Masazırda məcburi köçkün ailələrinə bayram sovqatı paylanılıb
Xırdalan, 14 mart, AZƏRTAC
Masazırda məcburi köçkün ailələrinə bayram sovqatı paylanılıb.
Abşeron Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, Masazır 4 nömrəli tam orta məktəbin kollektivi Novruz bayramı ərəfəsində məktəbin yaxınlığında qaçqın və məcburi köçkün ailələri üçün inşa edilmiş binada məskunlaşan 20-dən çox məcburi köçkün ailəsinə baş çəkib, onları bayram sovqatı ilə sevindiriblər.
Məcburi köçkünlər göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər. Onlar işğal olunmuş torpaqların tezliklə azad olunacağına və doğma torpaqlarına qayıdacaqlarına inamlarını ifadə ediblər.