MƏDƏNİYYƏT
Mədəni-kütləvi tədbirlər maraqla qarşılanmışdır
Bakı, 8 oktyabr (AZƏRTAC). Qaradağ Rayon İcra Hakimiyyətinin və Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin dəstəyi ilə Lökbatan qəsəbəsindəki Heydər Əliyev parkında “İyirmi il müstəqillik yollarında” adlı kitab sərgisi keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin, Qaradağ Rayon İcra Hakimiyyətinin məsul işçiləri, müəllim və şagird kollektivləri iştirak etmişlər.
Rayonun bədii özfəaliyyət kollektivlərinin çıxışları iştirakçılar tərəfindən maraqla izlənilmişdir.
Sərgidə nümayiş olunan bədii, elmi-kütləvi, siyasi ədəbiyyat, 5 nömrəli uşaq incəsənət məktəbi və 33 nömrəli uşaq incəsənət mərkəzi şagirdlərinin əl işləri maraqla qarşılanmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.05.2024 [15:53]
Bakıda “Cadı” türk filminin qala gecəsi olub
- 10.05.2024 [15:08]
Fidan Hacıyeva: İkinci Beynəlxalq Opera Festivalı da olacaq!
- 10.05.2024 [12:44]
Bakıdakı Rus evi 9 May - Qələbə Gününə həsr olunmuş konsert təşkil edib
- 10.05.2024 [10:42]