildən sonra nə olacağını deyə bilmərəm. Hər şey çox sürətlə dəyişir. Ancaq istərdim ki, blogerlər insanlara və ölkəyə daha çox fayda versinlər.

- Yeni başlayan blogerlərə və blogerlik etmək istəyənlərə nə məsləhət verə bilərsiniz?

- Bloger olmağa başlamazdan əvvəl mütləq bloqun idarə edilməsi üzrə kurs keçmək lazımdır. Mütləq! İndi sosial şəbəkələrin alqoritmlərinin öz tələbləri var. Video və fotoşəkillər əla keyfiyyətdə olmalıdır. Videonu nə vaxt və saat neçədə yükləmək lazım olduğunu bilmək lazımdır. Hər dəfə yeniliklər və dəyişikliklər baş verir. Bütün bunlar olmadan işə başlamağa belə dəyməz. Bu işə olduqca ciddi yanaşmaq lazımdır, yoxsa heç bir nəticə gözləməyə dəyməz.

- Nailə xanım, ən sonda gəlin, sizinlə kiçik bir eksperiment aparaq. Təsəvvür edin ki, mən sizin yanınıza ekspert məsləhəti almağa gəlmişəm. Necə düşünürsünüz, hansı it mənə daha uyğun gələr?

- Qoy bir fikirləşim… (Məni başdan-ayağa süzür) Mənə elə gəlir ki, sizə levret daha uyğun olar. Levret cinsindən olan it həm nazlıdır, həm də evdə qalmağı sevir, üstəlik, bayırda gəzib-dolanmaq da onun xoşuna gəlir. O, cazibədar və parlaqdır.

- ...Nə üçünsə əmin idim ki, siz mənə çixuaxuanı məsləhət görəcəksiniz!

- Yox, yox! Çixuaxua qətiyyən sizlik deyil (gülür). Bu itlər isə əsilzadədirlər.

- Çox sağ olun, Nailə xanım! Bu böyük komplimentdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Çin xarici ticarət təzyiqinə boyun əyməyəcəyini bəyan edib

Dünya çempionatı: Messinin het-triki Argentinaya Əlcəzair üzərində qələbə qazandırıb

İsveçdə uşaqlar üçün məcburi dil hazırlığı planlaşdırılır

G7 liderləri Rusiyaya qarşı sanksiyaların gücləndirilməsi barədə razılığa gəliblər

Zelenskinin ABŞ Prezidenti ilə görüşəcəyi gözlənilir

Dünya çempionatı: Norveç qələbə qazanıb

Avropa Parlamenti aviareyslərdə pulsuz əl yükü ilə bağlı yeni qaydaları dəstəkləyib

Mbappe Fransa millisinin tarixində ən çox qol vuran futbolçu olub

Ordubadda 538 abonentin təbii qaz təchizatı dayandırılıb

Vens: ABŞ-İran razılaşması İsrail, Livan və Körfəz ölkələrini də əhatə edəcək

Fransa dünya çempionatında Seneqalı məğlub edib

Mbappe dünya çempionatlarında vurduğu qolların sayına görə Peleni geridə qoyub

Pekin Böyük Britaniyadan Çin şirkətlərinə qarşı sanksiyaların ləğvini tələb edib

CNN: ABŞ Hörmüz boğazı üzərində nəzarəti faktiki olaraq İrana verib

İran İsraili Livanda atəşkəsi pozmağı dayandırmayacağı təqdirdə, sərt cavab verəcəyi ilə hədələyib

Almaniya dronlardan müdafiəyə 16 milyard avro sərmayə yatıracaq

FTB Ağ Ev yaxınlığında planlaşdırılan terror hücumlarının qarşısını alıb

Kənd təsərrüfatında 2030-cu ilə qədər yeni inkişaf mərhələsi formalaşacaq –  EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Kənd təsərrüfatında 2030-cu ilə qədər yeni inkişaf mərhələsi formalaşacaq – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Məcnun Məmmədov: Yeni Dövlət Proqramı kənd təsərrüfatında ekstensiv modeldən intensiv modelə keçidi ehtiva edir VİDEO

Məcnun Məmmədov: Yeni Dövlət Proqramı kənd təsərrüfatında ekstensiv modeldən intensiv modelə keçidi ehtiva edir VİDEO

NATO hava hücumundan müdafiə sistemini İtaliyadan Türkiyəyə köçürəcək

Putin Kazanda Türkiyənin xarici işlər naziri ilə görüşəcək

Nazir: Aqrar sahəyə yatırılacaq investisiyanın 3,7 milyard manatı özəl sektorun, 2,2 milyard manatı isə dövlətin payına düşür VİDEO

Nazir: Aqrar sahəyə yatırılacaq investisiyanın 3,7 milyard manatı özəl sektorun, 2,2 milyard manatı isə dövlətin payına düşür VİDEO

Məcnun Məmmədov: Azərbaycan sabitliyi, coğrafi mövqeyi və təşviq mexanizmləri ilə xarici investorlar üçün münbit şərait yaradıb VİDEO

Məcnun Məmmədov: Azərbaycan sabitliyi, coğrafi mövqeyi və təşviq mexanizmləri ilə xarici investorlar üçün münbit şərait yaradıb VİDEO

Bakıda 8-ci Dayanıqlı İnkişaf Məqsədləri Dialoqu təşkil olunub

Parisdə Azərbaycan-UNESCO tərəfdaşlığının prioritetləri müəyyənləşdirilib

Qurban Qurbanov: “Vestri” ilə oyunlara qədər optimal formaya düşməliyik

Yapon xoreoqrafı: Buto qaranlıq rəqsidir

Məcnun Məmmədov: İşğaldan azad olunmuş ərazilərdə minimal əkin sahəsi hədəfi 5 hektardır VİDEO

Məcnun Məmmədov: İşğaldan azad olunmuş ərazilərdə minimal əkin sahəsi hədəfi 5 hektardır VİDEO

Məcnun Məmmədov: Yeni Dövlət Proqramı çərçivəsində subsidiyaların daha çox məhsuldarlığa yönəldilməsi nəzərdə tutulur -  EKSKLÜZİV VİDEO

Məcnun Məmmədov: Yeni Dövlət Proqramı çərçivəsində subsidiyaların daha çox məhsuldarlığa yönəldilməsi nəzərdə tutulur - EKSKLÜZİV VİDEO

Kənd təsərrüfatı naziri: Aqrar sahədə yeni subsidiya alətləri, süni intellekt və rəqəmsallaşma tətbiq ediləcək - EKSKLÜZİV VİDEO

Kənd təsərrüfatı naziri: Aqrar sahədə yeni subsidiya alətləri, süni intellekt və rəqəmsallaşma tətbiq ediləcək - EKSKLÜZİV VİDEO

Azərbaycan və Əlcəzair iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanlarını dəyərləndirib

Konfrans Liqası: “Zirə” Gürcüstan klubuna rəqib olub

“Qarabağ” növbəti transferini gerçəkləşdirib

Bu saata olan əsas xəbərlər

Azərbaycanda ilk dəfə olaraq istixana üzrə ixtisaslaşmış aqroparkın yaradılması nəzərdə tutulur

Azərbaycanda ilk dəfə heyvandarlıqda məhsul subsidiyası tətbiq ediləcək

Tovuzda 22 yaşlı oğlan çayda batıb

Sahib Paşazadə Özbəkistan Dövlət Konservatoriyasında Dövlət İmtahan Komissiyasına sədrlik edib

İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində HELF Forum və AZHAB Forum keçirilib

Ekspertiza İssık-Kul gölündə Formula 1 yarışlarının keçirilməsinin təhlükəsiz olduğunu təsdiqləyib

“Qarabağ”ın Avropa Liqasındakı ilk rəqibi müəyyənləşib

Atlar xəstə insanların sağalmasına necə kömək edir? – Azərbaycanda ippoterapiyaya maraq və nəticə VİDEO

Atlar xəstə insanların sağalmasına necə kömək edir? – Azərbaycanda ippoterapiyaya maraq və nəticə VİDEO

Dövlət Baxçalı: Zəngəzur dəhlizi Türk dünyasının Qərbi ilə Şərqini birləşdirən strateji həlqədir

IDEA-nın eksperti: Xəzər dənizinin səviyyəsinin enməsi problemini dünya ictimaiyyətinə çatdırmaq lazımdır VİDEO

IDEA-nın eksperti: Xəzər dənizinin səviyyəsinin enməsi problemini dünya ictimaiyyətinə çatdırmaq lazımdır VİDEO

Qubada sürüşmə baş verən ərazidən REPORTAJ VİDEO

Qubada sürüşmə baş verən ərazidən REPORTAJ VİDEO

Azərbaycan hərbçiləri “Qafqaz Qartalı - 2026” təlimində iştirak edirlər

Yalçın Rəfiyev: Bonnda Xəzərin səviyyəsinin enməsinə həsr olunmuş tədbirin keçirilməsi çox əhəmiyyətlidir VİDEO

Yalçın Rəfiyev: Bonnda Xəzərin səviyyəsinin enməsinə həsr olunmuş tədbirin keçirilməsi çox əhəmiyyətlidir VİDEO

Böyük Britaniya ilə Aİ arasında ikinci sammitin keçiriləcəyi tarix məlum olub

Bölgələrdə 37 günərzi qayğı mərkəzi fəaliyyət göstərir

Baş icraçı direktor: Qlobal halal şəbəkəsinin yaradılması çox vacibdir

BMT rəsmisi: Azərbaycanın Xəzərin ekoloji dayanıqlılığının təmin olunması istiqamətində fəaliyyətini yüksək qiymətləndiririk VİDEO

BMT rəsmisi: Azərbaycanın Xəzərin ekoloji dayanıqlılığının təmin olunması istiqamətində fəaliyyətini yüksək qiymətləndiririk VİDEO

Füzulidə özünüməşğulluq proqramı üzrə qurulmuş təsərrüfatlara infotur təşkil edilib

Nazir: Nigeriya halal iqtisadiyyatı çərçivəsində dayanıqlı inkişaf məqsədlərinə töhfə vermək niyyətindədir

Çempionlar Liqası: “Sabah”ın I təsnifat mərhələsindəki rəqibi bəlli olub

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Energetik içkilər adi sərinləşdirici içkilər deyil: İstehlakçılar nələrə diqqət etməlidirlər?

Seymur Səfərli: Yeni Dövlət Proqramında ilk dəfə olaraq sertifikatlaşma subsidiyası tətbiq ediləcək VİDEO

Seymur Səfərli: Yeni Dövlət Proqramında ilk dəfə olaraq sertifikatlaşma subsidiyası tətbiq ediləcək VİDEO

Şahzadə Corc illik təhsil haqqı 63 min funt sterlinq olan Eton Kollecində oxuyacaq

Milli Süni İntellekt Mərkəzi ölkə gənclərinin süni intellekt savadlılığının artırılmasını dəstəkləyir

Akademik: Milli Kibertəhlükəsizlik Agentliyi ölkədə kibertəhlükəsizlik sistemini gücləndirəcək

Sərginin kuratoru: Ortaq sənət növlərimiz Azərbaycan-Türkiyə qardaşlığının mühüm təzahürüdür

İngiltərə millisinin futbolçusu dünya çempionatını buraxacaq

Baş prokuror Naxçıvan Muxtar Respublikasında vətəndaşları qəbul edib

Vens: Körfəz ərəb ölkələri İranla sülh planına Yaxın Şərqdə yeni dövrün başlanğıcı kimi baxır

ABŞ Rusiya neftinin tədarükü ilə bağlı sanksiyaları bərpa etməyi planlaşdırır

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib

Zeynal Nağdəliyev: Yeni Dövlət Proqramı aqrar sahədəki böyük islahatların keyfiyyətcə yeni mərhələsidir VİDEO

Zeynal Nağdəliyev: Yeni Dövlət Proqramı aqrar sahədəki böyük islahatların keyfiyyətcə yeni mərhələsidir VİDEO

Həm sakinlər güvəndə, həm heyvanlar - Oğuzun “Yuva” sığınacağından reportaj

“Masdar”: Azərbaycan xarici investisiyalar üçün ən cəlbedici ölkələrdən birinə çevrilib

Daşkənddə Azərbaycan və Özbəkistanın Baş nazirlərinin iştirakı ilə ikitərəfli sənədlər imzalanıb

Azərbaycan QHT-ləri ABŞ Nümayəndələr Palatasına məktub ünvanlayıb

İşğal dövründə Azərbaycanın mədəni və dini irsi sistemli vandalizmə məruz qalıb

Qarabağ Universitetinin kafedra müdiri: Dövlət səviyyəli tədbirlərdə tələbələrimizlə eyni səhnəni bölüşmək qürurvericidir VİDEO

Qarabağ Universitetinin kafedra müdiri: Dövlət səviyyəli tədbirlərdə tələbələrimizlə eyni səhnəni bölüşmək qürurvericidir VİDEO

Məhkəmə Ekspertizası Mərkəzi ilə Azərbaycan Texniki Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb

Xırdalanda yeni kanalizasiya kollektoru inşa edilir

Milli Məclisin komissiyası: Fransanın Azərbaycana qarşı özündə hibrid təhdidləri ehtiva edən fəaliyyətləri davam edir

Zaur Əliyev: 10 ildə aqrar sektorda 37,8 faiz artım olub

Orxan Məmmədov: Bakıda forumda qurulan əlaqələr gələcəkdə qlobal halal ekosisteminin inkişafına töhfə verəcək

Təbiət ərazilərində epizootoloji monitorinqlər keçiriləcək

Baş icraçı direktor: Yaxın illərdə qlobal halal istehlak bazarının 6 trilyon dollara çatacağı proqnozlaşdırılır

Birol Akgün: Türkiyə ilə Azərbaycan mədəni və mənəvi dəyərlər baxımından bir-birinə çox yaxındır

MODON: Səudiyyə Ərəbistanının müəssisələr üçün dəstək mexanizmləri investisiyaların cəlb olunmasına xidmət edir

“Dar Al Halal Group”: İslam maliyyəsinin əsas xüsusiyyətlərindən biri onun faizsiz maliyyələşdirmə prinsiplərinə əsaslanmasıdır

İsveç dövləti Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək

Xarici dövlətlərdə ali təhsil almış şəxslər peşə tanınması üzrə imtahan veriblər

Oksford Universitetində keçirilən beynəlxalq liderlik təlimində ADPU təmsil olunub

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Nazir müavini: Müasir suvarma sistemlərinin tətbiqi məhsuldarlığın artırılmasında mühüm rol oynayır VİDEO

Nazir müavini: Müasir suvarma sistemlərinin tətbiqi məhsuldarlığın artırılmasında mühüm rol oynayır VİDEO

Xalid Xələfulla: İİB halal iqtisadiyyatı dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün mühüm platforma hesab edir

Gökhan Seyhan: Təsviri sənət və miniatür hər iki ölkənin zəngin mədəni irsini əks etdirir

Göyçayda leysan və güclü küləyin vurduğu fəsadlar aradan qaldırılır VİDEO

Göyçayda leysan və güclü küləyin vurduğu fəsadlar aradan qaldırılır VİDEO

“Masdar”: Azərbaycanın yaşıl enerji sahəsində uğurunun əsasında dövlətin qətiyyətli mövqeyi dayanır

SOCAR-ın vitse-prezidenti: Regional enerji bazarlarının inteqrasiyası vacibdir

Erməni dərsliklərində nifrət dilinin təbliği ciddi narahatlıq doğurur RƏY

Mosaedah Al-Drees: Halal iqtisadiyyatın inkişafı yeni istehsal sahələrinin yaradılmasına şərait yaradır

Bakıda “Keçmişdən gələcəyə – ənənəvi izlər” adlı sərgi açılıb

“Ümumi təhsil haqqında” Qanuna təklif edilən dəyişikliklər Milli Məclisin iclasına tövsiyə olunub

CECECO: Azərbaycan regional enerji əməkdaşlığının gücləndirilməsində aparıcı rol oynayır

“Mediada Azərbaycan dili” proqramının yekun mərhələsi təşkil olunub

BMU-dan abituriyentlər üçün yeni fürsət: prioritet sahələr üzrə 3 ikili diplom proqramı