MƏDƏNİYYƏT
“Medeya. Sekvensiya 001” növbəti dəfə nümayiş olunub
![“Medeya. Sekvensiya 001” növbəti dəfə nümayiş olunub](/files/2020/1/1200x630/15801925823918059218_1200x630.jpg)
Bakı, 28 yanvar, AZƏRTAC
Azərbaycan Dövlət “Yuğ” Teatrının repertuarında populyar tamaşalardan olan “Medeya. Sekvensiya 001” tamaşası növbəti dəfə teatrsevərlərin ixtiyarına verilib.
Teatrdan AZƏRTAC-a bildirilib ki, Vladimir Klimenkonun “Medeya Teatrı” pyesi əsasında səhnələşdirilən tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı Mikayıl Mikayılov, quruluşçu rəssamı Umay Həsənovadır.
Apokrifik etiraf janrında hazırlanan tamaşada rolları teatrın aktyorları Əməkdar artistlər Sonaxanım Mikayılova və Gülzar Qurbanova ifa edib. A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının səhnəsində nümayiş olunan səhnə əsəri Medeyanı oynamağa cəhd edən iki aktrisa arasında dialoq üzərində qurulub: biri - uşaqlarını öldürməmişdən öncə, o biri - öldürdükdən sonra.
Tamaşa aktyorun zamanla münasibətləri haqqında poetik pritçadır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.04.2023 [18:14]
Teatr forumunun vaxtı dəyişdirilib
- 06.04.2023 [21:40]
“Azərbaycan sənədli kino salnaməsi” çərçivəsində növbəti tədbir
- 03.04.2023 [12:47]
Operasevərlər üçün “Bohema” növbəti dəfə
- 03.04.2023 [11:30]
“Jizel” baleti növbəti dəfə səhnədə
- 03.04.2023 [11:22]
Vladivostok teatrı doqquz gün Bakının qonağı olacaq
- 30.03.2023 [14:27]
Muğam Mərkəzinin səhnəsində premyera - “Meyvələrin söhbəti”
- 30.03.2023 [12:19]
Nicat Kazımovun 50 illik yubileyinə həsr olunan sənədli film təqdim olunub
- 29.03.2023 [17:49]
“Solğun çiçəklər” yenidən Şuşa Teatrında nümayiş ediləcək
Qarabağdan süzülən “yaşıl işıq”
- [16:26]
Sabahın hava proqnozu açıqlanıb
- [12:43]
Azərbaycan nefti ucuzlaşıb
- [10:30]