Madrid teatrı enerjini alqışlardan alacaq
Madrid, 15 yanvar, AZƏRTAC
“Gran Vía” Madrid teatrı tamaşaçıların generasiya etdiyi enerjini işlətməyə qadir olan ilk İspaniya teatrıdır. O, bu səbəbdən “EDP Gran Vía” adlandırılıb.
AZƏRTAC xəbər verir ki, növbəti 3 ildə teatrın hamiliyini öz üzərinə götürən “EDP” energetika şirkəti tamaşaçılar tərəfindən yaradılan bütün səsləri (alqışlar, salamlama və gülüş) tutaraq xüsusi akustik topluya göndərəcək. Bu toplu tamaşalar zamanı səs titrəyişlərini yığacaq və qeydiyyata alacaq. Tamaşanın sonunda emal edilən səs kilovat-saatlara çevriləcək.
Yığılan enerji haqqında məlumatlar teatrın sosial şəbəkələrdəki səhifələrində yayımlanacaq. Həmçinin teatrın ekranlarından birində hər şoudan sonra generasiya edilən kilovat-saatların sayğacı göstəriləcək. Ekranda, həmçinin maksimal miqdarda enerji toplayan tamaşaların siyahısı da əks olunacaq.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.06.2026 [15:14]
Sabah Ermənistanda parlament seçkiləri keçiriləcək
- 06.06.2026 [15:06]
Ukrayna dronları Rusiya Hərbi Dəniz Qüvvələrinin bazasına zərbə endirib
- 06.06.2026 [13:27]
PUA hücumu nəticəsində Livan generalı ölüb
- 06.06.2026 [12:53]
Qardabanidə məktəbliləri aparan mikroavtobus qəzaya uğrayıb
Sabahın hava proqnozu açıqlanıb
- [13:04]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Aşqabadda Səməd Vurğun sorağı
- [10:48]
Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub
- 05.06.2026 [23:59]
Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib
- 05.06.2026 [23:06]
Milli Xalça Muzeyində Elçin Şamillinin “Katarsis” sərgisi açılıb
- 05.06.2026 [22:40]
Putin Zelenski ilə mümkün görüş barədə danışıb
- 05.06.2026 [21:56]
“AzerGold” və RİİB Daşkəsəndə ekoloji aksiya keçirib
- 05.06.2026 [21:42]
Gəncə “Avropa Şəhərciyi-2026” tədbirinə ev sahibliyi edir
- 05.06.2026 [20:51]