Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

MİLLİ MƏCLİSDƏ “AZƏRBAYCAN RESPUBLİKASININ MİLLİ MƏCLİSİNƏ DƏSTƏK” TVİNİNQ LAYİHƏSİNİN TƏQDİMATI OLMUŞDUR

Bakı, 25 sentyabr (AZƏRTAC). Sentyabrın 25-də Milli Məclisdə “Azərbaycan Respublikasının Milli Məclisinə dəstək” Tvininq layihəsinin təqdimatı olmuşdur.

Layihə Avropa İttifaqı ilə Azərbaycan arasında “Avropa qonşuluq siyasəti” planı çərçivəsində həyata keçirilir. Layihənin reallaşdırılmasında Azərbaycana Avropa İttifaqı tərəfindən tərəfdaş ölkə kimi seçilmiş Litva kömək edir. Bununla əlaqədar Litva Seymi sədrinin müavini Çeslovas Stankəviçus Bakıda səfərdədir. O, Milli Məclisdə keçirilən təqdimat mərasimində iştirak etmişdir.

Milli Məclis sədrinin müavini, parlamentin təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov demişdir ki, Azərbaycan-Litva əlaqələrinin zəngin tarixi vardır. Yarım əsr ərzində xalqlarımız bir dövlətin və vahid siyasi sistemin tərkibində yaşamışlar. Bu illər ərzində elm, təhsil, mədəni sahələrdə sıx əməkdaşlıq yaranmışdır. Ölkələrimiz müstəqilliyini bərpa etdikdən sonra əlaqələrimiz keyfiyyətcə yeni məna kəsb etmişdir. Bu gün münasibətlərimizin daha da möhkəmlənməsində hər iki ölkə başçısının qarşılıqlı səfərləri və görüşləri mühüm rol oynayır. Həmin görüşlər zamanı aparılmış danışıqlar və imzalanmış sənədlər əməkdaşlığımızın daha da genişlənməsi üçün yaxşı zəmin yaratmışdır. Bu günədək Azərbaycanla Litva arasında 27 sənəd imzalanmışdır. Gələcəkdə əlaqələrimizin hüquqi bazasını təşkil edən bu sənədlərin sayının artacağı heç kimdə şübhə doğurmur. Azərbaycanla Litva arasında enerji, kənd təsərrüfatı, turizm, nəqliyyat, humanitar və mədəni sahələrdə əməkdaşlıq üçün geniş imkanlar mövcuddur. Münasibətlərimizin dərinləşməsində parlamentlərimiz mühüm rol oynayır. Parlament nümayəndə heyətlərinin qarşılıqlı səfərləri təcrübə və informasiya mübadiləsi baxımından çox əhəmiyyətlidir. Hər iki ölkənin qanunvericilik orqanında parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Biz hesab edirik ki, bu qrupların fəaliyyətinin gücləndirilməsi ümumi işin xeyrinə olardı.

V.Ələsgərov vurğulamışdır ki, Avratlantik məkana inteqrasiya Azərbaycanın strateji seçimidir. Bu baxımdan Avropa İttifaqının Tvininq layihəsi çərçivəsində əməkdaşlığımızı yüksək dəyərləndiririk. Layihədə ölkə qanunvericiliyinin, normativ hüquqi aktların Avropa İttifaqı standartlarına uyğunlaşdırılması istiqamətində Milli Məclisə dəstək göstərilməsini mühüm istiqamətlərdən hesab edirik. İnanırıq ki, Tvininq layihəsi çərçivəsində əməkdaşlıq Avropa strukturlarına inteqrasiya istiqamətində mühüm nəticələrin əldə olunmasında əhəmiyyətli rol oynayacaqdır. Azərbaycan tərəfindən layihə çərçivəsində faydalı əməkdaşlıq məqsədi ilə 4 istiqamət müəyyənləşdirilmiş və sizin ekspertlərin tövsiyəsinə uyğun olaraq bu istiqamətlərə rəhbərlər seçilmişdir.

Hər istiqamət üzrə yüksək səviyyəli hüquqşünas ekspertlərdən, Milli Məclisin əməkdaşlarından və müvafiq qurumların nümayəndələrindən ibarət işçi qrupları yaradılmışdır. Bu istiqamətlərin müəyyənləşdirilməsinin əsas məqsədi Azərbaycan qanunlarının Avropa İttifaqı qanunvericiliyinə yaxınlaşdırılması üçün Milli Məclisdə, parlamentlə icra hakimiyyəti orqanları arasında qanun layihələrinin hazırlanması prosedurlarında iş metodlarını təkmilləşdirməkdir.

Bu tədbiri məhsuldar birgə fəaliyyətin başlanğıcı kimi qiymətləndirən V.Ələsgərov Tvininq layihəsi çərçivəsində həyata keçirilən tədbirlərin dövlətlər və parlamentlərarası münasibətlərin inkişafına layiqli töhfə verəcəyinə, əməkdaşlığımızın beynəlxalq hüquqi müstəvidə keyfiyyətcə yeni səviyyəyə qalxmasına müsbət təsir göstərəcəyinə inamını ifadə etmişdir.

Litva Seymi sədrinin müavini Çeslovas Stankəviçus demişdir ki, Litva ilə Azərbaycan arasında münasibətlər yeni müstəvidə inkişaf etməyə başlamışdır. Bizim ölkələrimizin tarixində oxşar məqamlar çoxdur. Bu layihənin həyata keçirilməsi bizi daha da yaxınlaşdıracaq, münasibətlərimiz daha da dərinləşəcəkdir.

Ç.Stankəviçus onu da qeyd etmişdir ki, Avropa İttifaqı öz qonşuları ilə əlaqələr kontekstində yeni siyasət çərçivəsi, yəni Avropa Qonşuluq Siyasətini qəbul etmişdir. Avropa Qonşuluq Siyasəti hazırda qüvvədə olan Tərəfdaşlıq və Əməkdaşlıq Sazişlərinin hüdudlarını aşaraq, qonşu ölkələrə Avropa İttifaqı ilə getdikcə daha yaxın əlaqələr qurmaq imkanını təklif edir. Siyasətin ümumi qayəsi siyasi və iqtisadi islahatlar prosesini dəstəkləməkdən, daha yaxın iqtisadi inteqrasiyanı, habelə hüquqi və texniki sahələrdə yaxınlaşmanı və dayanıqlı inkişafı təşviq etməkdən ibarətdir. Avropa Qonşuluq Siyasətinin əsas elementi ikitərəfli Fəaliyyət Planıdır. Fəaliyyət Planında siyasətin hədəfləri və qonşu ölkənin bir neçə il ərzində inkişafını qiymətləndirməyə imkan verəcəkdir. Avropa İttifaqı-Azərbaycan Avropa Qonşuluq Siyasəti Fəaliyyət Planında göstərilir ki, Tvininq və TAIEX kimi yeni əməkdaşlıq alətləri Fəaliyyət Planında nəzərdə tutulan prioritetlərə nail olunması baxımından çox əhəmiyyətlidir. Bu layihə Azərbaycanın Avropaya inteqrasiyasını sürətləndirir və asanlaşdırır.

Qonaq vurğulamışdır ki, Litva artıq öz qanunvericiliyini Avropa standartlarına uyğunlaşdıraraq Avropa İttifaqına qəbul olunmuşdur. Biz Azərbaycan qanunvericiliyinin də Avropa qanunvericiliyinə uyğunlaşdırılması üçün əlimizdən gələni edəcəyik.

Avropa Komissiyası Bakı ofisi rəhbərinin səlahiyyətlərini icra edən Jan Lui Lavrov layihənin həyata keçirilməsini yüksək qiymətləndirmişdir. O demişdir ki, Azərbaycan bu layihə çərçivəsində qabaqcıl ölkələrin təcrübəsini öyrənəcək, öz qanunlarını Avropa standartlarına uyğunlaşdırmaqla demokratiyanın və vətəndaş cəmiyyətinin inkişafında yeni nailiyyətlər qazanacaqdır.

Bu layihənin ümumi hədəfləri Azərbaycanda demokratiyanın və qanunun aliliyinin möhkəmlənməsinə töhfə vermək, xüsusilə də qanunvericiliyin Avropa İttifaqı qanunvericiliyinə yaxınlaşdırılmasına yardım etməkdir.

Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev isə bildirmişdir ki, Azərbaycan parlamenti BMT, ABŞ və digər ölkələrin müvafiq təşkilatları ilə müxtəlif layihələr həyata keçirmiş və müəyyən təcrübə qazanmışdır. Bu isə Azərbaycan Prezidentinin və Milli Məclis sədrinin ölkəmizdə parlamentarizmin, parlament demokratiyasının inkişafına, qanunların təkmilləşdirilməsinə göstərdikləri diqqət və qayğının bariz nümunəsidir.

S.Mirzəyev də xatırlatmışdır ki, layihənin məqsədi Azərbaycan qanunlarının Avropa İttifaqı qanunvericiliyinə yaxınlaşdırılması prosesini dərinləşdirmək və sürətləndirmək üçün Milli Məclisdə və Milli Məclislə İcra hakimiyyəti orqanları arasında qanun layihələrinin hazırlanması prosedurlarında istifadə olunan iş metodlarını və alətlərini təkmilləşdirməkdir.

Tvininq layihəsi 4 əsas istiqamət - Aİ qanunvericiliyinə yaxınlaşma prosesinin dəstəklənməsi, İcra hakimiyyəti orqanları ilə daha səmərəli əməkdaşlıq əlaqələrinin qurulması, qanunvericiliyin təsirlərinin qiymətləndirilməsi üsullarının işlənib hazırlanması

və Avropa İttifaqı qanunvericiliyi barədə biliklərin artırılması istiqamətləri üzrə həyata keçiriləcəkdir. Bu istiqamətlər üzrə Komponent rəhbərlər təyin olunmuşlar.

Litva Seymi baş katibinin vəzifəsini icra edən Qedeminas Aleksonis ölkəsinin bu layihədə iştirakından məmnun qaldığını bildirmişdir. O demişdir ki, layihənin həyata keçirilməsində Polşa Respublikasının ekspertləri də yaxından iştirak edəcəklər.

Təqdimat başa çatdıqdan sonra KİV nümayəndələri üçün mətbuat konfransı keçirilmişdir.

Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev demişdir ki, yaxın günlərdə layihənin icrasına başlanacaqdır. Oktyabr ayında Litvanın və Polşanın nümayəndə heyətləri Avropa İttifaqının ekspertləri qismində Azərbaycana gələcəklər. Səfər çərçivəsində onlar Milli Məclisin fəaliyyəti, qanun yaradıcılığı prosesi, qanunların qəbulu mexanizmi və digər məsələlərlə maraqlanacaq, bu sahədə öz tövsiyələrini verəcəklər. Tvininq layihəsinin həyata keçirilməsi çərçivəsində “Normativ hüquqi aktlar haqqında” yeni qanun layihəsi hazırlanacaq və burada Avropa ölkələrinin müsbət təcrübəsi əksini tapacaqdır.

O, həmçinin bildirmişdir ki, hazırda Milli Məclisdə Avrointeqrasiya bölməsi yaradılmışdır və gələcəkdə onun genişləndirilərək şöbəyə çevrilməsi nəzərdə tutulmuşdur. Bu şöbə yerli qanunvericiliyin Avropa qanunlarına uyğunlaşdırılması ilə məşğul olacaqdır.

Litva Seymi sədrinin müavini Çeslovas Stankəviçus jurnalistlərin suallarına cavab verərkən ölkəsinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyini açıqlamışdır. O demişdir ki, Litva bu münaqişənin dövlətlərin ərazi bütövlüyü çərçivəsində, sülh yolu ilə həllinə tərəfdardır. Sonra brifinq iştirakçıları jurnalistləri maraqlandıran digər sualları da cavablandırmışlar.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanla Kuba arasında COP29-la bağlı fikir mübadiləsi aparılıb

Əməkdar rəssam Həmzə Sadiqovun fərdi yaradıcılıq sərgisi açılıb

Şəmkirdə iki minik avtomobili toqquşub, ölən və xəsarət alanlar var

Saatlıda minik avtomobili su kanalına düşüb VİDEO

Lerikdə uçqun baş verən ərazidə nəqliyyatın hərəkəti nəzarətə götürülüb

Vəkillər Kollegiyasının rəhbərliyi hakim təyin olunan vəkilləri təltif edib

Qızıl Avropa Liqası: Azərbaycan voleybol millisi Rumıniya seçməsinə məğlub olub

FAO, üzvləri və tərəfdaşları COP29-a hazırlaşır

Yığmanın baş məşqçisi: Təəssüf ki, komanda bu gün istədiyi oyunu nümayiş etdirə bilmədi

Böyük Britaniya Şimali Koreyaya və Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib

“Şəhidi şəhidimiz, bayrağı bayrağımız” - ədəbi-bədii gecə

FHN: İntensiv yağışlar səbəbindən Kürdəmir və Saatlıda bəzi ərazilər subasmaya məruz qalıb VİDEO

Bakıda “Ambisiyaların artırılması və fəaliyyətə təkan: COP-29 Dayanıqlı biznes forumu” keçirilib

Fransa Yeni Kaledoniyaya əlavə polis qüvvələri göndərib

Elm və təhsil naziri Masallıda vətəndaşlarla görüşüb

Azərbaycanın təmir üçün göndərdiyi manevr teplovozlarından biri Bakıya çatdırılıb

Rusiya səfiri: Britaniya Ukrayna müharibəsinin “de-fakto” iştirakçısıdır

Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb

“Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrasına dair illik hesabat”ı təsdiqlənib

Nazir müavini: COP29-un müvəffəqiyyətini təmin etmək üçün irəli sürülən təşəbbüslərin reallaşdırılması üzrə işlər aparılır

® “Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edib

Alimlərin sintez etdiyi yeni maddələr Altsheymerin və şəkərli diabetin müalicəsində istifadə olunacaq

Deputat: Dövlət iqlim dəyişikliyilə bağlı özəl sektorun bütün təşəbbüslərini dəstəkləməyə hazırdır

Azərbaycan hərbi pilotlarının iştirak etdiyi “Anadolu Ankası–2024” beynəlxalq təlimi başa çatıb VİDEO

Belarus Prezidentinin Füzuliyə və Şuşaya səfəri iki ölkə arasında əsl dostluğun nümunəsidir ŞƏRH

® “Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!

Hesablama Palatasının nümayəndə heyəti Kazanda beynəlxalq tədbirdə iştirak edib

Bakıda “AzMİ Akademiya” yaradılır

Kirayə mexanizmi çərçivəsində daha 328 mənzil vətəndaşların seçiminə verilir

“Redaksiya siyasəti və peşə davranış qaydaları” mövzusunda təşkil olunan təlim proqramı başa çatıb

® “Kapital Bank”ın 2023-cü ilin yekunları və 2024-2026-cı illər strateji dövrünə dair mətbuat konfransı

Azərbaycan və Belarus prezidentləri Şuşada birgə nahar ediblər

Baş məşqçi: Nazim Babayev və Anna Skidanın Avropa çempionatında iştirakı dəqiqləşib

Mədəniyyət Nazirliyinin tabeliyindəki müəssisələrin rəhbərləri üçün təlimlər yekunlaşıb

Salyan rayonundakı regional seminar-müşavirə yanğın təhlükəsizliyinin təmin edilməsinə həsr olunub

Qarsda Zəngəzur dəhlizinin əhəmiyyəti müzakirə olunub

Sabah muzeylərdə “Açıq qapı” günü olacaq

Moskvada Qazaxıstan və Rusiya arasında sərhədlərin demarkasiya planı müzakirə olunub

MDU-nun nümayəndə heyəti Qazi Universitetinin Texnoloji fakültəsini ziyarət edib

Kitabxanaşünaslığın aktual problemləri müzakirə edilib

Nağdsız valyuta bazarında 9 milyard dollarlıq əməliyyat baş tutub

Türkiyədə arxeoloji qazıntı və tədqiqatların sayının 2026-cı ilə qədər 800-ə çatacağı gözlənilir

Fizika və astronomiyanın problemləri - elmi konfrans

“Caspian Agro 2024” sərgisi çərçivəsində aqrar sahənin aktual mövzularına dair panel sessiyalar keçirilib

Gənc cüdoçulardan ibarət Azərbaycan millisinin Avropa Kuboku üçün heyəti açıqlanıb

Təranə Yusifova: Cahangir Cahangirovun musiqisi o qədər əsrarəngizdir ki...

Mədəniyyət Nazirliyində Dövlət Pantomima Teatrının kollektivi ilə görüş olub

Meksika körfəzində barjın toqquşması nəticəsində təxminən 48 barel neft sızması baş verib

Azərbaycan ərazilərinə dair Osmanlı təhrir dəftərləri tədqiq edilir

Son 10 ildə Prezidentin sərəncamları əsasında Naxçıvana 688 milyon manatdan çox vəsait ayrılıb

“Böyük Qayıdış arzuları” kompozisiyası maraqla qarşılanıb

“Avro-2024”: İsveçrə millisinin ilkin heyəti bəlli olub

Taliblər Əfqanıstanda məktəbdə 79 qadının zəhərlənməsini təsdiqləyiblər

ƏAİZ sədri: Logistika və nəqliyyat xidmətlərinə olan ehtiyacları qarşılamaqla yanaşı, nəqliyyat-logistika mərkəzləri yaradırıq

Sərhədçilər qarlı havada xidməti vəzifələrini şərəflə yerinə yetirirlər FOTOLAR VİDEO

Pedaqoji Universitetdə “Heydər Əliyev dərsləri” davam edir

İnsan alverinə qarşı mübarizə üzrə milli koordinatorun illik məlumatı plenar iclasa tövsiyə olunub

“Avropanın mədəniyyət paytaxtı” Liepayada “Azərbaycan Günü”

Lerikdə uçqun olub, Çayrud kəndinə gedən yol bağlanıb FOTO

Bakı Elm Olimpiadası: Məktəblilərin tətbiqi elmlərə marağı artır

DYP: Cavanşir körpüsü üzərində nəqliyyatın hərəkəti məhdudlaşdırılmaqla istiqamət dəyişdiriləcək

Bakıda atletika üzrə lisenziya xarakterli ölkə çempionatı start götürüb

Yanğın təhlükəsizliyi ilə bağlı növbəti regional müşavirə keçirilib

Rabatda Azərbaycanla bağlı sənədli filmin təqdimatı keçirilib

® “Ziraat Bank Azərbaycan” “Fintex Sammit 2024” tədbirində mükafatla təltif edilib

CAR-da çökən binada xilasetmə işləri yekunlaşır

BMU-da “Plagiat.pl” şirkətinin nümayəndələri ilə müzakirələr aparılıb

Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri elan olunub: 16 nəfər 300 bal toplayıb

Qobustan və Şamaxı rayon sakinlərinin müraciətləri dinləniləcək

XRİTDX-nin əməkdaşları AzTU-nun tələbələri üçün növbəti ustad dərsi keçiblər

Beynəlxalq Kimya Olimpiadasında ölkəmizi təmsil edəcək şagirdlər məlum olub

Rişi Sunakın və həyat yoldaşının şəxsi sərvəti 120 milyon funt sterlinq artıb

“Kinomuzu yaradanlar, yaşadanlar” layihəsində növbəti film – “Böyük dayaq”

Azərbaycanın Baş prokuroru Düşənbədəki görüşlərdə həmkarlarını Qarabağdakı bərpa və quruculuq işləri barədə məlumatlandırıb

BMT-Azərbaycan münasibətləri müzakirə olunub

Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin final mərhələsinin nəticələri açıqlanıb

Azərbaycan Dillər Universitetində Koreya haqqında viktorina keçirilib

AZƏRTAC-ın baş buraxılış redaktoru BDU-nun Jurnalistika fakültəsinin tələbələri üçün təlim keçib

MDU-nun nümayəndə heyəti Qazi Universitetinin rektoru ilə görüşüb

Azərbaycan və Serbiya icbari tibbi sığorta sahəsində əməkdaşlıq edəcək

Vladimir Putin: Rusiyanın Xarkovu tutmaq planı yoxdur

Pedaqoji Universitetdə professor Buket Ağqoyunlunun ustad dərsi təşkil olunub

Tezliklə insulin iynələri əvəzləyərək həb şəklində buraxılacaq

Bütün dövlətlərin daxili işlərinə qarışan Fransa təhlükəsizlik yastığını daha makro hesab edir - ŞƏRH

MİQ üzrə qeydiyyatdan keçən müəllimlərin sayı açıqlanıb

AMB-də Neft Fondunun valyuta satışlarının həyata keçirilməsi üzrə 22 hərrac keçirilib

Qazaxıstan Xəzər dənizi ilə daşımaların həcmini artırır

Yağışlı hava şəraitinin mayın 21-dək davam edəcəyi gözlənilir

İndoneziyada Semeru vulkanı gün ərzində beş dəfə püskürüb

Baş direktor: Yük gəmiləri limanda qaldıqları müddətdə havanı zəhərləyirlər

IAAR AzMİU-da 2 ixtisas, 1 ixtisaslaşma üzrə akkreditasiya aparıb

® “Usta Mənəm!” peşəkar ustalıq müsabiqəsində iştirak etmək üçün “Holcim” şirkəti ölkənin ən yaxşı ustaları dəvət edir

Ukraynada hərbi xidmətdən yayınanlarla bağlı cəzalar sərtləşdirilib

Şəkidə “Uşaqların inkişafı – uğurlu gələcəyin təminatı” mövzusunda təlim təşkil edilib

Əlahiddə Ümumqoşun Orduda bütün növ silah və texnikalara mövsümə uyğun texniki qulluq göstərilir

Arterial hipertoniya zamanı optimal müalicə üsulunu seçmək üçün risk faktorlarını öyrənmək vacibdir

Naxçıvanda Beynəlxalq Muzeylər Günü qeyd olunub

17 may – Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günüdür

Şəkər xəstəliyindən kişilər daha çox əziyyət çəkirlər

® “Towards COP29” şüarı altında “Sustainable Construction Summit” zirvəsi keçirilib