SİYASƏT
MDB ekspertləri təbii və texnogen xarakterli fövqəladə hallara dair qarşılıqlı fəaliyyət məsələlərini müzakirə edəcəklər
Minsk, 14 oktyabr (AZƏRTAC). Oktyabrın 20-21-də MDB-nin Minskdəki mənzil-qərargahında təbii və texnogen xarakterli fövqəladə halların qabaqlanması və nəticələrinin aradan qaldırılması sahəsində qarşılıqlı fəaliyyət haqqında 1993-cü il 22 yanvar tarixli Sazişə dəyişikliklər edilməsi haqqında Protokol layihəsinin tamamlanması və razılaşdırılması üzrə ekspert qrupunun iclası keçiriləcək. Bu barədə AZƏRTAC-a Birliyin İcraiyyə Komitəsinin mətbuat xidmətindən məlumat veriblər.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk