İDMAN
Merve Kenger: “Rio-2016”-da mükafatçılar sırasında yer alsam arenada Azərbaycanın dövlət bayrağı ilə dövrə vuracağam
![Merve Kenger: “Rio-2016”-da mükafatçılar sırasında yer alsam arenada Azərbaycanın dövlət bayrağı ilə dövrə vuracağam](/files/2015/2/1200x630/1434478535500136607_1200x630.jpg)
Bakı, 16 iyun, Rəşad İsmayılov, AZƏRTAC
Birinci Avropa Oyunlarının bürünc medalını qazanmaq mənim üçün böyük fəxrdir. Bununla mən tarixdə ilk dəfə təşkil olunan mötəbər yarışın bir parçasına çevrildim.
AZƏRTAC xəbər verir ki, bu sözləri birinci Avropa Oyunlarında bürünc medal qazanan türkiyəli qadın güləşçi Merve Kenger deyib.
Bakıdakı çıxışından danışan qardaş ölkə idmançısı deyib: “Bürünc medalı qazandıqdan sonra arenada Azərbaycan bayrağı ilə dövrə vurmaq mənim üçün qürurverici idi. Yerli azarkeşlər medal qazanmağımda çox böyük dəstək oldu. Buna görə azərbaycanlı qardaş-bacılarıma təşəkkürümü bildirirəm. Artıq fikrimi “Rio-2016” Olimpiya Oyunlarına yönəldəcəyəm. Rio-de-Janeyroda keçiriləcək Olimpiadada da mükafatçılar sırasında yer alsam arenada Azərbaycanın dövlət bayrağı ilə dövrə vuracağam”.
Bakının gözəlliyinə heyran olduğunu bildirən türkiyəli güləşçi yüksək təşkilatçılığa və qonaqpərvərliyə görə öz təşəkkürünü bildirib.