Azərbaycan Dövlət İnformasiya Agentliyi

“MƏDƏNİYYƏTLƏRARASI DİALOQDA QADINLARIN ROLUNUN GENİŞLƏNDİRİLMƏSİ” MÖVZUSUNDA BEYNƏLXALQ BAKI FORUMU İŞİNİ BAŞA ÇATDIRMIŞDIR

AZƏRTAC xəbər verir ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü, YUNESKO-nun və İSESKO-nun dəstəyi ilə Bakıda keçirilən “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi” mövzusunda beynəlxalq forum iyunun 11-də işini davam etdirmişdir.

Forumun üçüncü sessiyasına sədrlik edən Qazaxıstan Prezidentinin müşaviri, Ailə Məsələləri və Gender Siyasəti üzrə Milli Komissiyanın sədri xanım Gülşarə Abdıkalıkova belə bir möhtəşəm tədbirin təşkilinə və nümayəndə heyətinə göstərilən yüksək qonaqpərvərliyə görə Azərbaycan hökumətinə, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, İSESKO-nun və YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevaya minnətdarlıq etmişdir.

Xanım G.Abdıkalıkova qadınların dünyada gedən qloballaşma prosesində iştirakı, mövcud problemlərin həllində, münaqişələrin çözülməsində, sülhün, əmin-amanlığın bərqərar olunmasındakı rolunun artırılması baxımından Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən bu tədbirin olduqca mühüm əhəmiyyət daşıdığını bildirmişdir.

Mərakeş Krallığının mədəniyyət naziri xanım Turiyə Cəbran çıxışında demişdir ki, belə bir tədbirin Azərbaycanda keçirilməsi bu ölkədəki tolerantlığın, insan hüquq və azadlıqlarının müdafiəsinin bariz nümunəsidir.

Mərakeş Krallığının sosial inkişaf naziri xanım Nuşa Skali bildirmişdir ki, mədəniyyətlərarası dialoq dünyada qadınların rolunu artıracaq, demokratik və vətəndaş cəmiyyəti quruculuğunda bərabərliyi təmin edəcəkdir.

Macarıstanın Təhsil və Mədəniyyət Nazirliyinin beynəlxalq məsələlər üzrə dövlət katibi Katalin Bogyay Azərbaycan və macar xalqları arasında tarixən mövcud olan mədəni əlaqələrdən danışmış, forumun yüksək səviyyədə təşkilinə görə Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya minnətdarlığını bildirmişdir.

K.Bogyay demişdir ki, Macarıstan hər zaman dilaoq vasitəsilə digər ölkələrlə mədəni mübadiləyə öz töhfəsini verməyə çalışmışdır. Mədəni diplomatiya cəmiyyətin özəyini təşkil edir. Bu mənada mədəniyyətlərarası dialoqun daha da yayılması üçün səyləri birləşdimək lazımdır.

Yaponiyanın Şizuoka Prefektura Universitetinin professoru Yoko Hirosi müasir dünyadakı problemlərdən danışmış, onların həllində qadınların rolunu qeyd etmişdir.

Rusiya Elmlər Akademiyası Sosiologiya İnstitutunun ailə və gender məsələləri şöbəsinin müdiri Tatyana Qurko demişdir ki, Qərbdə baş verən hadisələr nəticəsində yaranan ailə böhranı bəzi dəyərlərin itirilməsi ilə nəticələnir. Qloballaşma prosesi də ailə məsələlərindən yan keçməmişdir. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə keçirilən beynəlxalq forum həm bu, həm də digər problemlərin həllində mühüm rol oynayacaq, qadınların rolunun artmasına təkan verəcəkdir.

Böyük Britaniyada nəşr olunan “Şərq Maqazin” jurnalının baş redaktoru Rim Məğribi isə bildirmişdir ki, qadınlar hər zaman mədəniyyətlərarası dialoqda mühüm rol oynamışlar. Lakin tarixən formalaşmış stereotiplər əsasında hərəkət qadınların ailədə davranışına mənfi təsir göstərir. Bu cür tədbirlər mənfi baxışları dəyidirəcəkdir.

Amsterdam Universitetinin Avropa tədqiqatları üzrə professoru Kornelia Verteg sosial həyatda qadınların və kişilərin arasındakı qeyri bərabərlikdən danışmış, bu sahədəki Avropa təcrübəsindən bəhs etmişdir.

Sonra mövzu ətrafında müzakirələr aparılmış, iştirakçılar rəy və təkliflərini bildirmişlər. 

                                               X X X

Belçika Senatının üzvü xanım Anna-Mari Lizinin sədrliyi ilə keçirilən dördüncü sessiyada “Şərq və Qərb: Biz bir-birimizi necə görürük” mövzusunda müzakirələr olmuşdur.

Sədr demişdir ki, Avropada ən böyük problemlərdən biri qadın miqrantların statusu və qızların nikah məsələləri ilə bağlıdır. Bu cür hallar cəmiyyətdə bərabərsizliyə, qadın hüquqlarının pozulmasına münbit şərait yaradır. Cəmiyyətdə mənfi stereotiplər formalaşdıran belə halların qarşısının alınması məqsədi ilə vahid strategiya hazırlanmalıdır.

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun professoru xanım İrina Kudryaşova təhsil sahəsində çalışan qadınların problemlərinə toxunaraq demişdir ki, siyasi dözümsüzlük, münaqişələr elmə və təhsilə mənfi təsir göstərir. Bunun qarşısını almaq üçün İslam dəyərlərinin sosial həyata göstərdiyi təsir Avropa gənclərinə daha geniş şəkildə öyrədilməlidir. İslam dəyərləri bütün cəmiyyətlərin inkişafının təməlini təşkil edə bilər.

Azərbaycan Bəstəkarlar İttifaqı idarə heyətinin sədri Firəngiz Əlizadə Mehriban xanım Əliyevanın Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərindən danışmış, Şərqdə ilk operanın Azərbaycanda yaradıldığını diqqətə çatdırmışdır. Mədəniyyətlərarası dialoqun Qərb və Şərq musiqisinin sintezinə də müsbət təsir göstərəcəyini bildirmişdir.

İrlandiyanın Dublin Triniti Kollecinin professoru Roland Hil çıxışında demişdir ki, mədəniyyətləri öyrənmək, tədqiq və təbliğ etmək sivilizasiyararası toqquşmanın qarşını almağa kömək edə bilər. Bunun üçün digər xalqların milli ənənələrinin, ədəbiyyatının, maddi mədəniyyət nümunələrinin öyrənilməsi çox vacibdir. Ümid edirik ki, bu forum sivilizasiyalararası dilaloqu daha da inkişaf etdirəcəkdir.

ABŞ-ın Corctaun Universitetinin Avrasiya, Rusiya və Şərqi Avropa Tədqiqatları Mərkəzinin direktoru xanım Ancela Stent Bakıda ikinci dəfə olduğunu bildirmiş, ötən müddət ərzində baş vermiş dəyişiklikləri, sürətli inkişafı yüksək qiymətləndirmişdir. O, qadınların sülhə necə nail olunması istiqamətindəki fəaliyyətinə dair tədqiqatlar aparıldığını qeyd etmiş və qadınların müxtəlif dövlət vəzifələrində çalışmalarının mühüm əhəmiyyət kəsb etdiyini bildirmişdir.

Almaniyalı qrafinya Anna Beatriça Şlik demişdir ki, bu forum beynəlxalq aləmdə Azərbaycanın imicinin daha da yüksəlməsinə təsir göstərəcəkdir. Mehriban xanım Əliyeva Azərbaycan mədəniyyətinin inkişafına xüsusi diqqət və qayğı göstərir və biz hamımız onunla qürur duyuruq. Çox böyük səbir, dözümlülük tələb edən işlərdə Mehriban xanımın səyləri alqışlara layiqdir. Məhz onun səyləri nəticəsində mədəniyyətlərarası dialoqda bir sıra vacib işlər görülmüşdür.

Azərbaycanın çox düzgün yolda olduğunu vurğulayan qrafinya demişdir ki, iqtisadiyyatı sürətlə inkişaf edən Azərbaycan dialoqun mərkəzinə çevrilə bilər. Bu da digər ölkələr üçün örnək olmalıdır.

Sonra mövzu ətrafında müzakirələr olmuş, iştirakçılar rəy və təkliflərini bildirmişlər. 

  X X X

Fasilədən sonra beynəlxalq forumun sessiyalarında məruzəçilərin hesabatları dinlənilmişdir.

Sonra Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova çıxış etmişdir. O demişdir ki, ikinci forum 2010-cu ildə yenə də Bakıda keçiriləcəkdir. Forumla əlaqədar jurnal nəşr olunacaqdır.

H.Hüseynova məlumat vermişdir ki, forumun Bakı Bəyannaməsi tədbir iştirakçılarının rəy və təklifləri əsasında yenidən işlənmiş və təkmilləşdirilmişdir.

Beynəlxalq forumun yekun sənədi - Bakı Bəyannaməsi qəbul olunmuşdur.

Bəyannamədə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın qadınların sivilizasiyalararası dialoqa töhfəsinə həsr olunan forumu keçirmək təşəbbüsü alqışlanır. Bildirilir ki, Bakı forumu İnsan Hüquqları üzrə Dünya Bəyannaməsinin 60-cı ildönümünə təsadüf edir. Bu da insan hüquqları, mədəniyyət müxtəlifliyi, mədəniyyətlərarası dialoq və gender bərabərliyi arasında əlaqə yaratmaq haqda düşünməyə imkan verir. Bəyannamədə dünya dövlətləri münaqişələrin həllində və sülhməramlı proseslərdə qərarların qəbulunda qadınların iştirakının artırılmasına çağırılır.

Sənəddə bir daha Heydər Əliyev Fondu, YUNESKO və İSESKO-ya forumun təşkilinə görə minnətdarlıq bildirilir.

Tədbirin yekun sessiyasında çıxış edən Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri MEHRİBAN ƏLİYEVA dedi:

-Xanımlar və cənablar, hörmətli dostlar.

Bu gün bizim bir çox çıxışlarımız və maraqlı müzakirələrimiz oldu. Forum iştirakçıları olduqca aktual və mühüm məsələlələrə toxundular. Burada qaldırılmış suallar, müxtəlif vaxtlarda qaldırılmış suallardır ki, bu da dialoqla bağlıdır. Bizim seçimimiz dialoqdur. Bizim seçimimiz dözümlülük və hörmətdir. Bizim seçimimiz müxtəliflikdir və qəlblərin, insanların, dinlərin müxtəlifliyidir. Biz ona çalışmalı deyilik ki, hamıya dünyada bir gözlə baxaq. Biz müxtəlifliyi yüksək qiymətləndiririk və çalışırıq onu zənginləşdirək.

Bu iki gün ərzində biz bir-birimizi dinlədik, bir-birimizi daha yaxşı tanıdıq, biz öz fikirlərimizi hörmət və anlaşma ilə bölüşdük. Bu, birgəyaşamanın kiçik bir nümunəsidir və biz istəyirik ki, bu nümunə bütün dünyanın digər yerlərində təşəkkül tapsın.

Ümid edirəm ki, bizim forumumuz müxtəlif mədəniyyətlər və xalqlar arasındakı dialoqa töhfə verəcəkdir və əminəm ki, biz birgə səylərimizlə bu işi gələcəkdə də davam etdirəcəyik.

Mən öz səmimi təşəkkürümü Anqola, Latviya, Polşa, Cənubi Afrika Respublikasının birinci xanımlarına, Türkiyənin Baş nazirinin xanımına və eyni zamanda Texas ştatının birinci xanımına, Rusiya Federasiyası Federasiya Şurasının vitse-spikerinə bildirirəm. Eyni zamanda biz YUNESKO və İSESKO-ya da minnətdarlığımızı bildiririk və hökumət rəsmilərinə bir daha təşəkkür edirəm.

Biz məşhur alimlərə və qeyri-hökumət təşkilatlarının və mətbuatın təmsilçilərinə, nümayəndələrə dərin minnətdarlığımızı bildiririk ki, onlar bu tədbiri mümkün etmişlər və təşkilatçılıq işini yerinə yetirmişlər.

Sonra İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman Əl-Tüveycri təmsil etdiyi təşkilat adından forumun yüksək səviyyədə təşkilinə və iştirakçılara göstərilən qonaqpərvərliyə görə bir daha minnətdarlığını bildirdi. Baş direktor dedi ki, beynəlxalq səviyyədə təşkil olunmuş bu forum yeni layihələrin həyata keçirilməsinə təkan verəcəkdir. Qarşılıqlı anlaşma forumun əvvəlindən axırınadək hiss olunmuşdur.

Natiq bu tədbirin sivilizasiyalar alyansının yaradılmasına təkan verəcəyini xüsusi qeyd etdi və bildirdi ki, İSESKO Bakı Bəyannaməsinin icrasına töhfəsini verəcəkdir. Bizim əsas məqsədimiz sivilizasiyalararası dialoqun yaradılmasıdır.

YUNESKO-nun Mədəniyyət Siyasəti və Mədəniyyətlərarası Dialoq İdarəsinin direktoru xanım Katerina Stenu yekun nəticələr barədə danışdı. O dedi ki, mədəniyyətlərarası dialoq mürəkkəb məsələyə çevrilmişdir. Bu forum dünyada gedən proseslərdə qadınların rolunun artırılması ilə yanaşı, həmin məsələnin də həllinə müsbət təsir göstərəcəkdir. Mədəniyyətlərarası dialoq sivilizasiyalararası dialoqun vacib tərkib hissəsidir. Təhlillər daha da genişləndirilməli, siyasi qanunlar kifayət qədər formalaşmalıdır. XXI əsrdə siyasi sabitlik və müxtəliflikdə, sülhün qorunmasında qadınların rolu artırılmalıdır.

İslam Konfransı Təşkilatının baş katibi Ekmələddin İhsanoğlu çıxışında bildirdi ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşəbbüsü ilə “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi” mövzusunda keçirilən bu forum qloballaşan dünyada sivilizasiyalararası dialoqa təkan verəcəkdir.

Bu forum həm də Qərb ilə Şərq arasında əlaqələrin inkişafına, eləcə də əməkdaşlığın dərinləşməsinə geniş imkanlar yaradacaqdır. Azərbaycan öz tolerantlığı, mədəniyyəti ilə digərlərinə nümunədir.

Azərbaycan cəmiyyətində qadınların rolunun böyük olduğunu vurğulayan İKT-nin baş katibi dedi ki, bu amil digər ölkələrə nümunə olmalıdır. Çünki hələ də bəzi ölkələrdə qadınlara qarşı stereotiplər açıq şəkildə qalmaqdadır. Bu da müasir dünya üçün qeyri-adekvatdır.

E.İhsanoğlu bildirdi ki, mədəniyyətlərarası dialoqlarda, eləcə də siyasətdə, iqtisadiyyatda, mədəniyyətdə, münaqişələrin həllində və digər istiqamətlərdə qadınların rolu daha da gücləndirilməlidir.

Natiq qeyd etdi ki, 2005-ci ildə İKT-nin Məkkədə keçirilmiş konfransında qəbul edilmiş Onillik Proqramda İslam dəyərlərinin qorunması və inkişaf etdirilməsi qarşıya əsas məqsəd kimi qoyulmuşdur. Məlumdur ki, İslamda qadınların bərabərhüquqluluğu təsbit olunmuşdur. Biz bu prinsiplərin daha da genişləndirilməsinin tərəfdarıyıq. Beynəlxalq Bakı forumu bu işdə bizə lazımınca kömək göstərmişdir.

Təmsil etdiyi təşkilatın bütün dialoqlara hazır olduğunu bir daha bəyan edən İKT-nin baş katibi dedi ki, insanlar qarşılıqlı anlaşma şəraitində yaşamalıdırlar.

Sonra E.İhsanoğlu İKT-nin müraciətini oxudu.

Müraciətdə, son üç ildə Heydər Əliyev Fondunun Azərbaycanda və xaricdə humanitar sahədə gördüyü işlər xüsusi qeyd olunmuşdur.

E.İhsanoğlu dedi ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın yetim və kimsəsiz uşaqlara, müharibə və təbii fəlakətlərdən zərər çəkmiş insanlara yardım göstərilməsi sahəsində İKT ilə əməkdaşlığı yüksək səviyyədədir.

Sonda Ekmələddin İhsanoğlu Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya “İKT-nin humanitar məsələlər üzrə xüsusi elçisi” statusuna dair diplomu təqdim etdi.

Mehriban xanım Əliyeva beynəlxalq foruma yekun vuraraq dedi:

-Hörmətli dostlar, mən bir daha onu qeyd etmək istəyirəm ki, biz bu cür vacib məsələlər üzrə əməkdaşlığa, mədəniyyətlərarası dialoqa həmişə hazırıq. Ümid edirəm ki, Bakı Bəyannaməsində qeyd olunduğu kimi, biz 2010-cu ildə bir daha görüşəcəyik. Mən hamımızı bu forumun uğurla başa çatması münasibətilə bir daha təbrik edirəm.

Bununla da “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi” mövzusunda beynəlxalq Bakı forumu öz işini başa çatdırdı. 

######

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Pit Heqset: ABŞ bu gecə İrana sərt hərbi zərbələr endirəcək

“Maritsa Səhnələri” festivalında Azərbaycanın zəngin mədəni irsi nümayiş etdirilib

Bakıda meditasiya və daxili harmoniya mövzusunda görüş: Sri-Sri Ravi Şankarın mesajları

Sülh Şurasının baş müşaviri: Orta Dəhlizi dünyanın əsas ticarət marşrutlarından birinə çevirə bilərik

Gələcəyin texnologiyaları: “ILA Berlin 2026” sərgisindən reportaj

Mikayıl Cabbarov: Qeyri-neft-qaz sektoru artıq iqtisadiyyatımızın aparıcı qüvvəsinə çevrilib – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Mikayıl Cabbarov: Qeyri-neft-qaz sektoru artıq iqtisadiyyatımızın aparıcı qüvvəsinə çevrilib – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Nazir: Özəl kapital dövlət investisiyalarını üstələyir VİDEO

Nazir: Özəl kapital dövlət investisiyalarını üstələyir VİDEO

Sri-Sri Ravi Şankar: Dünyadakı münaqişələrin bitməsinin yeganə çıxış yolu dialoqdur

Sahibkarlığın inkişafı üçün kredit, zəmanət və startap dəstəyi mexanizmləri tətbiq edilir VİDEO

Sahibkarlığın inkişafı üçün kredit, zəmanət və startap dəstəyi mexanizmləri tətbiq edilir VİDEO

Qarabağda və Şərqi Zəngəzurda güzəştlərin müddətinin uzadılması nəzərdən keçirilir VİDEO

Qarabağda və Şərqi Zəngəzurda güzəştlərin müddətinin uzadılması nəzərdən keçirilir VİDEO

Xankəndidə şəhər-universitet modeli böyük iqtisadi dividendlər vəd edir VİDEO

Xankəndidə şəhər-universitet modeli böyük iqtisadi dividendlər vəd edir VİDEO

Nazir: Əlavə gəlirlər ehtiyatların artırılmasına yönəldilir VİDEO

Nazir: Əlavə gəlirlər ehtiyatların artırılmasına yönəldilir VİDEO

Azərbaycan və Avstriya Xarici İşlər nazirlikləri arasında konsulluq məsləhətləşmələri aparılıb

“Kölgə iqtisadiyyatı” ilə mübarizədə əhəmiyyətli irəliləyiş əldə olunub VİDEO

“Kölgə iqtisadiyyatı” ilə mübarizədə əhəmiyyətli irəliləyiş əldə olunub VİDEO

Ruhani lider: Azərbaycan insanlar arasında sülhün və qarşılıqlı anlaşmanın tapılması üçün çox yaxşı bir körpü ola bilər

İqtisadiyyat naziri: Data mərkəzlərinin inkişafı prioritet layihələrimizdəndir -  EKSKLÜZİV VİDEO

İqtisadiyyat naziri: Data mərkəzlərinin inkişafı prioritet layihələrimizdəndir - EKSKLÜZİV VİDEO

Şəkidə şəhid Məmmədiyə Cabbarzadənin xatirəsi anılıb

Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı 71,5 faizə çatıb VİDEO

Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı 71,5 faizə çatıb VİDEO

Azərbaycanın lavanda rəngləri Bolqarıstanda “Soleil” beynəlxalq festivalında təqdim olunub

Mikayıl Cabbarov: Ölkənin xarici borcu azalma tendensiyasındadır və ehtiyatları artır - EKSKLÜZİV VİDEO

Mikayıl Cabbarov: Ölkənin xarici borcu azalma tendensiyasındadır və ehtiyatları artır - EKSKLÜZİV VİDEO

Həsən Həsənov: İndiyədək azərbaycanlılarla macarları birləşdirən çoxlu sayda sözün qohumluğunu sübut edə bilmişəm

Laçın şəhərində yeni yol nişanları quraşdırılıb və xətlər yenidən çəkilib VİDEO

Laçın şəhərində yeni yol nişanları quraşdırılıb və xətlər yenidən çəkilib VİDEO

Azərbaycan millisinin üzvü "Şamaxı"da

Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir

Azovda yük gəmilərinə dron hücumunda həlak olmuş 4 Azərbaycan vətəndaşının nəşləri ölkəyə gətirilib

Batut gimnastikası və tamblinq üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub

Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb

ABŞ senatoru: Azərbaycan və region ölkələri ilə münasibətlər strateji səviyyəyə yüksəlib

Hacıqabul rayonunda açıq ərazidə baş vermiş yanğın söndürülüb - YENİLƏNİB VİDEO

Hacıqabul rayonunda açıq ərazidə baş vermiş yanğın söndürülüb - YENİLƏNİB VİDEO

Yasamal rayonunda obyektdə baş verən yanğın söndürülüb YENİLƏNİB

Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib

"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb

Bu saata olan əsas xəbərlər

“Macar-Azərbaycan ortaq etnik kökləri” kitabının təqdimatı olub

“Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 26 may tarixli 415-VIIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 iyun tarixli 950 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə orqanlarında, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Bakı Şəhər İcra Hakimiyyətinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Hikmət Hacıyev: Yaxın Şərqdə münaqişənin kəskinləşməsi şəraitində Orta Dəhliz əlavə əhəmiyyət qazanır

İsveçrə Vəkillər Kollegiyasının sədri Azərbaycana səfər etməyi planlaşdırır

Dünya Kuboku: BMT Vaşinqtonu miqrasiya siyasətini “hərtərəfli” nəzərdən keçirməyə çağırır

İtaliyalı ekspert: Azərbaycanın azad edilmiş əraziləri innovativ şəhərsalma laboratoriyasına çevrilir

Prezidentin köməkçisi: Türk dünyası yeni siyasi reallığa və geniş Avrasiya qitəsində əməkdaşlıq platformasına çevrilir

Putin miqrantların tibbi müayinədən keçirilməsi ilə bağlı yeni qaydaları nəzərdə tutan qanunu imzalayıb

“Qəhrəmanlıq Zirvəsi” kitabının təqdimatı olub VİDEO

“Qəhrəmanlıq Zirvəsi” kitabının təqdimatı olub VİDEO

Türkiyənin İzmir Yüksək Texnologiya İnstitutunun nümayəndə heyəti Qarabağ Universitetində olub

Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb VİDEO

Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb VİDEO

İkiqat Avropa çempionu olan baş məşqçi: Azərbaycanın futbol ölkəsi olmadığı fikri ilə razı deyiləm – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

İkiqat Avropa çempionu olan baş məşqçi: Azərbaycanın futbol ölkəsi olmadığı fikri ilə razı deyiləm – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Hikmət Hacıyev: Regionda sülhün bərqərar olmasından sonra Azərbaycanın xarici siyasətində yeni imkanlar yaranıb

ABŞ səfirliyinin nümayəndə heyəti Azərbaycan İdman Akademiyası ilə tanış olub

Uşaqların zərərli informasiyadan qorunmasına yönəlmiş normativ hüquqi akt layihəsi müzakirə olunub YENİLƏNİB VİDEO

Uşaqların zərərli informasiyadan qorunmasına yönəlmiş normativ hüquqi akt layihəsi müzakirə olunub YENİLƏNİB VİDEO

“Code for Future” layihəsinin cari il məzunları 87 faiz performans göstəriblər

Serbiya Prezidenti Azərbaycanın müdafiə nazirini qəbul edib

ABŞ-də Günəş enerjisi ilə elektrik enerjisi istehsalı kömürü üstələyib

Albaniya Respublikasının Prezidenti Bayram Beqaydan

Azərbaycanın zəngin mədəni irsi “İpək Yolu – 2026” festivalında nümayiş olunub

Samir Mahmudov: Sağlam cəmiyyətin təməli möhkəm ailə və hüquqi maarifləndirmədən keçir VİDEO

Samir Mahmudov: Sağlam cəmiyyətin təməli möhkəm ailə və hüquqi maarifləndirmədən keçir VİDEO

® Bakıda “Force of Love 2026” yay festivalı keçirilib

Psixoloq: Sosial şəbəkə məhdudiyyətləri uşaqların emosional inkişafına müsbət təsir edəcək

Azərbaycanın qlobal enerji təhlükəsizliyinə töhfəsi və yaşıl enerji perspektivləri - ŞƏRH

“Abşeron Şərab 1” MMC-nin qida təhlükəsizliyi qeydiyyatı ləğv edilib

ADPU ilk dəfə RUR beynəlxalq universitet reytinqində yer alıb

Astanada İpək Yolunun gələcəyi – energetikadan mədəniyyətə qədər müxtəlif istiqamətlər müzakirə olunub

Vaşinqtonda ənənəvi Trans-Xəzər Forumu işə başlayıb

İsmət Əliyev: Risk altında olan uşaqların müəyyənləşdirilməsi istiqamətində ardıcıl tədbirlər görülür VİDEO

İsmət Əliyev: Risk altında olan uşaqların müəyyənləşdirilməsi istiqamətində ardıcıl tədbirlər görülür VİDEO

Coğrafiya İnstitutu sürüşmə riski olan əraziləri açıqlayıb

COP31 Sədrliyi 2035-ci ilədək qlobal elektrikləşmənin 35 faizə çatdırılmasını hədəfləyir

Oğuzda ilk dəfə keçirilən “Aykido və Yapon Mədəniyyəti Günü” festivalı böyük marağa səbəb olub VİDEO

Oğuzda ilk dəfə keçirilən “Aykido və Yapon Mədəniyyəti Günü” festivalı böyük marağa səbəb olub VİDEO

Temperaturun kəskin dəyişməsi yeni reallığa çevrilir

Ekspert: Cənubi Qafqaz regionu Türkiyə üçün əhəmiyyətli bölgədir

® “Birbank”dan yenilik: 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər

Anar Bağırov: Uşaqların hüquqlarının müdafiəsində vəkilliyin rolu xüsusi əhəmiyyət daşıyır

Sabunçu rayonunda 46 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb VİDEO

Sabunçu rayonunda 46 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb VİDEO

Əlilliyi olan uşaqlar üçün sosial xidmət müəssisəsinə mediatur təşkil edilib

Valideynlərin sosial şəbəkə platformalarına nəzarət mexanizmi güclənəcək RƏY

Əmək müqaviləsi ilə çalışmaq işçiyə hansı hüquqlar verir?

Dünya çempionatı: Türkiyə millisinin ilk oyununun baş hakimi açıqlanıb

Yaxın Şərqdəki münaqişə qlobal neft tədarükündə 1 milyard barel itkiyə səbəb olub

“Rəqəmsal həllərdə dövlət-özəl tərəfdaşlığı” mövzusunda infosessiya baş tutub

Emin Əmrullayev: Uşaqların rəqəmsal mühitdə davranışları ilə bağlı qərarlar faktlara və araşdırmalara əsaslanmalıdır VİDEO

Emin Əmrullayev: Uşaqların rəqəmsal mühitdə davranışları ilə bağlı qərarlar faktlara və araşdırmalara əsaslanmalıdır VİDEO

Nazir: Təhsil seçimləri maraq və bacarıqlara əsaslanmalıdır VİDEO

Nazir: Təhsil seçimləri maraq və bacarıqlara əsaslanmalıdır VİDEO

Sahibə Qafarova İndoneziyanın Azərbaycandakı yeni səfiri ilə görüşüb

Milli Məclisdə kitabxana sisteminin aktual məsələlərinə həsr olunmuş ictimai müzakirə keçirilib

Premyer Liqaya yüksələn klub daha 3 futbolçu ilə vidalaşıb

Avropalıların yalnız 11 faizi ABŞ-ni müttəfiq hesab edir - ECFR sorğusu

Energetika naziri vətəndaşların müraciətlərini dinləyib

Bəzi sosial şəbəkələrdə uşaqların intihara, terrorizmə, kiberbullinqə məruz qalma ehtimalı daha çoxdur VİDEO

Bəzi sosial şəbəkələrdə uşaqların intihara, terrorizmə, kiberbullinqə məruz qalma ehtimalı daha çoxdur VİDEO

ADU-da “Çin dili körpüsü” müsabiqəsinə yekun vurulub VİDEO

ADU-da “Çin dili körpüsü” müsabiqəsinə yekun vurulub VİDEO

Rusiya Ermənistana qarşı mövqeyini sərtləşdirir

Almaniya səfiri Azərbaycan və Ermənistan arasında sülh prosesində əldə olunmuş nailiyyətləri təqdir edib

Türk professor Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qonağı olub

Qərbi Azərbaycan və Qarabağın mətbuat tarixi öyrənilir

Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri Xızıda konsert proqramı ilə çıxış edib

Azərbaycanda urbanizasiya prosesi və mənzil siyasətinin yeni strategiyaları

Kamran Əliyev: Yetkinlik yaşına çatmayan şəxslərlə bağlı qanunvericilikdə xüsusi humanist yanaşma tətbiq olunur VİDEO

Kamran Əliyev: Yetkinlik yaşına çatmayan şəxslərlə bağlı qanunvericilikdə xüsusi humanist yanaşma tətbiq olunur VİDEO

Kamran Əliyev: Uşaqlarla bağlı hər bir hüquq pozuntusu prokurorluq orqanlarını ciddi şəkildə narahat edir VİDEO

Kamran Əliyev: Uşaqlarla bağlı hər bir hüquq pozuntusu prokurorluq orqanlarını ciddi şəkildə narahat edir VİDEO

Konstitusiya Məhkəməsi Palatasının iclasında Göyçay Rayon Məhkəməsinin müraciətinə baxılıb

Salyanda çörək istehsalı müəssisəsində nöqsanlar aşkar edilib

Naxçıvanda fəaliyyət göstərən sahibkarlar üçün proqnozlaşdırılabilən, etibarlı biznes mühiti yaradılacaq - ŞƏRH

Baş prokuror: Dünyada uşaqlara qarşı zorakılıq halları ciddi narahatlıq doğurur VİDEO

Baş prokuror: Dünyada uşaqlara qarşı zorakılıq halları ciddi narahatlıq doğurur VİDEO

Kembricdə təhsil alan azərbaycanlı tədqiqatçı: Qarabağdakı layihələr şəhərsalmanın ölkə üçün vacibliyini göstərir - MÜSAHİBƏ