Mayın 7-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
buludlu hava şəraiti üstünlük təşkil edəcək, səhər və axşam yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacaqdır.
Temperatur gecə 11-15°, gündüz 18-23° isti olacaqdır.
Bakıda gecə 13-15°, gündüz 19-21° isti təşkil edəcəkdir.
Atmosfer təzyiqi norma daxilində 759 millimetr civə sütunundan 763 millimetr civə sütununa yüksələcəkdir. Nisbi rütubət 80-90 faiz olacaqdır.
Naxçıvan Muxtar Respublikasında
bəzi yerlərdə şimşək çaxacağı, fasilələrlə yağış yağacağı, arabir leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı vardır.
Temperatur gecə 7-12°, gündüz 17-22° isti olacaqdır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən-Gədəbəy rayonlarında
əsasən gecə və axşam şimşək çaxacağı, yağış yağacağı, bəzi yerlərdə lokal leysan xarakterli olacağı, dolu düşəcəyi gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaqdır.
Temperatur gecə 4-9° , gündüz 14-18° isti olacaqdır.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
əsasən gecə və axşam şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı vardır. Səhər ayrı-ayrı yerlərdə duman olacaqdır.
Temperatur gecə 10-15° , gündüz 17-22° isti olacaqdır.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
şimşək çaxacağı, fasilələrlə yağış yağacağı, bəzi yerlərdə lokal leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı vardır. Səhər ayrı-ayrı yerlərdə duman olacaqdır.
Temperatur gecə 9-14° , gündüz 15-20° isti, dağlarda gecə 4-9° isti, gündüz 11-15° isti olacaqdır.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
gündüz əsasən yağmursuz keçəcəkdir. Lakin axşam və gecə şimşək çaxacağı, yağış yağacağı ehtimalı vardır. Səhər saatlarında duman olacaqdır.
Temperatur gecə 12-17°, gündüz 20-25° isti təşkil edəcəkdir.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
hava gündüz əsasən yağmursuz keçəcəkdir. Lakin axşam və gecə şimşək çaxacağı, yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı ehtimalı vardır. Səhər dağlarda duman olacaqdır.
Temperatur gecə 11-16° , gündüz 18-23° isti, dağlarda gecə 7-11° isti, gündüz 14-18° isti təşkil edəcəkdir.