CƏMİYYƏT
Mediasiya prosesləri zamanı əmək mübahisələrinin həllində dövlət orqanlarının roluna dair ictimai müzakirələr keçiriləcək
Bakı, 25 iyul, AZƏRTAC
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Mediasiya Şurasının birgə təşkilatçılığı ilə iyulun 26-da Bakıda “Mediasiya prosesləri zamanı əmək mübahisələrinin uğurlu həllində dövlət orqanlarının və işəgötürənlərin rolu” mövzusunda maarifləndirici ictimai müzakirənin keçirilməsi nəzərdə tutulur.
Ombudsman Aparatından AZƏRTAC-a bildirilib ki, tədbirdə aidiyyəti dövlət qurumları, mediasiya təşkilatları, QHT-lər, eləcə də digər ictimai təşkilatların nümayəndələri iştirak edəcəklər.
Müzakirələrdə mübahisələrinin məhkəməyəqədər həlli mexanizmlərinin səmərəliliyi, bu sahədə aidiyyəti dövlət qurumlarının, mediasiya təşkilatlarının və işəgötürənlərin rolu, mediasiya prosesinin uğurlu həyata keçirilməsinə maneə yaradan hallar və bu halların aradan qaldırılması yolları, eləcə də qeyd olunan sahədə gələcək əməkdaşlığın perspektivləri barədə müzakirələr aparılacaqdır.