Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

MİLLƏT UĞRUNDA ÖMRÜNÜ SƏRF EDƏNLƏR UNUDULMUR

Bakı, 13 aprel (AZƏRTAC). Sənət və siyasət bahadırı Nəriman Nərimanovla maarifpərvər xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin tarixi dostluğu barədə çox fikirlər söylənib. Doğrudur, bu iki parlaq şəxsiyyət arasındakı böyük ülfət sovet illəri dönəmində bolşevik inqilab rəhbərinin müsbət obrazını formalaşdırmaq və kapitalist-burjua simasını nüfuzdan salmaq üçün dönə-dönə təhrif olunmuşdur.

1906-cı ildə müsəlman müəllimlərinin I qurultayında Nəriman Nərimanov Azərbaycanda maarifin ağır vəziyyətinə və müəllimlərin acınacaqlı, dözülməz halına görə çar üsul-idarəsini ittiham edərək islahatlar keçirməyi hökumətdən tələb etmək təklifini irəli sürürdü. Maarifpərvər xeyriyyəçi Tağıyev də qurultayda iştirak edirdi. Hacı Nərimanova təklif edir ki, çar hökumətindən “tələb edirik” yox, “rica edirik” müraciəti yazılsa, daha düzgün olar. “Əgər tələb edirik” yazsaq, çar hökuməti inqilab ruhundan təşvişə düşər və bunun da bizim maarifimizə bir faydası olmaz, ziyanı dəyər. Tələb xitabı hökumət yanında millətimizə ayıb gətirər”. Novorossiysk Tibb Universitetində Tağıyevin sərmayəsi hesabına ali təhsil alan Nərimanov bəlkə də gəncliyin, yaxud inqilab əhval-ruhiyyəsinin təsirindən Hacıya sərt cavab qaytarır. Əslində Tağıyev Nərimanovu istedadlı bir dramaturq, millətini sevən və onun tərəqqisinə böyük səylər edən ictimai bir xadim kimi çox sevirdi.

Görkəmli ictimai-siyasi və dövlət xadimi, yazıçı, publisist, həkim Nəriman Nəcəf oğlu Nərimanov 1894-cü ildə Bakıda ilk xalq qiraətxanası təşkil etmiş, Rusiya, bir sıra Şərq ölkələri ilə mütərəqqi əlaqələr yaratmışdır. 1895-ci ildə yazdığı “Nadanlıq” pyesi Bakı teatrı səhnəsində tamaşaya qoyulmuş, tamaşadan əldə olunan gəlir isə qiraətxananın inkişafına yönəldilmişdir. Bu dövrdə Nərimanov ictimai-siyasi problemlərə toxunduğu “Şamdan bəy”(1895), “Bahadır və Sona”(1896-1908), “Nadir şah” (1899) kimi ədəbi əsərlər, sosial-mədəni məsələlərə dair publisistik məqalələr yazmış, Azərbaycan və rus dilini öyrənənlər üçün dərsliklər tərtib etmişdir. Nərimanovun ədəbi-publisistik fəaliyyəti siyasi maarifçi məzmun daşımış, ictimai problemləri diqqətdə saxlamaqla, cəmiyyəti ətalətdən qurtarmaq, geridə qalmış müsəlmanların düşüncə tərzini zamanın tələblərinə uyğunlaşdırmaq məqsədinə xidmət etmişdir.

Dövrünün nüfuzlu şəxsiyyəti olan millət atasını, millətinin savadlanması, istedadlı gənclərin təhsil alması üçün sərmayəsini əsirgəməyən böyük mesenat H.Z.Tağıyevlə N.Nərimanov arasındakı böyük yaş fərqi, siyasi əqidə və sosial durumun fərqli olmasına baxmayaraq, hər ikisini bir amal birləşdirirdi: millətin maariflənməsi, xalqın savadlanması və irəli getməsi, Azərbaycanın inkişafı və tərəqqisi. Hələ XIX əsrin sonlarından öz dərrakəsi, zəhməti və Allahın izni ilə milyonlara sahib olmuş, elm və təhsili dəstəklədiyinə görə beynəlxalq mesenat titulu qazanmış Tağıyev onlarca gəncin Avropada təhsil almasında himayəçi olmuşdu. Azərbaycanda cümhuriyyət qurulanda bəlkə də H.Z.Tağıyev qədər qəlbən sevinən olmamışdı. Təsadüfi deyildi ki, cümhuriyyət dövründə 100 nəfər gəncin xaricdə təhsil almasının da xərcini böyük mesenat öz üzərinə götürmüş, bir çox ibtidai və sənət məktəblərini, Bakıda ilk Qızlar Seminariyasını açdırmış, 24 adda qəzet və jurnala himayədarlıq etmişdir. H.Tağıyev N.Nərimanova həmişə böyük qayğı göstərmişdi. Tağıyev bilirdi ki, Nərimanov özündən kiçik 11 bacı-qardaşının və onların uşaqlarının möhlətini çəkir, bu böyük külfətin gün-güzəranı onun öhdəsindədir. Odur ki, yazıçı, dramaturq, publisist Nərimanovun ali təhsilli həkim olmaq istəyi Tağıyevi çox sevindirmişdi. Üç il əvvəl Nərimanovun “Nadir şah” faciəsinin çap olunmasına yardım etmiş Tağıyev 1902-ci ildə gələcək doktor Nərimanın təhsili üçün 2280 manat (205 qızıl onluq) ayırmışdı. Xatırladaq ki, bu məbləğ o dövr üçün çox böyük pul idi. Hərçənd Nərimanovun qürurundan irəli gələn təkidə görə, aralarında olan yazılı razılaşma ilə o, bu məbləği həkim işləyəndə qaytarmağı vəd etmişdi və 1924-cü ildə sonuncu borcunu (25manat) Hacıya qaytarmışdı. N.Nərimanov ömrü boyu Tağıyevin yaxşılığını unutmamışdır. Elə bu faktın özü də onun necə ləyaqətli şəxsiyyət olduğunu bir daha təsdiq edir.

Taleyin çox sərt dönəmlərində, bolşevik-daşnak rejimi neft milyonçusunun var-dövlətini qamarlayanda onu güllələnməkdən və ya sürgündən, ailəsinin didərgin salınmasından da Nərimanovun şəxsi himayəsi xilas etmişdir. Hacı 1924-cü ildə Nərimanovun köməyi ilə əlindən alınmamış Mərdəkandakı bağ evində öz əcəli ilə 101 yaşında dünyasını dəyişmişdir.

Nəriman Nərimanov dövrünün bir çox ziyalıları kimi qadınların təhsili, mədəniyyəti, elmi məsələsinə ürək yanğısı ilə yanaşırdı. Nəriman Nərimanov “H.Z.Tağıyevin məişətə və cəmiyyətə xidmətləri” adlı monoqrafiyasında yazırdı: “Məgər övrətin xoşbəxtliyi yemək-içməkdə, zər-ziba içində olmaqdadır?... Qızlarımız təhsilli, tərbiyəli, mərifətli olsaydılar, oğlanlarımız bəhər hal ağla gəlməyən işləri etməzdilər, çünki əqilli övrət pis kişini həmişə yaman yoldan saxlar...Cənab Hacının açdığı məktəbdə qızlarımız dörd il dərs oxuyacaqlar. Buradakı yetim qızlar Hacının xərcinə tərbiyə alacaqlar. Bu məktəbi Hacı çox böyük pula (300 min qızıl onluğa) xərc edibdir... 1896-cı ildə Hacı əlindəki 20 milyona dəyən zavodu beş milyon yarıma satıb bez fabrikası açdı. Cənab Hacının bu hərəkəti puldan-dövlətdən gözləri doymayanları təəccübə gətirdi. Asan dövlət qazananlar, dövləti ilə kor olanlar Hacının əməlinə gülürlər. Həqiqət bir fikir etməli: zavodda yüz adamın çörək tapmağı fabrikada min adamın çörək tapmağına bərabərdirmi? Qafqazda bezin qiyməti birə on ucuzlanmağı vətənə azmı xidmətdir... Yaxud 1896-cı ildə Peterburqda qeyrətli müsəlmanlar cəmiyyəti-xeyriyyənin binasını qoyublar. Peterburq din qardaşlarımızın müsəlman cəmiyyəti-xeyriyyə açmaqdan məqsudları elm-təhsil edən müsəlmanlara və qeyri şəhərlərdə məktəbxanalar, qiraətxanalar və azarxanalar açmağa kömək etməkdir. Burda da qeyrətli, himmətli Hacı cəmaətə böyük xidmət göstəribdir: 11 min manat Peterburq müsəlman cəmiyyəti-xeyriyyəsinə bəxşiş edibdir. Bunun əvəzində onlar hörmətli Hacını ömürlük üzv seçib təşəkkür ediblər. Qeyrətli Hacı bunlara bəs etməyib türk və fars ədəbiyyatına xidmətlər göstəribdir, millətə nəf gətirən kitabları öz xərcinə çap etdiribdir”.

Xalqın savadlanması yolunda gənclərin təhsilindən tutmuş əhalinin maarifləndirilməsinədək H.Z.Tağıyevin gördüyü böyük işləri birər-birər sadalayıb yüksək dəyərləndirən N.Nərimanov dərgilərin bu yöndə əhəmiyyətini xüsusi qeyd edirdi. “Bu zati-möhtərəmin qeyrəti insanı həqiqətdə heyran edir! Təəccüb budur ki, 18 il bundan müqəddəm Badkubədə Hacıdan dövlətli və mədəniyyətli şəxslər olubsa da və hal-hazırda varsa da, ancaq teatrın əvvəlinci binasını qoyan hörmətli Hacı olubdur,”-deyə, Nərimanov mədəniyyət sahəsində də xeyriyyəçi kimi Hacının birinci olduğunu deyirdi. 1872-ci ildən Bakı Dumasının qlasnısı olan Hacının maarif və mədəniyyət sahəsindən başqa iqtisadiyyata, siyasətə verdiyi töhfələrlə həm şəhərə, həm də camaata olan köməyini böyük məhəbbətlə qələmə alırdı. N.Nərimanov monaqrafiyasında H.Z.Tağıyevi möhtəşəm bir şəxsiyyət kimi səciyyələndirir, hətta onun ciddi iş rejimini bütün incə məqamları ilə diqqətə çəkir. “Cənab Hacı hazırda 77 sinnində varsa da, ancaq çox diribaş görünür. Özü orta boy, tökmə şəxsdir. Hər bir əzası dürüst üzündən əqlü-kəmalı məlum olunur. Səhər saat 10-dan 2-dək qeyrətli Hacı kontorunda olub və arada məişət işlərinə diqqət edir. Hər gün rus mirzəsi rus lisanında məşhur qəzetləri oxuyur və arada sual-cavab olur. Sonra müsəlman mirzəsi İranda, Osmanlıda, Hindistanda və Misirdə çıxan türk, fars və ərəb qəzetlərini oxuyur. Hacı çox diqqət ilə qulaq asıb öz təsəvvürünü söyləyir. Hacı politika, yəni siyasi məsələlərə artıq diqqət edir: hörmətli Hacının bu sinnində qüvveyi hafizəsinin itiliyinə məəttəl qalmalıdır. Gündə on qəzetəyə qədər oxuyur, sabahı hamısından xəbər verməyə hazırdır: hansı əhvalat hansı qəzetdə olmağını səhvsiz söylər. Mədəniyyətli şəxslər Hacının elmlərdən və tarixdən xəbərdar olmağına təəccüb edirlər. Xasiyyəti çox mülayim, özündən kiçiklərə həmişə hörmət edən, haqq sözdən qaçmayan, günahkarın təqsirindən keçən, öz səhvini gizlətməyən, qeybətdən ictinab edən, ürəyi saf hissli bir zatdır. Hörmətli Hacı teatrı nəhayətdə sevir, hər axşam öz lojasında əyləşib artistlərin oyunlarına çox diqqətlə baxır”.

Hələ Odessada Novorossiysk Tibb Universitetinin tələbəsi ikən Baxçasaraya (Krım) gedərək orada öz əsərlərindən ibarət teatr tamaşaları vermiş N.Nərimanov böyük türk ictimai-siyasi və maarif xadimi İsmayıl bəy Qaspralı ilə olan görüşü haqqında xoş təəssüratlarını da Tağıyevə məktub şəklində göndərmiş və 1914-cü ildə “Bəsirət” qəzetində dərc etdirmişdir. Millətin həyatına dair mühüm məsələlərdə doğru yol göstərənləri “kahramanlar” adlandıran Nərimanov həmin məqalədə və məktubda xüsusi olaraq qeyd edirdi ki, “millət uğrunda bütün ömrünü sərf edən şəxsi millət unutmamalıdır”.

Sonrakı illərdə inqilab əhval-ruhiyyəsi ilə bolşevik təşkilatlarına üzv olan daha sonra isə rəhbərlik edən N.Nərimanov qızıl ordunun Azərbaycanı istilasından sonra da xalqımızın maarifləndirilməsi sahəsində mübarizəsini davam etdirmişdir. Sosializm ideyalarına səmimi qəlbdən inanan N.Nərimanov sonralar Bakıda sovet hakimiyyətinin yeritdiyi siyasəti və bu siyasətin törətdiyi fəsadları rəsmi şəkildə ifşa edirdi. 1920-ci il mayın 16-da Rusiyadan Azərbaycan Müvəqqəti İnqilab Komitəsinin rəhbəri kimi geri dönən Nərimanov təntənə ilə qarşılansa da, onun gəlişi ərəfəsində Q.Orconikidze və S.Kirovun V.Leninə teleqram göndərərək “bütün Qafqaz və daha geniş ərazi üçün səlahiyyət” istəmiş bu “millətçi”yə səlahiyyət verməməyi tövsiyə etmişdilər. Bundan sonra, onun daşnak-bolşevik birləşmələrinin törətdiyi haqsızlıqlara, qətl və qarətlərə qarşı mübarizəsinə “milli təmayülçülük”-“Nərimanovçuluq” damğası vuruldu. Alovlu vətənpərvər 1925-ci il martın 19-da öz partiya cəbhədaşları tərəfindən çox müəmmalı şəkildə aradan götürüldü.

Nərimanov öz xalqını ürəkdən sevmiş, onun müstəqilliyi və tərəqqisi üçün daim mübarizə aparmışdır. Bir zamanlar H.Z.Tağıyevə İsmayıl bəy Qaspralı haqqında yazdığı fikirləri elə əslində Nəriman Nərimanovun özünə şamil edilə bilər. Öz milləti uğrunda canından keçmiş Nəriman Nərimanovun parlaq xatirəsi xalqımız tərəfindən daim anılacaqdır.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yevlax rayon sakinindən silah-sursat götürülüb

“Asiya uşaqları” Oyunlarında Azərbaycan üzgüçülərinin növbəti uğuru

Tramp “Dəmir günbəz” adlı müasir raketdən müdafiə sistemi yaratmağa söz verib

Araşdırma: Alimlər kütləvi qırğınların qarşısını almağın yollarını tapıblar

ABŞ ordusu raket istehsalı ilə bağlı 4,5 milyard dollarlıq müqavilə imzalayıb

Plastik şüşələrdən su içmək diabet riskini artırır

ABŞ Ukraynaya yeni hərbi yardım paketini elan etmək niyyətindədir

Qazaxıstanda ən böyük stadionun tikintisinə başlanılıb

Mikroplastik ətrafımızda: Bu problemi necə həll etmək olar?

Bu il ADPU-dən 4700-dən çox tələbə məzun olur

Merilin Monronun evi mədəniyyət abidəsi elan olunub

Parisdə milli motivlər əsasında hazırlanmış zinət əşyaları təqdim edilib

Cənubi Koreya daha 243 adda məhsulun Rusiya və Belarusa ixracına qadağan qoyub

ADNSU-nun daha 5 ixtisasının beynəlxalq akkreditasiya müddəti uzadılıb

İranda prezident seçkilərində səsvermə başa çatıb

FHN: Hacıqabul rayonunda subasmaya məruz qalmış ərazilərdən 81 nəfər təxliyə olunub

Husilər Qırmızı və Aralıq dənizlərində dörd ticarət gəmisinə hücum ediblər

Argentinada cinayət məsuliyyəti yaşı 13-ə endirilə bilər

BVF Ukraynaya 2,2 milyard dollarlıq tranşın ayrılmasını təsdiqləyib

Bakı Ali Neft Məktəbinin komandası 100 min dollar investisiya qazanıb

“Yaşıl dünya naminə həmrəylik: Dayanıqlı gələcək üçün tullantıdan dəyərə” Beynəlxalq Forumuna yekun vurulub

Ermənistan NATO-nun Vaşinqtonda keçiriləcək sammitində iştirakını təsdiqləyib

Qaxda baş verən təbii fəlakətlər aqrar sığortanın əhəmiyyətini bir daha göstərdi

Fuad Abbasov: Regionlarda yarışların keçirilməsi insanların gimnastikanı tanımalarına töhfə verir

Azərbaycanın COP29-la bağlı əldə edəcəyi irəliləyiş bizi həvəsləndirir

Tullantıların səmərəli idarə olunması ilə bağlı Anlaşma Memorandumu imzalanıb

Naxçıvanda doğum günü iyun ayında olan şəhidlərin xatirəsi anılıb

Səbinə Əliyeva İstanbulda Asiya Ombudsmanlar Assosiasiyasının Direktorlar Şurasının iclasında iştirak edib

Azərbaycan Tibb Universiteti tələbələrinin “Məzun günü” keçirilib

Bədii gimnastika üzrə 29-cu ölkə birinciliyinin ilk gününə yekun vurulub

Azərbaycan Milli Kitabxanasından VİDEOREPORTAJ

Moldova şirkəti ilə əməkdaşlıq müzakirə olunub

® “Bakcell” Şuşada yeni mağazasını təqdim etdi

Ceyms O’Brayn: Azərbaycan ilə Ermənistan arasında çox effektli birbaşa kommunikasiya var

ABŞ Dövlət katibinin köməkçisi: Orta Dəhliz bütövlükdə region üçün çox mühüm bir addımdır

ABŞ Dövlət katibinin köməkçisi: Son illərdə baş verən hadisələr Azərbaycana regionda siyasətin dəyişməsində vacib rol oynamağa imkan verib

Ceyms O’Brayn: Azərbaycan və Ermənistanı NATO sammitinə dəvət etmişik

“Baku ID” innovasiya festivalına yekun vurulub

“Emissiyanın sıfıra enməsində startapların artan rolu” mövzusunda müzakirə aparılıb

Türkiyə Lideri Suriya Prezidenti ilə görüşü istisna etmir

Beynəlxalq veloyürüşün iştirakçıları Bakıda şəhid uşaqlarına velosiped hədiyyə ediblər

Azərbaycan və Macarıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

Azərbaycan ilə ICESCO arasında əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub

“Sıfır Tullantı” Bakı Təşəbbüsü qəbul edilib

Azərbaycanla Serbiya arasında ətraf mühitin mühafizəsi məsələləri müzakirə olunub

® "Yaşıl dünya naminə həmrəylik ili”nin neft sənayesi qarşısında qoyduğu vəzifələr" mövzusunda tədbir keçirilib

AMEA-da “Divanü lüğat-it-türk”- 950” mövzusunda beynəlxalq elmi konfrans keçirilib

Gürcüstanın Baş naziri: Enerji sahəsində milli istehsalın istehlakdan çox olmasını planlaşdırırıq

® Toksikologiya üzrə metodik vəsaitin təqdimatına həsr edilmiş elmi simpozium keçirilib

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində iclas keçirilib

Naxçıvan Ali Məclisinə seçkilər təyin olunub

Ceyms O’Brayn: 907-ci düzəlişin Azərbaycan ilə sıx əməkdaşlığımıza maneə olduğunu düşünmürəm

İsmayıllı-Lahıc avtomobil yolunda nəqliyyatın hərəkəti bərpa olunub - YENİLƏNİB

Mərkəzi Avropa İnformatika Olimpiadasında məktəblilərimiz uğur qazanıblar

Milli Məclisin növbədənkənar sessiyası başa çatıb - YENİLƏNİB

Qubada “Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” II gənclər düşərgəsi keçirilib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan lisenziyaların siyahısı”nın və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan icazələrin siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 5 may tarixli 131 nömrəli Qərarının ləğv edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Dövlət Neft Fondu tərəfindən media nümayəndələri üçün təlim keçirilib

Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri Siyəzəndə vətəndaşlarla görüşüb, təsərrüfatlara baxış keçirib

Ceyms O’Brayn: ABŞ və Azərbaycan regionda təhlükəsizlik çağırışları ilə bağlı daha sıx əməkdaşlıq edəcək

Çaylarda gözlənilən daşqın və sel ilə bağlı xəbərdarlıq

Azərbaycanın veteran futbolçusu: Türkiyə millisi Avropa çempionatında finala çıxa bilər

Xızıda növbəti Aqrar Biznes Festivalı keçirilib

Azərbaycanda ekoloji təmiz dəmir yolu nəqliyyatının inkişaf istiqamətləri

Su təchizatı şəbəkəsinə qoşulma ilə bağlı yeni qaydalar təsdiqlənib

ABŞ-ın Şimali Dakota Universitetinin professoru ilə BDU-da görüş

Prokurorluq əməkdaşı ətraf mühitin qorunması ilə bağlı beynəlxalq tədbirdə iştirak edib

“Tullantıdan dəyərə” rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıblar

Parisin nəqliyyat həmkarlar ittifaqları tətilə çağırış edib

QHT sədri: Gecə-gündüz fasiləsiz xidmət aparan Azərbaycan polisi hər bir vətəndaşın təhlükəsizliyinin keşiyindədir

“Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Ağcabədidə vətəndaşlarla görüşüb

Xanım Əziz: Hamı kimi olmaq məcburiyyətində deyilsən, özəlliyini tapmalısan!

“SABAH.city” innovasiya klasterinin yaradılması planlaşdırılır

Qırmızı Qəsəbəyə turist axını davam edir

Sədərək rayonunda taxıl sahəsi yanıb

Musiqi sənəti istiqaməti üzrə ixtisas fənninə aid qabiliyyət imtahanlarına start verilib

Yan Vanmin: Azərbaycanın COP29 konfransını uğurla keçirəcəyi şübhəsizdir VİDEO

“Qəbələ” klubu növbəti futbolçu transferini açıqlayıb

Monteneqro-Azərbaycan biznes-forumu keçirilib

Azərbaycanın xarici işlər naziri ABŞ Dövlət katibinin köməkçisi ilə regional məsələləri müzakirə edib

Biləsuvarda yol qəzasında xəsarət alanların şəxsiyyəti məlum olub - YENİLƏNİB

Əməliyyat-taktiki fakültənin 2-ci kurs dinləyicilərinin buraxılış mərasimi keçirilib

Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Aqrar Sığorta Fondunun sədri Qaxda vətəndaşları qəbul edib

Bakı İlahiyyat Kollecinə dini mənəvi xidmət ixtisası üzrə qəbul üçün qeydiyyatdan keçmiş abituriyentlərin nəzərinə

“Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 31 may tarixli 1170-VIQD nömrəli Qanununun tətbiqi və “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyul tarixli 540 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycanlı UEFA nümayəndəsi Çempionlar Liqasının oyununda

Baş prokuror Qazaxda vətəndaşları dinləyib, məsələlərin operativ həlli üçün göstərişlər verib

“SABAH” qruplarına tələbə seçimi müsabiqəsinin test imtahanı mərhələsi keçiriləcək

Qısamüddətli geomaqnit qasırğası gözlənilir

BMT Baş katibi ŞƏT-in Astanada keçiriləcək sammitində iştirak edəcək

2050-ci ilə qədər tullantıların 40-45 faizi inkişaf etmiş və gəlirləri yüksək olan ölkələrin payına düşəcək

“The Telegraph online”: İqlim maliyyələşdirilməsi COP29-un diqqət mərkəzində olacaq

® “Kapital Bank”ın manat istiqrazlarının 2-ci tranşının yerləşdirilməsi yekunlaşdı

Sabah ölkənin bəzi ərazilərinə dolu düşəcək

Yasamalda polisin keçirdiyi əməliyyatlar zamanı 10 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb VİDEO

Salyan xəstəxanasında ilk dəfə qamış sümüyünün osteosintez əməliyyatı icra olunub

Sahibkarlar Meksikada keçiriləcək sərgilərə dəvət olunur

“Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI