“Masdar”: Azərbaycanda enerji sahəsində potensial həddən artıq yüksəkdir
Bakı, 5 iyun, AZƏRTAC
Azərbaycanda uzun müddətdir fəaliyyət göstəririk. Burada layihələrin inkişaf etdirilməsində maraqlıyıq.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Masdar” şirkətinin Asiya və Afrika regionlarında inkişaf və sərmayələr üzrə direktoru Abdulla Zayed Bakı Enerji Forumunda “Davamlı Enerji: Xəzər regionunda Yaşıl Enerji Potensialı” mövzusunda keçirilən panel müzakirəsində çıxışı zamanı deyib.
O bildirib ki, Azərbaycanda enerji sahəsində potensial həddən artıq yüksəkdir və bununla bağlı ölkədə görüləcək işlər var.
Qeyd edək ki, 2006-cı ildə əsası qoyulmuş “Masdar” şirkəti 40-dan çox ölkədə ümumi qoyuluş gücü 20 qiqavatdan çox olan layihələr icra edib. Həmçinin “Masdar” şirkəti tərəfindən 230 meqavat gücündə Qaradağ Günəş Elektrik Stansiyası inşa edilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
Sabahın hava proqnozu açıqlanıb
- [13:04]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Aşqabadda Səməd Vurğun sorağı
- [10:48]
Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub
- 05.06.2026 [23:59]
Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib
- 05.06.2026 [23:06]
Milli Xalça Muzeyində Elçin Şamillinin “Katarsis” sərgisi açılıb
- 05.06.2026 [22:40]
Putin Zelenski ilə mümkün görüş barədə danışıb
- 05.06.2026 [21:56]
“AzerGold” və RİİB Daşkəsəndə ekoloji aksiya keçirib
- 05.06.2026 [21:42]
Gəncə “Avropa Şəhərciyi-2026” tədbirinə ev sahibliyi edir
- 05.06.2026 [20:51]