MİNGƏÇEVİRDƏ 15 İYUN – MİLLİ QURTULUŞ GÜNÜ QEYD OLUNMUŞDUR
AZƏRTAC xəbər verir ki, 15 İyun - Milli Qurtuluş günü münasibətilə Mingəçevir şəhərində bir sıra tədbir keçirilmişdir.
Mingəçevirdəki Heydər Əliyev Muzeyinin qarşısında inşa edilmiş musiqili fəvvarənin və yeni salınmış parkın açılışı olmuşdur. Milli ornamentlə bəzədilmiş və lazer effektləri ilə müşayiət olunan fəvvarədə milli musiqilərimiz səslənir, xüsusi lazer qurğularının köməyi ilə Azərbaycan filmlərindən parçalar, milli atributların təsvirləri nümayiş etdirilir.
Uzunluğu 35, eni 15 metr olan bu fəvvarə respublikada ən böyük musiqili fəvvarədir.
Şəhərin mərkəzində 1 hektar ərazisi olan yaşıllıq zolağında yeni ağaclar, gül kolları əkilmiş, oturacaqlar, işıqlandırma qurğuları təzələnmiş, daş piltələr döşənmiş, ot örtüyü dəyişdirilmişdir. Yenidən qurulan parka Heydər Əliyevin adı verilmiş və orada şəhər sakinlərinin istirahəti üçün hər cür şərait yaradılmışdır.
Milli Qurtuluş günü ərəfəsində mingəçevirlilərin ixtiyarına verilən park və musiqili fəvvarənin açılışında “Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Mübariz Ağayev, Milli Məclisin deputatı Aydın Mirzəzadə iştirak etmişdir.
Sonra qonaqların iştirakı ilə YAP Mingəçevir şəhər təşkilatının hesabat yığıncağı keçirilmişdir. Çıxışlarda partiyanın gördüyü işlərdən, əldə edilən nailiyyətlərdən, qarşıda duran vəzifələrdən və oktyabrda keçiriləcək prezident seçkilərinə hazırlıqdan bəhs olunmuşdur.
Bayram münasibətilə konfrans iştirakçılarını təbrik edən natiqlər Azərbaycanda anarxiyanın, özbaşınalığın baş alıb-getdiyi bir dövrdə xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan və milləti dəhşətli faciələrdən qurtaran görkəmli dövlət xadimi Heydər Əliyevin xilaskarlıq missiyasından, yüksək idarəçilik bacarığından söz açmışlar. Bildirilmişdir ki, 15 İyun - Milli Qurtuluş günü ilə başlanan sosial-iqtisadi inkişaf, tərəqqi hazırda Prezident İlham Əliyev tərəfindən uğurla və inamla davam etdirilir.
Bayram günü Heydər Əliyev meydanında ölkənin tanınmış incəsənət ustalarının iştirakı ilə konsert olmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Gələcəyin texnologiyaları: “ILA Berlin 2026” sərgisindən reportaj
- 10.06.2026 [23:23]
Şəkidə şəhid Məmmədiyə Cabbarzadənin xatirəsi anılıb
- 10.06.2026 [22:22]
Azərbaycan millisinin üzvü "Şamaxı"da
- 10.06.2026 [21:36]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:32]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [21:21]
Yasamal rayonunda obyektdə baş verən yanğın söndürülüb YENİLƏNİB
- 10.06.2026 [20:28]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [20:21]
"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb
- 10.06.2026 [20:07]
Bu saata olan əsas xəbərlər
- 10.06.2026 [20:00]
“Macar-Azərbaycan ortaq etnik kökləri” kitabının təqdimatı olub
- 10.06.2026 [19:52]
İsveçrə Vəkillər Kollegiyasının sədri Azərbaycana səfər etməyi planlaşdırır
- 10.06.2026 [19:29]
Serbiya Prezidenti Azərbaycanın müdafiə nazirini qəbul edib
- 10.06.2026 [18:17]
ABŞ-də Günəş enerjisi ilə elektrik enerjisi istehsalı kömürü üstələyib
- 10.06.2026 [18:15]
Albaniya Respublikasının Prezidenti Bayram Beqaydan
- 10.06.2026 [18:14]
® Bakıda “Force of Love 2026” yay festivalı keçirilib
- 10.06.2026 [18:02]
“Abşeron Şərab 1” MMC-nin qida təhlükəsizliyi qeydiyyatı ləğv edilib
- 10.06.2026 [17:59]
ADPU ilk dəfə RUR beynəlxalq universitet reytinqində yer alıb
- 10.06.2026 [17:57]
Vaşinqtonda ənənəvi Trans-Xəzər Forumu işə başlayıb
- 10.06.2026 [17:51]
Coğrafiya İnstitutu sürüşmə riski olan əraziləri açıqlayıb
- 10.06.2026 [17:51]
Temperaturun kəskin dəyişməsi yeni reallığa çevrilir
- 10.06.2026 [17:42]
Ekspert: Cənubi Qafqaz regionu Türkiyə üçün əhəmiyyətli bölgədir
- 10.06.2026 [17:40]
® “Birbank”dan yenilik: 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər
- 10.06.2026 [17:38]
Əlilliyi olan uşaqlar üçün sosial xidmət müəssisəsinə mediatur təşkil edilib
- 10.06.2026 [17:27]
Valideynlərin sosial şəbəkə platformalarına nəzarət mexanizmi güclənəcək RƏY
- 10.06.2026 [17:25]
Əmək müqaviləsi ilə çalışmaq işçiyə hansı hüquqlar verir?
- 10.06.2026 [17:24]
Dünya çempionatı: Türkiyə millisinin ilk oyununun baş hakimi açıqlanıb
- 10.06.2026 [17:22]
Sahibə Qafarova İndoneziyanın Azərbaycandakı yeni səfiri ilə görüşüb
- 10.06.2026 [17:16]
Premyer Liqaya yüksələn klub daha 3 futbolçu ilə vidalaşıb
- 10.06.2026 [17:14]
Avropalıların yalnız 11 faizi ABŞ-ni müttəfiq hesab edir - ECFR sorğusu
- 10.06.2026 [17:14]
Energetika naziri vətəndaşların müraciətlərini dinləyib
- 10.06.2026 [17:12]
Rusiya Ermənistana qarşı mövqeyini sərtləşdirir
- 10.06.2026 [17:05]
Türk professor Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qonağı olub
- 10.06.2026 [17:02]
Qərbi Azərbaycan və Qarabağın mətbuat tarixi öyrənilir
- 10.06.2026 [16:55]
Azərbaycanda urbanizasiya prosesi və mənzil siyasətinin yeni strategiyaları
- 10.06.2026 [16:50]
Salyanda çörək istehsalı müəssisəsində nöqsanlar aşkar edilib
- 10.06.2026 [16:41]