MBA-nın basketbolçuları Tokio Olimpiadasında yarışa biləcəklər
Bakı, 18 noyabr, AZƏRTAC
Milli Basketbol Assosiasiyasının (MBA) oyunçuları Tokio Olimpiadasında mübarizə apara biləcəklər.
AZƏRTAC xəbər verir ki, bu barədə mətbuat konfransında Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax məlumat verib.
O qeyd edib ki, MBA-nın yeni mövsümünün dekabrın 22-də başlayacağı ilə bağlı qərar qəbul edilib. Bu, dünyanın ən yaxşı basketbolçularının Tokio Olimpiadasında oynamasına imkan verəcək.
Xatırladaq ki, Tokio Olimpiadası 2020-ci ilin iyulun 24-dən avqustun 9-dək keçirilməli idi. Koronavirus pandemiyası səbəbindən yarış bir il sonraya təxirə salınıb və iyulun 23-dən avqustun 8-dək keçiriləcək. Eyni zamanda, “Tokio-2020” Oyunlarının adı da saxlanılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [21:36]
Azərbaycan millisinin üzvü "Şamaxı"da
- 10.06.2026 [20:07]
"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb
- 10.06.2026 [17:22]
Dünya çempionatı: Türkiyə millisinin ilk oyununun baş hakimi açıqlanıb
- 10.06.2026 [17:14]
Premyer Liqaya yüksələn klub daha 3 futbolçu ilə vidalaşıb
- 10.06.2026 [16:19]