Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Milli Məclisin deputatı Qadın Siyasi Liderlərin Sammitində Azərbaycanda qadın hüquqlarının qorunması sahəsində görülən işlərdən danışıb

Milli Məclisin deputatı Qadın Siyasi Liderlərin Sammitində Azərbaycanda qadın hüquqlarının qorunması sahəsində görülən işlərdən danışıb

Bakı, 28 iyun, AZƏRTAC

İyunun 25-27-də Yaponiyanın paytaxtı Tokioda Qadın Siyasi Liderlərin növbəti Sammiti keçirilib.

AZƏRTAC xəbər verir ki, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Sahibə Qafarovanın da iştirak etdiyi toplantıda qadınların ictimai-siyasi həyatda rolu, onların dünyada baş verən proseslərə təsir imkanları, sülhün, əmin-amanlığın, sabitliyin bərqərar olmasında fəallığının artırılması, qadın siyasi xadimlərin əməkdaşlığının genişləndirilməsi məsələləri müzakirə olunub. Tədbir Yaponiya Nümayəndələr Palatası və Qadın Siyasi Liderləri Təşkilatı tərəfindən keçirilib.

İyunun 26-da konfrans çərçivəsində qadın sahibkarlığının inkişafı, qadınların iqtisadi sahədə fəaliyyətinin genişləndirilməsi mövzusunda keçirilən panel çıxışlarının müzakirələrində Sahibə Qafarova deyib ki, Azərbaycan qadınları ictimai-siyasi həyatda olduğu kimi, sahibkarlığın inkişafına da öz töhfələrini verir. Deputat bildirib ki, Azərbaycan Hökuməti ölkəmizdə qadın sahibkarlığının inkişaf etdirilməsinə daim dəstək göstərir. Uşaq bağçalarının, istehsal müəssisələrinin və digər biznes təşkilatlarının sayı artırılır, qadınlara fəaliyyətlərini genişləndirmək üçün güzəştli şərtlərlə kreditlər verilir. Eyni zamanda, qadınların fəaliyyətinin təşviq edilməsi üçün genişmiqyaslı tədbirlər keçirilir, konfranslar təşkil olunur. Bildirilib ki, bir neçə gün əvvəl ölkəmizdə hökumət təmsilçilərinin iştirakı ilə beynəlxalq konfrans keçirilib.

İyunun 27-də isə müxtəlif ölkələri təmsil edən nümayəndələr öz ölkələri barədə təqdimat ediblər. Sahibə Qafarova çıxış edərək ölkəmizdə qadın hüquqlarının qorunması, gender məsələlərinin uğurlu həlli istiqamətində görülən tədbirlər barədə geniş məlumat verib. 1918-ci ildə Şərqdə ilk dəfə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən kişilərə və qadınlara bərabər seçki hüququnun verildiyini vurğulayan Sahibə Qafarova deyib ki, 100 il əvvəl mövcud olan bu kimi müsbət ənənələr bu gün inkişaf etdirilərək uğurla davam etdirilir. Onun sözlərinə görə, bu gün Azərbaycanın qadınları icra hakimiyyəti orqanlarında, bələdiyyələrdə, təhsil, səhiyyə sahələrində, biznes strukturlarında, kənd təsərrüfatında, orduda, idmanda, hüquq-mühafizə orqanlarında, İKT sahəsində kişilərlə bərabər vəzifələrdə təmsil olunurlar.

"2030-cu il Dayanıqlı İnkişaf Məqsədləri" haqqında da danışan S.Qafarova, həmçinin münaqişələrdən, onun yaratdığı miqrant probleminin nəticələrindən bəhs edib. Deputat qeyd edib ki, Ermənistanın işğalçılıq siyasəti nəticəsində minlərlə azərbaycanlı, eləcə də qadınlar və uşaqlarımız öldürülüb, bir milyondan çox vətəndaşımız öz doğma torpaqlarından və evlərindən didərgin salınıb, onlar qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur olublar. "Azərbaycan dövləti qaçqın və köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi, onların həyat şəraitlərinin yaxşılaşdırılması istiqamətində çox genişmiqyaslı tədbirlər həyata keçirib. Ancaq buna baxmayaraq, bu insanlar qaçqın, köçkün həyatı yaşayırlar. Təəssüf ki, bu, onların evlərinə qayıtmaq və ləyaqətlə yaşamaq hüququ təmin olunana qədər davam edəcək", - deyən deputat qaçqın və məcburi köçkün qadınların yaşadıqları problemlərdən söz açıb. Sahibə Qafarova vurğulayıb ki, mövcud problemlərdən biri reabilitasiya və inteqrasiya məsələləridir. Belə ki, qadın qaçqın və məcburi köçkünlərin münaqişə dövründə yaşadıqları zorakılıqların yaratdığı ciddi psixoloji travmalar sonrakı dövrdə onların həyatlarında mənfi fəsadlara yol açır. Bu, onların cəmiyyətə inteqrasiyasında da böyük çətinliklər yaradır.

Milli Məclisin deputatı S.Qafarova qeyd edib ki, bu kimi problemlərin həlli, ilk növbədə, münaqişələrin və işğal faktının aradan qaldırılmasıdır. Azərbaycan bu məsələdə beynəlxalq ictimaiyyətin səylərini təqdir edir, bununla belə problemlərə ədalətli, beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində yanaşmanın vacibliyini vurğulayır.

Qeyd edək ki, Azərbaycan nümayəndəsindən əvvəl Ermənistan təmsilçisi çıxış edib. O, ölkəsinin işğalçılıq siyasətini ört basdır etmək üçün faktları təhrif edib, Ermənistanla bağlı uydurma fikirlər səsləndirib. Azərbaycan Milli Məclisinin deputatı isə çıxışında erməni siyasətçinin iddialarına da cavab verərək bu ölkənin bütün beynəlxalq hüququn prinsiplərini pozaraq işğalçılıq siyasətini davam etdirdiyini, işğal faktının aradan qaldırılması ilə bağlı beynəlxalq çağırışlara, BMT Təhlükəsizlik Şurasının Azərbaycan torpaqlarının dərhal və qeyd-şərtsiz azad olunmasına dair 4 qətnaməsi və digər təşkilatlar tərəfindən qəbul olunan sənədlərə məhəl qoymadığını xatırladaraq bildirib ki, Ermənistan regional təhlükəsizliyə ciddi təhdid yaradan monoetnik bir ölkədir. "İşğalçı ölkədə insan haqları kobud şəkildə pozulur, o cümlədən qadınların hüquqlarının qorunmasına heç bir təminat yoxdur. Ermənistanda mövcud olan ciddi sosial böhran və iqtisadi geriləmə qadınların da həyat şərtlərini ağırlaşdırır. Bütün regional layihələrdən kənarda qalan, heç bir iqtisadi perspektivi olmayan Ermənistanın yeganə çıxış yolu işğal siyasətini dayandırmaqdır", - deyə Sahibə Qafarova vurğulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ağ ev: Bayden seçki kampaniyasını tərk etməyi düşünmür

Altı nəfərin həyatına son qoyan “Beril” qasırğası Yamaykaya doğru irəliləyir

Avropa çempionatı: Azərbaycan güləşçisi ikinci olub

Astanada nümayəndə heyətlərinin başçılarının şərəfinə qeyri-rəsmi şam yeməyi verilib

Prezident İlham Əliyev: Azərbaycan ilə Çin arasında əmtəə dövriyyəsinin artması bizi sevindirir

Si Cinpin: Azərbaycan və Çin yaxşı dostlardır, yaxşı tərəfdaşlardır

Bayden Ukraynaya əlavə 150 milyon dollar hərbi yardım göndərilməsi barədə göstəriş verib

XİN: Astana görüşü Azərbaycanın, Pakistanın və Türkiyənin strateji tərəfdaşlıq əlaqələrinin yeni istiqamətlərdə genişlənməsinə təkan verəcək

Ayxan Hacızadə: Azərbaycan və Çin liderlərinin görüşü bir daha göstərdi ki, ölkələrimizin siyasi əlaqələri tarixinin ən yüksək səviyyəsindədir

Özbəkistanda Qeyri-Maddi Mədəni İrs İnstitutu yaradılır

Avropa çempionatı: Azərbaycanın qadın güləşçisi finala vəsiqə qazanıb

Ankarada keçirilən təlimlərdə media nümayəndələrinə müdafiə mexanizmlərindən istifadənin yolları öyrədilib

Türkiyə və Rusiya prezidentləri ticarət əlaqələrinin genişləndirilməsini müzakirə ediblər

Türkiyə müdafiə şirkətlərinin məhsulları dünyanın 185 ölkəsində uğurla istifadə edilir

Zaqatala Suvarma Sistemləri İdarəsinin əməkdaşı iş başında dünyasını dəyişib

Türkiyə inşaatçıları 6 ayda xaricdə 7,6 milyard dollarlıq sifarişlər alıblar

Çinin Sian şəhərindən Bakıya həftəlik yük qatarı marşrutu istifadəyə verilib VİDEO

Peterburq Beynəlxalq Hüquq Forumunda cinayətlərin profilaktikası barədə Azərbaycan təcrübəsindən danışılıb

Yazıçı Vladimir Boqomolovun anadan olmasının 100 ili tamam olur

Londonda avtobus dayanacağında tapılan tablo 17.5 milyon funt sterlinqə satılıb

A.Mirzoyan: Ermənistan Türkiyə ilə münasibətləri tam şəkildə normallaşdırmağa hazırdır

Britaniyada parlament seçkiləri: Leyboristlər qalib olacaqları təqdirdə nələr vəd ediblər?

Məscidlərdə vakant vəzifələrin tutulması məqsədilə keçirilən müsahibənin nəticəsi açıqlanıb

İrakli Kobaxidze: Gürcüstan regionda təhlükəsiz və sabit mühitin yaradılmasına töhfə verməyə hazırdır

BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecdə Məzun Günü

"İTi Zəka-2" hakatonunun növbəti mərhələsi başa çatıb

Avstriyada Millətlər Festivalında Azərbaycan mədəniyyəti təbliğ olunub

Astanada Azərbaycan Prezidenti, Türkiyə Prezidenti və Pakistanın Baş naziri arasında üçtərəfli görüş olub   YENİLƏNİB-2 VİDEO

Türkiyə XİN: Tarixi və mədəni simvola siyasi məqsədlərlə verilən reaksiyaları qınayırıq

“Qəmər bəyim Şeyda. Zülmün daşqını” kitabı çapdan çıxıb

Yaponiyada holoqrafik portretli əsginaslar buraxılır

Astana Zirvə görüşü təmasların daha da sıx qurulması baxımından çox əhəmiyyətlidir ŞƏRH

BSU-da elmi seminar: Qarabağ və Şərqi Zəngəzurda yaşıl enerji potensialının inkişafı

ABŞ-da meşə yanğınları səbəbindən 13 min nəfər təxliyə edilib

Ötən ay 23 aptekdə yoxlama aparılıb

DTX-nin Akademiyasında növbəti məzun buraxılışı olub

Vəzifəli şəxsin qanunsuz əməlləri barədə cinayət işi başlanılıb

Kimya Elmləri üzrə Problem Şurasının iclasında səkkiz dissertasiya mövzusu müzakirə edilib

Naxçıvanda ilk dəfə olaraq Naxçıvan Dövlət Universitetinin Beynəlxalq Məktəbi “Kembric” statusu alıb

Çin Azərbaycanın təklif etdiyi sülh gündəliyini qətiyyətlə dəstəkləyib

Azərbaycan və Kamerun arasında idman sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub

Azərbaycanın iki həndbol hakimi Açıq Avropa çempionatına təyinat alıb

Elektron Təhlükəsizlik Xidməti və Gürcüstanın Rəqəmsal İdarəetmə Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb

Hotellərə ulduz dərəcələri verilib və rezervasiya platformasının təqdimatı keçirilib

Diasporla İş üzrə Dövlət Komitəsinin “Çağrı mərkəzi” istifadəyə verilib

Gənclərin İnkişaf və Karyera Mərkəzinin 11 regional nümayəndəliyi və 44 bölməsi fəaliyyət göstərir

Astanada “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” qəbul olunub

Tanınmış basketbolçu ilə müqavilə yenilənir

Azərbaycan və Rusiya teatrları arasında əməkdaşlıq əlaqələri genişlənəcək

AAYDA CAREC proqramına üzv ölkələrin tədbirində iştirak edib

Azərbaycan cüdoçuları Paris Olimpiadasına İspaniyada hazırlaşırlar

Səbail rayonunda saxlanılan şəxslərdən 16 kiloqram narkotik vasitə götürülüb VİDEO

Bakıda Ətraf Mühit, Sosial və İdarəetmə Sammiti işə başlayıb VİDEO

Türkiyə ilə Azərbaycan arasında din sahəsində qarşılıqlı fəaliyyət müzakirə olunub

Bakıdakı Rus evində professor Rauf Nərimanbəyliyə həsr olunmuş konsert olub

Sus kəndində ilk körpə dünyaya gəlib

“Real Madrid”in stadionu DÇ-2030-un final oyununa ev sahibliyi edəcək

Vatikan rəsmisi Azərbaycanda dini və mədəni müxtəlifliyin qorunması üçün yaradılan şəraiti yüksək qiymətləndirib

RF Federasiya Şurası Rusiya nümayəndə heyətinin ATƏT PA-da fəaliyyətini dayandırması qərarını yekdilliklə dəstəkləyib

® ABB-nin dəstəyi ilə daha bir uşaq futbol komandası formalaşdırıldı

Astanada Azərbaycan Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə görüşü keçirilib   YENİLƏNİB-2 VİDEO

Azərbaycan dilindən istifadə: uğurlar, problemlər, vəzifələr - dəyirmi masa

Azərbaycan Badminton Federasiyası Botsvanaya invertar ianə edib

Fuad Nağıyev: Turizm və hotelçilik sənayesi COP29-a tam hazırdır

Milli Ulduz Təsnifatı əsasında 200-dən çox hotelə ulduz dərəcələri təyin edilib

Qarabağ Regional DOST Mərkəzindəki “RehaPoint” Məntəqəsində 750-dən çox şəxsə reabilitasiya xidmətləri göstərilib

Hərbi Prokurorluq Daxili Qoşunlarla birlikdə tədbir keçirib

KOB-ların yaşıl iqlim maliyyələşməsində rolunun artırılması sahəsində seminar keçiriləcək

Parlament seçkiləri ilə əlaqədar YAP-ın Mərkəzi Seçki Qərargahı yaradılıb

Firuddin Əliyev: İşğaldan azad olunmuş yerlərdə Xüsusi Mühafizə Olunan Təbiət Ərazisi yaradılacaq VİDEO

Şanxay Əməkdaşlıq Təşkilatı Azərbaycanı özünün ən fəal tərəfdaşlarından biri hesab edir  - RƏY

Azərbaycanda geoparkların yaradılması nəzərdə tutulur

Misirdə yeni hökumətin andiçmə mərasimi keçirilib

İngiltərə klubu Seneqal millisinin futbolçusunu transfer edib

Naxçıvan gimnastlarının məşq şəraiti standartlara uyğunlaşdırılır

Astanada Azərbaycan ilə Qazaxıstan arasında imzalanmış Səhmdarlar Müqaviləsinin mübadiləsi mərasimi olub VİDEO

Əməkdar artist Ağalar Bayramovun yaradıcılıq gecəsi keçirilib

Regionlardan olan şagirdlər BMU-nun laboratoriyaları ilə tanış olublar

Xidmət rəisi: Bu ilin ilk altı ayı ərzində milli parklara 80 minə yaxın turist gəlib

Nəqliyyat dəhlizlərinin genişləndirilməsində Azərbaycan-ŞƏT əməkdaşlığı ŞƏRH

Naxçıvanda dönərxanada nöqsanlar aşkar olunub

Cəlilabadda ilk dəfə Neolit dövrünə aid kəndin izləri aşkarlanıb FOTO VİDEO

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib

Elşad Əsgərov: Qafqazda yalnız Azərbaycan ərazisində bəbir balalarının dünyaya gəlməsi müşahidə olunub

“Azərkosmos” Çinin “Star.vision” şirkəti ilə memorandum imzalayıb

Fernandu Santuş Qəbələ şəhər stadionu ilə tanış olub

Baş prokuror Lerik rayonunda vətəndaşları qəbul edib

® “Qızlara ağ yaraşır” layihəsi daha bir beynəlxalq festivalın qalibi oldu

Elşad Əsgərov: Azərbaycanda bəbir populyasiyasının bərpası istiqamətində məqsədyönlü işlər görülür VİDEO

Arda Gülər Avropa çempionatlarının tarixinə düşüb

8 Noyabr prospektində istismar müddətini başa vurmuş içməli su və kanalizasiya xətləri yenilənir

Astanada Azərbaycan və Qazaxıstan prezidentlərinin görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Müdafiə naziri Belarusda keçirilən tədbirlərdə iştirak edib

Paytaxta külli miqdarda narkotik gətirmək istəyən şəxs saxlanılıb

“Philips” şirkətinin istehsal etdiyi texnoloji avadanlıqların Azərbaycan səhiyyəsində tətbiqi müzakirə olunub

Ermənistan hərbçisi naməlum səbəbdən aldığı güllə yarasından ölüb

Külli miqdarda narkotik vasitənin tranzit yolla ölkə ərazisindən keçirilməsinin qarşısı alınıb

Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının Kollegiyasının 2013-cü il 27 fevral tarixli Q/01 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gəminin səfərə çıxa bilməsi üçün heyətin minimal tərkibi haqqında Əsasnamə”də dəyişiklik edilməsi haqqında 
Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının QƏRARI

Sumqayıtın Dənizkənarı bulvarında “Tullantıları hədiyyələrə dəyiş” festivalı keçiriləcək

Hava nəqliyyatı ilə ölkədaxili yük və sərnişindaşıma xidmətlərinin tariflərinin tənzimlənməsi barədə 
Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının QƏRARI