SİYASƏT
Masallı gəncləri Müstəqillik Gününü sevinc və qürurla bayram etmişlər
![Masallı gəncləri Müstəqillik Gününü sevinc və qürurla bayram etmişlər](/files/2013/3/1200x630/14071450421589154786_1200x630.jpg)
Masallı, 18 oktyabr (AZƏRTAC). Oktyabrın 18-də Masallı şəhərindəki Gənclər Mərkəzində Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 22-ci ildönümünə həsr olunmuş bayram tədbiri keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən rayon gənclər və idman İdarəsinin rəis müavini Məhəmməd Abasquliyev əlamətdar gün münasibəti ilə gəncləri təbrik etmiş, 1991-ci il oktyabrın 18-də Ali Sovetin “Azərbaycanın dövlət müstəqilliyi haqqında” Konstitusiya aktı qəbul etməsini mühüm tarixi hadisə adlandırmışdır.
Müstəqilliyimizin qorunmasında və möhkəmləndirilməsində, milli dövlət quruculuğunda ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərindən söz açan M.Abasquliyev hazırda ölkə həyatının bütün sahələrində qazanılan uğurları dövlətimizin başçısının düzgün və məqsədyönlü daxili və xarici siyasətinin məntiqi nəticəsi kimi dəyərləndirilmişdir.
Bayram süfrəsi ətrafında davam edən mərasimdə çıxış edənlər 1918-ci ildə başlanan müstəqillik yolu haqqında danışmış, istiqlalımızın dönməz, sarsılmaz və əbədi xarakter almasında Ümummilli Liderin əvəzolunmaz xidmətlərini xatırlatmış, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın beynəlxalq aləmdə qazandığı uğurları diqqətə çatdırmışlar.