LİTVA SAHİBKARLARININ AZƏRBAYCANA MARAĞI ARTIR
AZƏRTAC xəbər verir ki, aprelin 22-də Bakıda keçiriləcək biznes-forumun iştirakçıları üçün Litvanın ən iri şirkətlərinin fəaliyyəti barədə proqramda bu marağın iqtisadiyyatın hansı sahələrini əhatə etdiyi göstərilir.
İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) bildirmişlər ki, dünya bazarında yüksək nüfuzu olan 20-yə qədər sahibkarlıq qurumu Azərbaycanın iş adamlarına dağ-mədən sənayesi, elektroenergetika, neftayırma, tikinti, elektrik avadanlığı, kənd təsərrüfatının bir sıra sahələri, o cümlədən, quşçuluq və quş yemi istehsalı, nəqliyyat və yükdaşıma, səhiyyə sahələrində əməkdaşlıq təklif edəcəkdir.
Litva sahibkarları qrupuna həmyerlimiz Sadıq Nurullayevin də adı daxil edilmişdir. O, bir neçə ildir ki, inşaat işləri, qabaqcıl texnologiyaların tətbiqi, investisiya layihələrinin hazırlanması, hər cür texnoloji avadanlığın təmiri, quraşdırılması və sazlanması ilə məşğul olan “Oranda” Qapalı Səhmdar Cəmiyyətinə uğurla başçılıq edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
Bu saata olan əsas xəbərlər
- [20:00]
Sabahın hava proqnozu açıqlanıb
- [13:04]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Aşqabadda Səməd Vurğun sorağı
- [10:48]
Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub
- 05.06.2026 [23:59]
Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib
- 05.06.2026 [23:06]
Milli Xalça Muzeyində Elçin Şamillinin “Katarsis” sərgisi açılıb
- 05.06.2026 [22:40]
Putin Zelenski ilə mümkün görüş barədə danışıb
- 05.06.2026 [21:56]
“AzerGold” və RİİB Daşkəsəndə ekoloji aksiya keçirib
- 05.06.2026 [21:42]