REGİONLAR
Mingəçevir–Stansiya Mingəçevir–Bəhrəmtəpə–Beyləqan avtomobil yolunun tikintisinə 14,6 milyon manat ayrılıb
Bakı, 4 yanvar, AZƏRTAC
Prezident İlham Əliyev yanvarın 4-də “Beyləqan rayonunun Mingəçevir-Stansiya Mingəçevir-Bəhrəmtəpə (137 km)-Beyləqan avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.
AZƏRTAC xəbər verir ki, iyirmi altı min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Mingəçevir-Stansiya Mingəçevir-Bəhrəmtəpə (137 km)-Beyləqan avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 14,6 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.