ELM VƏ TƏHSİL
Mərkəzi Elmi Kitabxananın fondları yeni nəşrlərlə zənginləşir
Bakı, 3 mart, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Naxçıvan Bölməsindən Mərkəzi Elmi Kitabxanaya (MEK) yeni nəşrlər təqdim olunub.
Bu barədə AZƏRTAC-a MEK-dən məlumat verilib. Bildirilib ki, nəşrlər sırasında “Naxçıvan Muxtar Respublikasının aqrar inkişafı. Statistik göstəricilərdə və rəsmi sənədlərdə”, “Naxçıvanın halay və yallıları: tarixi, mənşəyi və fəlsəfi anlamı”, “Naxçıvan Muxtar Respublikasının yeraltı su ehtiyatları”, “Şərq qapısı” qəzetinin nəşr tarixi və inkişaf yolu”, “Ordubad bölgəsinin epiqrafik abidələri”, “Naxçıvan (dörd fəsil)” və digərləri yer alır.
Elmin müxtəlif sahələrini əhatə edən bu kitabların əsas hissəsində Naxçıvan Muxtar Respublikasının coğrafi və tarixi inkişafından, burada aparılan genişmiqyaslı quruculuq tədbirlərindən, düzgün şəkildə aparılan inkişaf strategiyası nəticəsində insanların həyat tərzinin yaxşılaşmasından bəhs olunur.
Qeyd edək ki, sözügedən nəşrlər MEK-də mövcud olan AMEA Naxçıvan Bölməsinin kolleksiyasına əlavə olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.06.2024 [18:10]
ABŞ-ın Şimali Dakota Universitetinin professoru ilə BDU-da görüş
- 28.06.2024 [17:51]
AMEA-nın əməkdaşı Çində elmi məruzə ilə çıxış edib
- 28.06.2024 [17:47]
“SABAH.city” innovasiya klasterinin yaradılması planlaşdırılır
- 28.06.2024 [17:13]
Qısamüddətli geomaqnit qasırğası gözlənilir
- 28.06.2024 [16:35]