SİYASƏT
Məntəqə seçki komissiyalarının üzvləri seçki prosesi ilə bağlı ətraflı məlumatlandırılmışlar
Tovuz, 24 sentyabr (AZƏRTAC). 106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsi dairə seçki komissiyasında məntəqə seçki komissiyalarının üzvləri üçün treninqlər davam edir.
Dairə seçki komissiyasının sədri Xəqani Vəliyev AZƏRTAC-a bildirmişdir ki, sentyabrın 24-də maarifləndirici məqsəd daşıyan treninqlərin ikinci günündə də trenerlər tərəfindən məntəqə seçki komissiyalarının sədrlərinə, katiblərinə və üzvlərinə seçki günü icra olunan müxtəlif prosedurlarla bağlı məsləhətlər verilmiş, onlar seçki prosesi ilə bağlı ətraflı məlumatlandırılmışlar.
Həmçinin treninqlər zamanı hər bir məntəqə seçki komissiyasının üzvünə “Seçki günü üçün yaddaş” kitabçası, səsvermənin nəticələri haqqında protokolun nümunəsi və bir sıra digər sənəd nümunələri təqdim olunmuşdur. Bundan əlavə, müdavimlər üçün Mərkəzi Seçki Komissiyasının hazırladığı, səsvermə günü seçki məntəqəsində icra olunacaq hərəkətləri özündə əks etdirən videofilm də nümayiş etdirilmişdir.