Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir

Bakı, 16 oktyabr (AZƏRTAC). Oktyabrın 16-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilmişdir.

Mərkəzi Seçki Komissiyası Katibliyinin media və ictimai əlaqələr şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, əvvəlcə MSK-nın 13 oktyabr 2013-cü il tarixli iclasının protokolu təsdiq edilmişdir.

Sonra Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlərə baxılmışdır. Bu barədə məlumat verilərkən bildirilmişdir ki, müraciətlərdən biri “Demokratik Qüvvələrin Milli Şurası” seçicilərin təşəbbüs qrupunun namizədi Cəmil Həsənlinin səlahiyyətli nümayəndəsi Mustafa Hacılı tərəfindən edilmişdir. Ərizəçi 33 saylı Xətai birinci seçki dairəsinin seçki məntəqələrinin heç birində səsvermə günü protokolların tərtib edilməsində qanunvericiliyin tələblərinə əməl olunmamasına baxmayaraq, həmin hal üzrə vermiş olduqları şikayəti təmin etməyən seçki dairəsinin müvafiq qərarının ləğv edilərək mahiyyəti üzrə yeni qərarın qəbul olunmasını xahiş etmişdir.

MSK-nın iclasında qeyd olunmuşdur ki, müraciətin tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılması nəticəsində müəyyən olunmuşdur ki, həmin dairə üzrə seçki məntəqələrində protokolların qanunvericiliyin tələblərinin pozulması ilə tərtibinə dair iddialar ümumi xarakterli olmaqla öz təsdiqini tapmadığından müraciət əsassız hesab edilərək təmin edilməməlidir. Araşdırma prosesində iştirak etmiş şikayətçi Mustafa Hacılının araşdırmaya sübut kimi təqdim etdiyi, onun və məşvərətçi səs hüquqlu üzv Qulamova Zərifə Yusif qızının adından imzalanmış, ümumi xarakterli yeganə akt bütün seçki məntəqələrində baş verməsi iddia olunan hallarla bağlıdır. İki nəfərin 35 seçki məntəqəsində eyni vaxtda olmaları və bu və ya digər qanun pozuntularını rəsmiləşdirmələrini təsəvvür etmək belə asan olmadığından həmin aktın hər hansı sübut əhəmiyyəti daşıyan sənəd kimi qəbul edilməsi mümkün deyildir. Eyni zamanda, araşdırma prosesində mübahisələndirilən hallara dair Mərkəzi Seçki Komissiyası tərəfindən müvafiq seçki dairəsini əhatə edən seçki məntəqələrində səsvermə günü müşahidə aparmış 113 nəfər müxtəlif statuslu şəxslərdən alınmış izahatlarda iddia edilən hallar öz təsdiqini tapmamış, əksinə prosesin tamamilə qanunvericiliyin tələblərinə tam cavab verdiyi müəyyən olunmuşdur. Həmin şəxslər arasında müxtəlif qüvvələrin, o cümlədən “Demokratik Qüvvələrin Milli Şurası” seçicilərin təşəbbüs qrupunun təmsilçiləri, eyni zamanda, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu Müşahidə Missiyasının və digər beynəlxalq qurumların missiyalarının üzvləri də olmuşlar. Onlar qeyd edilən seçki məntəqələrində seçki prosesini əvvəldən axıra kimi izləyərək, səslərin sayılmasını və səsvermənin nəticələrinə dair protokolun doldurulmasını müşahidə etdiklərini və bu zaman heç bir qanun pozuntusuna rast gəlmədiklərini, habelə səsvermənin nəticələrinə dair protokolun surətini aldıqdan sonra seçki məntəqəsini tərk etdiklərini bildirmişlər. Bütün bunları nəzərə alan MSK sözügedən müraciətin əsassız olduğundan təmin edilməməsini və 33 saylı Xətai birinci seçki dairəsi dairə seçki komissiyasının (DSK) qərarının dəyişdirilmədən qüvvədə saxlanmasını qərara almışdır.

Növbəti müraciət də prezidentliyə namizəd Cəmil Həsənlinin səlahiyyətli nümayəndəsi Mustafa Hacılı tərəfindən edilmişdir. O, Mərkəzi Seçki Komissiyasına müraciət ünvanlayaraq 35 saylı Xətai üçüncü seçki dairəsi dairə seçki komissiyasına dairənin əhatə etdiyi bütün seçki məntəqələrində seçkinin ləğv edilməsi barədə şikayət verildiyini və onunla əlaqədar komissiyanın qəbul etdiyi protokol- qərarın ləğvini və mahiyyəti üzrə qərar qəbul olunmasını xahiş etmişdir.

MSK-nın iclasında vurğulanmışdır ki, “Demokratik Qüvvələrin Milli Şurası” seçicilərin təşəbbüs qrupunun sözügedən seçki məntəqələrindəki məşvərətçi səs hüquqlu üzvləri və müşahidəçiləri səsvermə başa çatanadək qanun pozuntusu barədə heç bir irad bildirməmişlər. Dairə seçki komissiyasında protokolların qəbul edilməsi prosesini müşahidə etmiş ATƏT-in Seçki Müşahidə Missiyasının nümayəndələri tərəfindən də məntəqə seçki komissiyalarının protokolları təhvil verilənədək komissiya sədrlərinin DSK-ya gəlib getmələri ilə bağlı hər hansı bir faktın olması qeyd edilməmişdir. Ekspert qrupunun üzvü belə nəticəyə gəlmişdir ki, şikayətçinin müraciətdə göstərdikləri əsassızdır.

Bundan əlavə, sözügedən məsələ ilə bağlı dairə seçki komissiyası tərəfindən qərarın qəbul edilməsi, əsaslandırılması və tərtib olunmasında prosessual pozuntuya yol verilməsi müəyyən edilmişdir. Ona görə də həmin protokol üzrə gəlinən nəticə qanunvericiliyin tələblərinə uyğun olmadığından etibarsız hesab edilməlidir. Şikayətçinin DSK-nın araşdırması ilə razılaşmamasını və mahiyyəti üzrə qərar qəbul edilməsi xahişini nəzərə alaraq yeni araşdırma aparılmışdır.

MSK qərara almışdır ki, qeydə alınmış namizəd Cəmil Həsənlinin səlahiyyətli nümayəndəsi Mustafa Hacılının sözügedən müraciəti qismən təmin edilsin. Bundan əlavə, 35 saylı Xətai üçüncü seçki dairəsi dairə seçki komissiyasının qeyd edilən qərarının qanunvericiliyin tələblərinə uyğun tərtib olunmadığından etibarsız hesab edilməsi barədə qərar çıxarılmışdır. Müraciətin 35 saylı Xətai üçüncü seçki dairəsi üzrə seçkilərin nəticələrinin etibarsız hesab edilməsi hissəsinin əsassız olduğundan təmin edilməməsi də qərara alınmışdır.

MSK cari məsələlərə də baxmışdır.

İclasda beynəlxalq qurumların təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Britaniyada Leyboristlər Partiyasının lideri seçkilərdə məğlub olsa, istefa verəcək

FHN: Qaradağda sursat aşkarlanıb

DİM: 40 dövlət orqanında mövcud olan 94 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Bir şəxsi öldürməkdə, digərini öldürməyə cəhddə təqsirləndirilən Pakistan vətəndaşı barəsində cinayət işi məhkəməyə göndərilib

Tələbələrə vahid tələbə kartı veriləcək

Gürcüstan ilin ilk beş ayında Azərbaycandan 48 min ton avtomobil yanacağı idxal edib

Asim Xudiyev Konfrans Liqasının oyununa təyinat alıb

Növbəti köç karvanı Laçına çatıb

İyulda havanın temperaturunun bəzi yerlərdə iqlim normasından yüksək olacağı gözlənilir

Elşad İskəndərov: Mina qurbanlarının hüquqlarının bərpası üçün əməli addımlar atmağın zamanı çatıb

Çin elektriklə uçan təyyarəni sınaqdan keçirib

® ABB-dən “Bolt” sürücülərinə özəl “Visa” kartı!

Türkiyə FATF-ın “boz siyahı”sından çıxarılıb

Milli Məclisə növbədənkənar seçkilərin vaxtı açıqlandı - SƏRƏNCAM

Altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Şəhid Əhliman Əsgərovun nəşinin qalıqları Şəmkirdə torpağa tapşırılıb

Avstriya tamaşaçılarının rəğbətini qazanan gənc pianoçu Ayan Məmmədlinin növbəti uğuru

Baş prokuror Lerikdə vətəndaşları qəbul edəcək

Xəzərin Azərbaycana mənsub sularında qaçaqmal aşkarlanaraq götürülüb

Azərbaycan millisinin baş məşqçisi klubundan ayrılıb

Sudanın 14 bölgəsi aclıq təhlükəsi ilə üzləşib

Buraxılış imtahanlarında ən yüksək nəticə əldə edən şagird yeni tədris ilində ADA Məktəbində təhsil alacaq

Yan Vanmin: Azərbaycan Çinin önəmli tərəfdaşıdır VİDEO

Özbəkistan quş əti ixracına məhdudiyyətləri ləğv edir

Türkiyənin may ayı üçün ticarət rəqəmləri açıqlanıb

Azərbaycanın mədəniyyət naziri Özbəkistanda Beynəlxalq Maqom Sənəti Forumunda iştirak edib

Qubada keçiriləcək beynəlxalq basketbol turnirinin iştirakçıları dəqiqləşib

Panama kanalında suyun səviyyəsi azalır

Tullantıların idarə olunması ilə bağlı informasiya sistemi yaradılır

Bakıda “Azərbaycanda yaşayan tatların etnokonfessional tarixi” mövzusunda tədbir təşkil olunub

"Asiya uşaqları" Oyunları: Azərbaycan taekvondoçuları daha 2 medal qazanıblar

İsrail aviasiyasının hücumu nəticəsində “Hizbullah”ın 4 döyüşçüsü öldürülüb

Britaniya alimləri: ChatGPT botunun imtahan nəticələri tələbələrdən daha yüksəkdir

Polisin qanunsuz miqrasiyaya qarşı keçirdiyi tədbirlərlə daha 25 əcnəbi saxlanılıb VİDEO

İsmayıllı-Lahıc avtomobil yolu qaya parçaları və daşlardan təmizlənir

Parlament və Atatürk prospektlərində avtobusların hərəkəti məhdudlaşdırılır

Laçında yeni film çəkiləcək

Güclü külək Naxçıvanda elektrik infrastrukturuna ciddi ziyan vurub

Elmar Qasımov IELTS-də yüksək nəticə əldə edən tələbələrlə görüşüb

Azərbaycanın və Ukraynanın media qurumları arasında əməkdaşlığın prioritetləri müzakirə olunub

Azərbaycan ekologiyası haqqında biblioqrafik göstərici nəşr edilib

Azərbaycan güləşçilərinin Olimpiada hazırlığı: Hədəf yüksək nəticələr qazanmaqdır

Komitə sədrinin müavini: Azərbaycan və qırğız xalqları tarix, dil, mədəni dəyərlər baxımından bir-birinə sıx bağlıdır

Azərbaycan Ordusunun yaranma tarixi və Zəfər salnaməsi

UNEC Abituriyent Məsləhət Mərkəzi yaradılıb

Pedaqoji Universitetdə kadr potensialı gəncləşdirilir - statistika

Sənaye mülkiyyəti obyektlərinin patentləşdirilməsi - vebinar

Qarabağ Universitetinin Beynəlxalq dil mərkəzinə direktor seçilib

Həkim-pediatr: Qumla oynamaq uşaq sağlamlığına olduqca müsbət təsir göstərir

Narkotiklərin ziyanı ilə bağlı 2,1 milyondan artıq abunəçiyə SMS göndərilib

Everest dağında qar və buzların əriməsi nəticəsində qorxunc mənzərə üzə çıxıb

Gələn il Bakıda investisiya forumu keçiriləcək

KIV: Polşa ordusu icazəli silahı olan vətəndaşları əməkdaşlığa cəlb edir

Böyük Qayıdışa həsr edilən nəşrlərin təqdimatı olub

Azərbaycan gimnastları beynəlxalq turnirdə iştirak edəcəklər

Paytaxtın Bakıxanov qəsəbəsində yanğın təhlükəsi olan hamam və kafenin fəaliyyəti dayandırılıb

Külli miqdarda narkotik vasitənin Xəzər dənizi vasitəsilə ölkəmizə keçirilməsinin qarşısı alınıb

Sahibə Qafarova: Milli Məclisin növbədənkənar sessiyasında 31 qanun və qərar qəbul edilib

Çinin Ayın görünməyən tərəfindən gətirdiyi süxur nümunəsinin çəkisi iki kiloqrama yaxındır

Samoanın səfiri: İnkişaf etməkdə olan kiçik ada dövlətlərinə göstərilən diqqət təqdirəlayiqdir

Xarici media: BCM İsrail rəsmilərinin həbsi ilə bağlı orderlərin verilməsini təxirə salıb

Viktor Orban Ursula Fon der Lyayenin əleyhinə səs verib

TƏBİB-də “Açıq qapı” günü keçirilib

32 ildir itkin düşmüş sayılan şəhid Elman Cavadovun nəşinin qalıqları Sumqayıtda torpağa tapşırılıb

Şəhid ailələrinin mənzil təminatı ilə bağlı Qanuna dəyişiklik edilir

Monqolustanda parlament seçkiləri keçirilir

Çin lideri Qlobal Cənub Tədqiqatlar Mərkəzinin yaradılması təşəbbüsünü irəli sürüb

Huqo Qevara: İngilis dilinin tədrisi üzrə sertifikat proqramından 350-dən çox müəllim yararlanıb

Qohum nikahlar və erkən evliliklərlə bağlı qanunvericiliyə təklif edilən dəyişikliklər təsdiqlənib

Fermer Qadınların Respublika Platforması yaradılacaq

“Laçın Könüllüləri” qrupuna qeydiyyat başlayıb

Milli Depozit Mərkəzi Elektron Sənəd Dövriyyəsi Sisteminə qoşulub

İnzibati Xətalar Məcəlləsinə hansı dəyişikliklər edilib?

Torpaq Məcəlləsinə təklif edilən dəyişikliklər təsdiqlənib

TƏBİB-in “815” saylı Çağrı mərkəzinə bir gündə 700-800 müraciət daxil olur

“Neftçi” daha bir futbolçu ilə vidalaşıb

Lənkəranda texniki təhlükəsizlik mövzusunda müşavirə keçirilib

Azərbaycanda yeni dövlət rüsumları müəyyənləşir

Azərbaycan ilə Qırğızıstan arasında ikiqat vergitutma aradan qaldırılacaq

Şuşada gənclərin turizm peşə hazırlığı mərkəzi açılacaq

"İpək Yolları Gənclərin Gözü ilə" adlı fotomüsabiqəyə qeydiyyat davam edir

Yan Vanmin: Çin-Azərbaycan dostluq və əməkdaşlıq əlaqələri zənginləşərək strateji səviyyəyə yüksəlib

“Xeyir xəbər” tamaşasının premyerası keçirilib

“Baku ID” innovasiya festivalının ikinci gününə start verilib VİDEO

Süd və süd məhsullarının ölkəyə idxalı qaydaları ilə bağlı videoçarx hazırlanıb

“Sumqayıt” klubu sabiq futbolçusunu geri qaytarıb

Fukuşima AES-in suyunun okeana axıdılmasının 7-ci mərhələsi başlayıb

FAO-nun layihə eksperti: Qlobal qida sistemi ümumi istixana qazları emissiyalarının 21-37 faizinə cavabdehdir

Xızıda təsərrüfatların 98 faizinin genişzolaqlı internetə çıxışı təmin edilib

Azərbaycan-Qırğız İnkişaf Fondu yaradılacaq

Slovakiyada avtobus qəzası nəticəsində yeddi nəfər həlak olub

NBA tarixində ilk: Ata və oğul eyni komandada oynayacaq

Prezident İlham Əliyev ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisini qəbul edib YENİLƏNİB VİDEO

“Qarabağ” akademiyasının koordinatoru: Azərbaycanda Avropa səviyyəsinə qalxa biləcək futbolçular var - MÜSAHİBƏ

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Nəzrin Rəsulzadə

Göyçay çayına gələn sel Cəyirli kəndində əkin sahələrini yarasız hala salıb VİDEO

Gənclər Kitabxanasında şair Çingiz Əlioğlunun 80 illik yubileyi münasibətilə elektron məlumat bazası hazırlanıb

Nazir müavini: Könüllülük fəaliyyətləri ölkəmizdə gedən proseslərin güzgüsüdür

FHN: Ötən sutka ərzində 34 halda yanğına çıxış olub

Azərbaycan Yaponiya ilə icbari tibbi sığorta sahəsində təcrübə mübadiləsi edib