Malayziyanın Baş naziri parlamentin buraxıldığını elan edib
Tokio, 6 aprel, AZƏRTAC
Malayziyanın Baş naziri Nəcib Razak ölkədə keçiriləcək ümumi seçkilərlə əlaqədar parlamentin buraxıldığını elan edib.
AZƏRTAC Bernama agentliyinə istinadla xəbər verir ki, Malayziyada ümumi seçkilərin tarixi hələlik dəqiqləşdirilməyib. Müşahidəçilərin rəyinə görə, seçkilər aprelin sonu və ya mayın əvvəllərində baş tuta bilər.
Baş nazirin sözlərini sitat gətirən Bernama agentliyi yazır: “Mən bütün vətəndaşlarımıza bildirmək istəyirəm ki, Kralla görüşüm zamanı o, aprelin 7-də parlamentin buraxılmasına razılıq verdi”.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [18:20]
Norveçin vəliəhd şahzadəsi ağciyər transplantasiyası gözləyir
- 05.06.2026 [17:40]
İrlandiya İsrailin iki nazirinin ölkəyə girişinə qadağa qoyub
- 05.06.2026 [15:47]