“Mənə nə qədər kredit düşür” sualına indi hər kəs 8145 SMS xidmətindən cavab alacaqdır
Bakı, 27 iyul (AZƏRTAC). “Bank of Baku” müştərilərin geniş yayılmış “Mənə nə qədər kredit düşür” sualını cavablandırmaq üçün yeni SMS xidmətini işə salmışdır.
Bankdan AZƏRTAC-a bildirmişlər ki, 8145 nömrəsinə müvafiq ismarıc göndərməklə bankın yeni və təkrar müştəriləri təklif olunan kredit şərtlərini, “Dostlar klubu” çərçivəsində hansı növ imtiyaz kartı ala biləcəklərini və bonus məbləğini öyrənə bilərlər.
Beləliklə, “Bank of Baku”dan ilk dəfə kredit almağı düşünənlər kredit şərtlərini öyrənmək üçün iş yerinin adını yazıb 8145-ə SMS göndərməklə müvafiq məlumat əldə edə bilərlər.
“Bank of Baku”nun daimi müştəriləri “Dostlar klubu”nun hansı kartına (brilyant, qızıl, gümüş) sahib olduğunu və nə qədər kredit ala biləcəyini öyrənmək üçün isə “Dost, boşluq, 6 rəqəmli müştəri kodu”nu yazıb 8145-ə SMS göndərə bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.05.2026 [13:33]
WUF13 çərçivəsində Biznes Assambleyasının sessiyası işə başlayıb
- 17.05.2026 [13:23]