Macarıstan məktəblərində enerjiyə qənaət edilməsi üsulları öyrədilir
Budapeşt, 15 yanvar, AZƏRTAC
“Enerji & məktəb” - Avropa İttifaqının regional siyasət proqramı ilə dəstəklənən və Macarıstan məktəblərində uğurla həyata keçirilən yeni pilot layihəsi belə adlanır. Layihə müəlliflərinin fikrincə, riyaziyyat və dillər kimi, enerjiyə qənaət etməyin üsullarını da məktəbdə öyrənmək olar. AZƏRTAC xəbər verir ki, Macarıstanda enerjinin gənc keşikçiləri bunu bacarırlar. Onların missiyası enerjidən israfçılıqla istifadə edilməsinə qarşı mübarizə aparmaqdır.
Hazırda Mərkəzi Avropanın 7 ölkəsindəki 41 tədris müəssisəsində tətbiq edilən “Enerji & məktəb” layihəsinin ümumi büdcəsi 2,5 milyon avrodan çoxdur. Bu məbləğin 2,1 milyon avrosu Avropa Regional İnkişaf Fondu tərəfindən ayrılıb.
Enerjiyə qənaət dərsləri çox vaxt viktorina ilə başa çatır. Şagirdlər, məsələn, istixana qazlarının düzgün tərifini bilməli, yadda saxlamalıdırlar ki, Macarıstanda 4 milyon 400 min ev təsərrüfatı mövcuddur və bu təsərrüfatların üçdə iki hissəsi enerjidən səmərəli istifadə üçün səy göstərməlidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.06.2026 [15:14]
Sabah Ermənistanda parlament seçkiləri keçiriləcək
- 06.06.2026 [15:06]
Ukrayna dronları Rusiya Hərbi Dəniz Qüvvələrinin bazasına zərbə endirib
- 06.06.2026 [13:27]
PUA hücumu nəticəsində Livan generalı ölüb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Sabahın hava proqnozu açıqlanıb
- [13:04]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Aşqabadda Səməd Vurğun sorağı
- [10:48]
Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub
- 05.06.2026 [23:59]
Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib
- 05.06.2026 [23:06]
Milli Xalça Muzeyində Elçin Şamillinin “Katarsis” sərgisi açılıb
- 05.06.2026 [22:40]
Putin Zelenski ilə mümkün görüş barədə danışıb
- 05.06.2026 [21:56]
“AzerGold” və RİİB Daşkəsəndə ekoloji aksiya keçirib
- 05.06.2026 [21:42]