Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Milli Məclisdə “Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsi haqqında” və büdcə paketinə daxil olan qanun layihələrinin müzakirəsi başa çatmışdır

Bakı, 14 noyabr (AZƏRTAC). Milli Məclisin noyabrın 14-də keçirilən iclasında “Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsi haqqında” və büdcə paketinə daxil olan digər qanun layihələrinin müzakirəsi davam etdirilmişdir.

AZƏRTAC xəbər verir ki, Milli Məclisin sədri Oqtay Əsədov iclası açdıqdan sonra müzakirələr olmuşdur.

Deputatlar gələn ilin dövlət büdcəsinin yüksək səviyyədə hazırlanmasından məmnunluqlarını ifadə etmiş, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, yeni iş yerlərinin açılması, ümumi daxili məhsulun artırılmasının real yollarından biri olan vergi ödəyicilərinin sayının artırılması, təhsilin, elmin inkişafı ilə bağlı rəy və təkliflərini bildirmişlər.

Müzakirələr zamanı xüsusi olaraq vurğulanmışdır ki, gələn ilin büdcəsinin başlıca istiqamətləri ölkə iqtisadiyyatının inkişaf tempinin qorunub saxlanmasını, sosial-iqtisadi islahatların əvvəlki illərdə olduğu kimi davam etdirilməsini, əhalinin maddi rifahının təmin olunmasını və sosial şəraitinin yaxşılaşmasını, investisiya qoyuluşlarının həyata keçirilməsini, iqtisadiyyatın şaxələnməsini və digər tədbirləri özündə əks etdirəcəkdir.

Deputatların çıxışı başa çatdıqdan sonra Oqtay Əsədov demişdir ki, 3 gün davam edən müzakirələrdə 56 deputat və 4 hökumət nümayəndəsi çıxış etmişdir. Bir sıra faydalı təkliflər irəli sürülmüşdür. Parlamentdə səslənən rəy və təkliflərin bir daha nəzərdən keçirilməsi və müvafiq olanların nəzərə alınması üçün hökumətə bir həftə vaxt verilir.

Sonra iqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova iclasda səslənən bəzi fikirlərə münasibət bildirmişdir.

Nazir müavini bildirmişdir ki, Azərbaycanda iqtisadi inkişafın hazırda əsas hədəfi iqtisadiyyatın şaxələndirilməsini daha da dərinləşdirməkdir. Hədəflərimiz qeyri-neft sektoru ilə bağlıdır. Bu dövrədək iqtisadiyyatımızı 3 dəfədən çox artırmışıq və istəyimiz gələn 10 ildə ölkə iqtisadiyyatını daha 2 dəfə artırmaqdır. Keyfiyyətli insan kapitalının yaradılması qeyri-neft sektorunun inkişafına təsir edən amillərdəndir. Bu sahədə də ciddi işlər aparılır. Qeyri-neft sektorunun inkişafı üçün dövlət tərəfindən genişmiqyaslı infrastruktur yaradılır.

S.Həsənova demişdir ki, özəl sahənin inkişafı üçün biznes mühiti vacibdir. Biznes mühitinin davamlı olaraq təkmilləşdirilməsi üçün tədbirlər həyata keçirilir. Son 10 ildə Azərbaycanın qeyri-neft sahəsində ixrac potensialı gücləndirilmişdir. 2003-cü ildə 1218 adda məhsul ixrac edilirdisə, cari ildə bu rəqəm 2273-ə çatdırılmışdır. Son 10 ildə qeyri-neft sahəsində kənd təsərrüfatı və emalı məhsullarının ixracı 9,4 dəfə, sənaye məhsullarının ixracı isə 4,8 dəfə artmışdır. Bitki mənşəli yağların ixracı, hazır ərzaq məhsulları, eləcə də spirtli və spirtsiz içkilərin ixracı 38 dəfə artmışdır. Kimya sənayesi, o cümlədən əczaçılıq məhsullarının ixracı isə 22 dəfə artmışdır.

Nazir müavini onu da qeyd etmişdir ki, yeyinti məhsullarının idxalında mühüm ərzaq məhsulları üzrə ciddi azalma müşahidə edilir. Keçən il 2011-ci illə müqayisədə ət məhsullarının idxalı 30 faizədək, süd məhsulları 25 faizədək, un idxalı 89 faizədək azalmışdır. Bu tendensiya bundan sonra da davam edəcəkdir. Hazırda ikinci - 2009-2013-cü illər üçün regionların sosial iqtisadi inkişafı Dövlət Proqramı başa çatmaq üzrədir. Regionlarda bu illər ərzində 443 min yeni iş yeri yaradılmışdır ki, bunların da 336 mini daimidir.

Bildirilmişdir ki, elektrik təchizatı üzrə 23 min kilometrə yaxın elektrik xətləri çəkilmiş və əsaslı təmir olunmuş, 7 elektrik stansiyası istifadəyə verilmiş, 5400-ə yaxın transformator quraşdırılmış, 24 min kilometrdən çox yeni qaz xətləri çəkilmiş, 521 yaşayış məntəqəsi qazla təmin edilmişdir.

Proqram çərçivəsində Qəbələdə və Yevlaxda hava limanları istifadəyə verilmiş, 2620 kilometr uzunluğunda respublika və yerli əhəmiyyətli avtomobil yolları tikilmiş, 112 körpü və tunel inşa olunmuş, 2332 kilometr su, 1090 kilometr kanalizasiya xətti çəkilmiş, 54 su anbarı, 863 kilometrdən çox korrektor drenaj şəbəkələri tikilmiş, 1244 kilometr uzunluğunda suvarma kanalları bərpa olunmuşdur.

Regionlarda 613 ATS istifadəyə verilmiş, 117 minədək nömrə tutumu artırılmış, 355 poçt binası, 623 məktəb, 112 uşaq bağçası, 209 tibb müəssisəsi, 282 mədəniyyət, 157 idman obyekti tikilmiş, 11 mindən çox sahibkarlıq subyektinə 850 milyon manata qədər kreditlər verilmişdir.

S,Həsənova diqqətə çatdırmışdır ki, hazırda III regional inkişaf proqramının üzərində iş gedir.

Sonra gündəlikdəki digər məsələlər - “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2014-cü il büdcəsi haqqında”,

“Azərbaycan Respublikasında 2014-cü il üçün yaşayış minimumu haqqında”, “Azərbaycan Respublikasında 2014-cü il üçün ehtiyac meyarının həddi haqqında”, “Azərbaycan Respublikası Milli Məclisinin 2014-cü il üçün xərclər smetası haqqında” və “Azərbaycan Respublikası Hesablama Palatasının 2014-cü il üçün xərclər smetası haqqında” qanun layihələrinə baxılmışdır.

DSMF-nin gələn il üçün proqnoz göstəriciləri barədə məlumat verən Fondun sədr müavini Elman Mehdiyev demişdir ki, 2014-cü ildə qurumun gəlirlərinin ötən illə müqayisədə 11 faiz artacağı proqnozlaşdırılır. Fondun 2014-cü il üçün gəlirləri 2928 milyon manat həcmində nəzərdə tutulmuşdur.

Onun sözlərinə görə, gəlirlərin 60,8 faizini və ya 1 milyard 784 milyon manatını məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar təşkil edəcəkdir. Bu da 2013-cü ilin proqnozuna nisbətən 14,9 faiz artım deməkdir. Gələn il büdcədən maliyyələşən təşkilatlar tərəfindən ödənilən sosial sığorta haqları 660,4 milyon manat təşkil edəcəkdir. Fondun xərcləri gələn il üçün 2 milyard 928 milyon 500 min manat həcmində proqnozlaşdırılır. Bu, 2013-cü ilin proqnozuna nisbətən 295 milyon 800 min manat və ya 11,2 faiz çoxdur. Əhaliyə ödənişlər 2 milyard 861 milyon 800 min manat təşkil edəcəkdir. Əmək pensiyalarının ödəniş xərcləri isə əhaliyə ödənişlərin 97,4 faizini təşkil edəcək. Pensiya ödənişlərinə 2 milyard 788 milyon 600 min manat yönəldiləcəkdir. Bu da 2013-cü illə müqayisədə 11,5 faiz və ya 288 milyon 300 min manat çoxdur.

E.Mehdiyev qeyd etmişdir ki, DSMF 2014-cü ildə büdcədənkənar təşkilatlardan daxilolmaların artımını proqnozlaşdırır. Gələn il üçün Fondun gəlirləri ümumilikdə 2 milyard 928 milyon manat səviyyəsində proqnozlaşdırılır ki, bu da cari ilin müvafiq göstəricisini 11,2 faiz üstələyir. Gələn il dövlət büdcəsindən DSMF-nin büdcəsinə transfertlərin həcminin azaldılması planlaşdırılır. DSMF-nin ümumi gəlirləri strukturunda dövlət büdcəsindən transfertlərin xüsusi çəkisi 38,9 faiz təşkil edir ki, bu da 2013-cü ilin göstəricisindən 2 faiz bəndi aşağıdır.

Sonra bildirilmişdir ki, 2014-cü il üçün yaşayış minimumu ölkə üzrə 125 manat, əmək qabiliyyətli əhali üçün 136 manat, pensiyaçılar üçün 103 manat, uşaqlar üçün 103 manat məbləğində müəyyən edilmişdir.

Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədi ilə 2014-cü il üçün ehtiyac meyarının həddi 100 manat məbləğində nəzərdə tutulmuşdur.

Azərbaycan Respublikası Milli Məclisinin 2014-cü il üçün xərclər smetası ilə bağlı bildirilmişdir ki, Milli Məclisin və onun Aparatının saxlanması üçün 19 milyon 102 min 998 manat vəsait nəzərdə tutulmuşdur.

Azərbaycan Respublikası Hesablama Palatasının 2014-cü il üçün xərclər smetası 3 milyon 634 min manat vəsait nəzərdə tutulmuşdur ki, bu da cari ilin proqnozundan ümumilikdə 2,3 faiz çoxdur.

Bununla da 2014-cü ilin dövlət büdcəsi və büdcə paketinə daxil olan qanun layihələrinin müzakirəsi başa çatdırılmışdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Prezident İlham Əliyev: Azərbaycan ilə Çin arasında əmtəə dövriyyəsinin artması bizi sevindirir

Si Cinpin: Azərbaycan və Çin yaxşı dostlardır, yaxşı tərəfdaşlardır

Bayden Ukraynaya əlavə 150 milyon dollar hərbi yardım göndərilməsi barədə göstəriş verib

XİN: Astana görüşü Azərbaycanın, Pakistanın və Türkiyənin strateji tərəfdaşlıq əlaqələrinin yeni istiqamətlərdə genişlənməsinə təkan verəcək

Ayxan Hacızadə: Azərbaycan və Çin liderlərinin görüşü bir daha göstərdi ki, ölkələrimizin siyasi əlaqələri tarixinin ən yüksək səviyyəsindədir

Özbəkistanda Qeyri-Maddi Mədəni İrs İnstitutu yaradılır

Avropa çempionatı: Azərbaycanın qadın güləşçisi finala vəsiqə qazanıb

Ankarada keçirilən təlimlərdə media nümayəndələrinə müdafiə mexanizmlərindən istifadənin yolları öyrədilib

Türkiyə və Rusiya prezidentləri ticarət əlaqələrinin genişləndirilməsini müzakirə ediblər

Türkiyə müdafiə şirkətlərinin məhsulları dünyanın 185 ölkəsində uğurla istifadə edilir

Zaqatala Suvarma Sistemləri İdarəsinin əməkdaşı iş başında dünyasını dəyişib

Türkiyə inşaatçıları 6 ayda xaricdə 7,6 milyard dollarlıq sifarişlər alıblar

Çinin Sian şəhərindən Bakıya həftəlik yük qatarı marşrutu istifadəyə verilib VİDEO

Peterburq Beynəlxalq Hüquq Forumunda cinayətlərin profilaktikası barədə Azərbaycan təcrübəsindən danışılıb

Yazıçı Vladimir Boqomolovun anadan olmasının 100 ili tamam olur

Londonda avtobus dayanacağında tapılan tablo 17.5 milyon funt sterlinqə satılıb

A.Mirzoyan: Ermənistan Türkiyə ilə münasibətləri tam şəkildə normallaşdırmağa hazırdır

Britaniyada parlament seçkiləri: Leyboristlər qalib olacaqları təqdirdə nələr vəd ediblər?

Məscidlərdə vakant vəzifələrin tutulması məqsədilə keçirilən müsahibənin nəticəsi açıqlanıb

İrakli Kobaxidze: Gürcüstan regionda təhlükəsiz və sabit mühitin yaradılmasına töhfə verməyə hazırdır

BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecdə Məzun Günü

"İTi Zəka-2" hakatonunun növbəti mərhələsi başa çatıb

Avstriyada Millətlər Festivalında Azərbaycan mədəniyyəti təbliğ olunub

Astanada Azərbaycan Prezidenti, Türkiyə Prezidenti və Pakistanın Baş naziri arasında üçtərəfli görüş olub   YENİLƏNİB-2 VİDEO

Türkiyə XİN: Tarixi və mədəni simvola siyasi məqsədlərlə verilən reaksiyaları qınayırıq

“Qəmər bəyim Şeyda. Zülmün daşqını” kitabı çapdan çıxıb

Yaponiyada holoqrafik portretli əsginaslar buraxılır

Astana Zirvə görüşü təmasların daha da sıx qurulması baxımından çox əhəmiyyətlidir ŞƏRH

BSU-da elmi seminar: Qarabağ və Şərqi Zəngəzurda yaşıl enerji potensialının inkişafı

ABŞ-da meşə yanğınları səbəbindən 13 min nəfər təxliyə edilib

Ötən ay 23 aptekdə yoxlama aparılıb

DTX-nin Akademiyasında növbəti məzun buraxılışı olub

Vəzifəli şəxsin qanunsuz əməlləri barədə cinayət işi başlanılıb

Kimya Elmləri üzrə Problem Şurasının iclasında səkkiz dissertasiya mövzusu müzakirə edilib

Naxçıvanda ilk dəfə olaraq Naxçıvan Dövlət Universitetinin Beynəlxalq Məktəbi “Kembric” statusu alıb

Çin Azərbaycanın təklif etdiyi sülh gündəliyini qətiyyətlə dəstəkləyib

Azərbaycan və Kamerun arasında idman sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub

Azərbaycanın iki həndbol hakimi Açıq Avropa çempionatına təyinat alıb

Elektron Təhlükəsizlik Xidməti və Gürcüstanın Rəqəmsal İdarəetmə Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb

Hotellərə ulduz dərəcələri verilib və rezervasiya platformasının təqdimatı keçirilib

Diasporla İş üzrə Dövlət Komitəsinin “Çağrı mərkəzi” istifadəyə verilib

Gənclərin İnkişaf və Karyera Mərkəzinin 11 regional nümayəndəliyi və 44 bölməsi fəaliyyət göstərir

Astanada “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” qəbul olunub

Tanınmış basketbolçu ilə müqavilə yenilənir

Azərbaycan və Rusiya teatrları arasında əməkdaşlıq əlaqələri genişlənəcək

AAYDA CAREC proqramına üzv ölkələrin tədbirində iştirak edib

Azərbaycan cüdoçuları Paris Olimpiadasına İspaniyada hazırlaşırlar

Səbail rayonunda saxlanılan şəxslərdən 16 kiloqram narkotik vasitə götürülüb VİDEO

Bakıda Ətraf Mühit, Sosial və İdarəetmə Sammiti işə başlayıb VİDEO

Türkiyə ilə Azərbaycan arasında din sahəsində qarşılıqlı fəaliyyət müzakirə olunub

Bakıdakı Rus evində professor Rauf Nərimanbəyliyə həsr olunmuş konsert olub

Sus kəndində ilk körpə dünyaya gəlib

“Real Madrid”in stadionu DÇ-2030-un final oyununa ev sahibliyi edəcək

Vatikan rəsmisi Azərbaycanda dini və mədəni müxtəlifliyin qorunması üçün yaradılan şəraiti yüksək qiymətləndirib

RF Federasiya Şurası Rusiya nümayəndə heyətinin ATƏT PA-da fəaliyyətini dayandırması qərarını yekdilliklə dəstəkləyib

® ABB-nin dəstəyi ilə daha bir uşaq futbol komandası formalaşdırıldı

Astanada Azərbaycan Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə görüşü keçirilib   YENİLƏNİB-2 VİDEO

Azərbaycan dilindən istifadə: uğurlar, problemlər, vəzifələr - dəyirmi masa

Azərbaycan Badminton Federasiyası Botsvanaya invertar ianə edib

Fuad Nağıyev: Turizm və hotelçilik sənayesi COP29-a tam hazırdır

Milli Ulduz Təsnifatı əsasında 200-dən çox hotelə ulduz dərəcələri təyin edilib

Qarabağ Regional DOST Mərkəzindəki “RehaPoint” Məntəqəsində 750-dən çox şəxsə reabilitasiya xidmətləri göstərilib

Hərbi Prokurorluq Daxili Qoşunlarla birlikdə tədbir keçirib

KOB-ların yaşıl iqlim maliyyələşməsində rolunun artırılması sahəsində seminar keçiriləcək

Parlament seçkiləri ilə əlaqədar YAP-ın Mərkəzi Seçki Qərargahı yaradılıb

Firuddin Əliyev: İşğaldan azad olunmuş yerlərdə Xüsusi Mühafizə Olunan Təbiət Ərazisi yaradılacaq VİDEO

Şanxay Əməkdaşlıq Təşkilatı Azərbaycanı özünün ən fəal tərəfdaşlarından biri hesab edir  - RƏY

Azərbaycanda geoparkların yaradılması nəzərdə tutulur

Misirdə yeni hökumətin andiçmə mərasimi keçirilib

İngiltərə klubu Seneqal millisinin futbolçusunu transfer edib

Naxçıvan gimnastlarının məşq şəraiti standartlara uyğunlaşdırılır

Astanada Azərbaycan ilə Qazaxıstan arasında imzalanmış Səhmdarlar Müqaviləsinin mübadiləsi mərasimi olub VİDEO

Əməkdar artist Ağalar Bayramovun yaradıcılıq gecəsi keçirilib

Regionlardan olan şagirdlər BMU-nun laboratoriyaları ilə tanış olublar

Xidmət rəisi: Bu ilin ilk altı ayı ərzində milli parklara 80 minə yaxın turist gəlib

Nəqliyyat dəhlizlərinin genişləndirilməsində Azərbaycan-ŞƏT əməkdaşlığı ŞƏRH

Naxçıvanda dönərxanada nöqsanlar aşkar olunub

Cəlilabadda ilk dəfə Neolit dövrünə aid kəndin izləri aşkarlanıb FOTO VİDEO

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib

Elşad Əsgərov: Qafqazda yalnız Azərbaycan ərazisində bəbir balalarının dünyaya gəlməsi müşahidə olunub

“Azərkosmos” Çinin “Star.vision” şirkəti ilə memorandum imzalayıb

Fernandu Santuş Qəbələ şəhər stadionu ilə tanış olub

Baş prokuror Lerik rayonunda vətəndaşları qəbul edib

® “Qızlara ağ yaraşır” layihəsi daha bir beynəlxalq festivalın qalibi oldu

Elşad Əsgərov: Azərbaycanda bəbir populyasiyasının bərpası istiqamətində məqsədyönlü işlər görülür VİDEO

Arda Gülər Avropa çempionatlarının tarixinə düşüb

8 Noyabr prospektində istismar müddətini başa vurmuş içməli su və kanalizasiya xətləri yenilənir

Astanada Azərbaycan və Qazaxıstan prezidentlərinin görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Müdafiə naziri Belarusda keçirilən tədbirlərdə iştirak edib

Paytaxta külli miqdarda narkotik gətirmək istəyən şəxs saxlanılıb

“Philips” şirkətinin istehsal etdiyi texnoloji avadanlıqların Azərbaycan səhiyyəsində tətbiqi müzakirə olunub

Ermənistan hərbçisi naməlum səbəbdən aldığı güllə yarasından ölüb

Külli miqdarda narkotik vasitənin tranzit yolla ölkə ərazisindən keçirilməsinin qarşısı alınıb

Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının Kollegiyasının 2013-cü il 27 fevral tarixli Q/01 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gəminin səfərə çıxa bilməsi üçün heyətin minimal tərkibi haqqında Əsasnamə”də dəyişiklik edilməsi haqqında 
Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının QƏRARI

Sumqayıtın Dənizkənarı bulvarında “Tullantıları hədiyyələrə dəyiş” festivalı keçiriləcək

Hava nəqliyyatı ilə ölkədaxili yük və sərnişindaşıma xidmətlərinin tariflərinin tənzimlənməsi barədə 
Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının QƏRARI

Nazir Məcnun Məmmədov Şabranda təsərrüfatlara baş çəkib, fermerlərlə görüşüb

Ölkədaxili müntəzəm şəhərlərarası (rayonlararası), şəhərətrafı və qəsəbələrarası avtobus marşrutlarında sərnişindaşıma və şəhərlərarası (rayonlararası) müntəzəm avtobus marşrutlarında baqajdaşıma xidmətlərinin tariflərinin təsdiq edilməsi haqqında 
Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının QƏRARI

Müntəzəm şəhərdaxili (rayondaxili) avtobus marşrutlarında sərnişindaşıma xidmətlərinin tariflərinin təsdiq edilməsi haqqında 
Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının QƏRARI

Üçüncü İpək Yolu Beynəlxalq Gənclər Fotoqrafiya və Qısa Video Müsabiqəsi müraciətlər üçün artıq açıqdır