Azərbaycan Dövlət İnformasiya Agentliyi

MİR CƏLAL
BİR YARPAQ SÖZ

“YUNESKO-nun 2008-2009-cu illərdə görkəmli şəxsiyyətlərin və əlamətdar hadisələrin qeyd edilməsi proqramına Azərbaycanla bağlı daxil olmuş yubileylərin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 31 yanvar tarixli Sərəncamına əsasən, 2008-2009-cu illərdə “Leyli və Məcnun” operasının ilk tamaşasının, xalq rəssamı Səttar Bəhlulzadənin, yazıçı Mir Cəlal Paşayevin və akademik Musa Əliyevin 100 illik yubileyləri respublikamızda dövlət səviyyəsində keçiriləcəkdir.

Filologiya elmləri namizədi ALMAZ ÜLVİNİN AZƏRTAC-ın xahişi ilə yazdığı növbəti, görkəmli yazıçı, alim və pedaqoq Mir Cəlal haqqında məqaləni oxuculara təqdim edirik.

Mir Cəlal. Heç bir fəxri ad, titul adı sadalamadan bu iki kəlmə daha dolğun, daha möhtəşəm, daha nəhəng səslənir. İnsan qəlbini ilıq duyğu çulğalayır. Bu məhəbbəti, ehtiramı Mir Cəlal sağlığında özü qazanmışdır. Çox güman ki, Mir Cəlalın ikinci, üçüncü, ...yeddinci... yüzillik bayramları daha çox onun ölməz əsərlərinin işığında, bəşəri dəyəri fonunda Azərbaycan xalqının, ədəbi ictimaiyyətin diqqətində dayanacaq, qeyd olunacaqdır. Bu yüzillikdə isə onun birbaşa ünsiyyətdə olduğu, dərs dediyi, elmi işlərinə rəhbərlik etdiyi ziyalıların, həmkarlarının, yetirmələrinin xatirələri dinlənir və bu, yubiley tədbirlərinə bir ayrı ovqat gətirir.

Yazıçı, alim və müəllim. Bu üç müqəddəs sənəti - yaradıcı dünyanı, peşəni öz müdrik şəxsiyyətində cəmləşdirən Mir Cəlalın XX əsr Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafındakı xidmətləri misilsizdir.

Yazışı kimi Mir Cəlal ədəbiyyat aləminə 1928-ci ildə gəlmişdir.

Ədəbiyyatşünas kimi Mir Cəlal 1928-ci ildə ilk tədqiqat əsərini yazmışdır.

Mir Cəlal müəllimlik fəaliyyətinə 1928-ci ildə başlamışdır.

Bu üç sahəni eyni zaman çərçivəsində öz parlaq istedadında, yorulmaz zəhmətində-əməyində və ardıcıl fəaliyyətində birləşdirən Mir Cəlal barədə ən səmimi duyğuları yarım əsr bundan əvvəl Süleyman Rüstəm daha gözəl ifadə etmişdir:

 

Sadə ürəklərdə yandırıb çıraq,

Qazandın ellərin məhəbbətini.

 

Mir Cəlal müəllim bu üç sahənin hər birində ayrıca zirvə fəth etmişdir. Bütün könüllərə yanğı salmış “Bir gəncin manifesti”, zamanın güzgüsü olan kiçik hekayələri klassik bədii nümunə kimi ədəbiyyat tariximizin səhifələrində yaşayacaqdır.

“Füzuli sənətkarlığı”, “XX əsr Azərbaycan ədəbiyyatı”, “Azərbaycanda ədəbi məktəblər (1905-1917)”, “Ədəbiyyatşünaslığın əsasları” ədəbiyyatşünaslıq fondumuzun qızıl nüsxələridir.

Ali təhsilimizin beşiyi sayılan Bakı Dövlət Universitetinin sadə müəllimi, nüfuzlu professoru kimi xatirələrdə hələ çox-çox illər yaşayacaqdır.

Mir Cəlal müəllim həqiqət, düzlük, səmimiyyət aşiqi olub. İnsanlıq üçün lazım olan ən saf xüsusiyyətlər qəlbinin nurundan qorlanıb.

Mir Cəlal müəllim ailəsini, övladlarını sevən, qoruyan şəxs olub. “Həyatımda yaratdığım ən böyük əsər ailəmdir”. Oğlu professor Hafiz Paşayev qeyd edir ki, cəmiyyətin sağlamlığını ailənin möhkəmliyində görən Mir Cəlal bu sözləri gözəl ifadə xatirinə deyil, həqiqətən belə düşündüyünə görə deyərdi. Bəlkə də, özü uşaqlıq çağlarından ailə məhəbbətindən uzaq düşdüyünə görə idi ki, ailə dəyərlərinə, ailə ünsiyyətinə xüsusi məhəbbət bəsləyirdi. Gəlini, şərqşünas alim Rəna xanım Paşayeva söhbətlərimizin birində duyğularını ürək dolu məhəbbətlə bildirərək dedi: ”O, çox gözəl, səmimi bir insan, ata, çox diqqətcil, məhəbbətli şəxsiyyət idi. Mir Cəlal müəllim haqqında günlərlə danışsam, söhbətim qurtarmaz”.

Böyük şəxsiyyətlər həm də tarix fonunda yetişirlər. Allahın bir çınqı nurundan yaranan insan böyük hikmətlər dəryasına, bəşəriyyətin sevimlisinə çevrilə bilər. Mayasında halallıq, sevgi, paklıq, istedad olan yerdə Allah sənin istəyinə, arzularına köməkçi olur. Elə bu istəklə də 1908-ci ilin bir yaz günündə - aprelin 26-da Cənubi Azərbaycanın Əndəlib kəndində dünyaya göz açmış Mir Cəlalın ömrünə - ədəbi, elmi, ictimai fəaliyyətinə nəzər salaq.

 

Yazıçı Mir Cəlal

XX əsrin 20-30-cu illərində ədəbi aləmdə əvvəlcə şeir, sonra isə oçerk və hekayələri ilə görünən Mir Cəlal az sonra istedadlı və orijinal yaradıcılıq üslubu olan yazıçı kimi tanındı. Əlli illik yaradıcılıq fəaliyyəti dövründə o, görkəmli nasir kimi Azərbaycan ədəbiyyatı tarixində öz layiqli və şərəfli yerini tutmuşdur. Qəti əminliklə deyə bilərik ki, təkcə “Bir gəncin manifesti” əsərinə görə də Mir Cəlal klassik sənətkarlar sırasında dayanmaq haqqını qazanmışdır. Bu əsər çapdan çıxanda isə onun heç 30 yaşı yox idi. 1928-ci ildə mətbuatda ilk şeirləri (“Dənizin cinayəti”, “Ananın vəsiyyəti”, “Müxbir”) çap olunmuşdur. Lakin o, bundan sonra, daha doğrusu, 1930-cu ildən etibarən hekayələr yazmışdır. “Şərq qadını”, “Gənc işçi”, ”İnqilab və mədəniyyət", “Ədəbiyyat qəzeti” kimi nüfuzlu nəşrlərdə “Doktor Cinayətov”, “İfşa”, “Matışgə”, “Mərkəz adamı”, “Naxələf”, “Bostan oğrusu”, “Qüdrət nümayişi”, “İstifadə”, “Taza toy”, “Dəzgah qızı”, “Heyrət” ... hekayələrini çap etdirmişdir. 1932-ci ildə “Sağlam yollarda”, 1935-ci ildə “Boy”adlı ilk oçerklər və novellalar kitablar çap olunmuşdur. Mir Cəlalın bütövlükdə yaradıcılıq dünyası ilə tanışlıqdan sonra belə qənaətə gəlmək olur ki, onu düşündürən həyati məsələləri, milli folklorun, xalq təfəkkürünün işığını, milli-mənəvi dəyərlərin klassik ənənələrə uyğun inkişafını və bu istiqamətdə yaranan problemləri, xalq həyatının real görüntüsünü nəsr dilində aydın, qabarıq şəkildə vermək mümkündür. Necə ki, böyük Cabiri oxuyanda şeirin, Mirzə Cəlili oxuyanda satira və yumorun gücünü duyursan, Mir Cəlal nəsrində - hekayələrini oxuyanda da eyni hissləri keçirirsən.

Mir Cəlalın ilk irihəcmli əsəri - “Dirilən adam” romanı 1935-ci ildə ayrıca kitab kimi nəşr olunmuşdur. Hələ yarım əsr bundan əvvəl akademik Məmməd Arif yazmışdı ki, “Mir Cəlal “Dirilən adam”la diqqətli bir realist yazıçı olduğunu göstərmişdir”.

İlk dəfə 1937-39-cu illərdə hissə-hissə “Revolyusiya və kultura” jurnalında nəşr olunan “Bir gəncin manifesti” əsəri isə yazıçının həyatında, mən deyərdim ki, böyük bir dönüş yaratmış, ədəbi zirvəyə aparan yoluna cığır açmış və yazıçı kimi müəllifə böyük oxucu auditoriyası qazandırmışdır. 1940-cı ildə “Uşaqgəncnəşr”də kitab halında kütləvi tirajla buraxılan bu əsər oxucu tələbatına görə sonrakı illərdə də dəfələrlə çap edilmişdi. Vaxtilə elə bir Azərbaycan oxucusu yox idi ki, bu əsərlə tanışlığı olmasın. Əsərdən müəyyən hissə orta məktəb dərsliklərinə də daxil edilmişdi. Bununla tanış olan hər bir yeniyetmə hökmən əsəri tam oxumağa can atırdı. Hətta 1970-ci illərdə də onu kitabxanalardan almaq üçün növbəyə yazılar, kitabın tökülmüş vərəqlərini hər kəs ehmalca səliqəyə salardı ki, hamı oxuya bilsin. Kitablara olan həmin marağı indi isti bir duyğutək xatırlayırıq.

“Bir gəncin manifesti”indəki hadisələrin inkişafı, xarakterik obrazlar, xüsusən, Baharın acı taleyi uzun müddət adamın fikrindən qopa bilmirdi. Yazıçı fikri, yozumu elə ustalıqla, sətiraltı ifadələrlə işlənmişdir ki, əsər hər zaman aktuallığını qoruya bilmişdir. Sona ananın zərb-məsələ çevrilmiş “İtə ataram, yada satmaram” kəlamı, üsyanı, etirazı obrazın xarakterini açmışdır. Onun milli mənliyi, mərdliyi insan qəlbində qürur doğurmuş, sanki əyilməz dağların gücünü, əzəmətini içində hiss etmisən. Bu, Azərbaycan qadınının daha bir yeni, mübariz, yenilməz obrazı idi. Burada maddi səfalət içində əriyən insan şəxsi ləyaqətini nəfsinə qurban vermir. Bütün bu və ya digər nəticələrə söykənib demək mümkündür ki, Mir Cəlal ziyalı mənəviyyatı, düşüncəsi, sadə qəlbi ilə filosof yazıçı kimi qəlblərdə, milli ədəbiyyatımızda əbədiləşmişdir. Əsərdəki ideoloji məqamları nəzərə almasaq, “Bir gəncin manifesti”i bu gün də bədii əsər numunəsitək qəlbləri riqqətə gətirir. 1940, 1949, 1953, 1964, 1967, 1970, 1980, 1986, 2005-ci illərdə ayrıca kitab halında nəşr olunmuş “Bir gəncin manifesti” Azərbaycanın hüdudlarından çox-çox uzaqlarda da sevilmişdir. Daim oxucu məktubu alan yazıçıya günlərin birində Baltikyanıdan IX sinifdə oxuyan məktəblidən də məktub gəlir. Həmin məktəbli yazıçıdan xahiş edir ki, “Bir gəncin manifesti”ndə Baharı öldürməsin”. Əsərin təcir gücü özünü göstərmişdi. Təbii ki, yazıçının sənətkarlığı elə buradan başlayır.

Mir Cəlalın nəşr olunmuş altı romanı oxuculara məlumdur. “Dirilən adam”, “Bir gəncin manifesti”, “Yolumuz hayanadır” romanlarında keçmiş, “Açıq kitab”, ”Yaşıdlarım”, ”Təzə şəhər” romanlarında isə müasir həyat lövhələrinin bədii təsviri ustalıqla qələmə alınmışdır. “İnsanlıq fəlsəfəsi” (1961) kitabında toplanmış hekayələri böyük tərbiyəvi-əxlaqi əhəmiyyətə malikdir. “İnsanlıq fəlsəfəsi”, “Subaylıq fəlsəfəsi”, “Təzə toyun nəzakət qaydaları”, “Vicdan mühakiməsi”, “Vicdan əzabı”, “Hesab dostları”, “Təsadüf, ya zərurət”, “Qocaların uşaq söhbəti” və digər hekayələrində real həyat lövhələri, fəlsəfi düşüncələr əks olunmuşdur. Mir Cəlalın yaradıcılığına bir oxucu kimi də yanaşan professor Hafiz Paşayev söhbətində bildirdi ki, “müstəqilliyimiz yolunda, dövlət quruculuğumuz sahəsindəki çətinlikləri görəndə, Mir Cəlalın “Səviyyə” adlı son hekayəsi yadıma düşür. O, bu hekayəni ölümündən bir neçə gün əvvəl yazmışdı. Müəllif cəmiyyətimizdə çatışmayan, qıtlığa düşən ən vacib şey nədir? - sualına özünəməxsus yığcam üslubda cavab axtararaq deyir ki, müxtəlif vəzifə, iş, rütbə sahiblərində məhz səviyyə çatmır. Zənnimcə, bu hekayə hər zaman aktual görünür”. Mir Cəlal müəllimin hekayələrindəki ən mühüm xüsusiyyətlərdən biri də onun toxunduğu problemə, məsələyə yığcam tərzdə yanaşması, fikrini konkret ifadələrlə oxucuya aydın çatdırmasıdır.

Mir Cəlalın bədii yaradıcılıq nümunələri dəfələrlə nəşr olunmuşdur: “Seçilmiş əsərləri” (2 cilddə, 1956-57), “Seçilmiş əsərləri” (4 cilddə, 1967-68), “Seçilmiş əsərləri” (2 cilddə, 1986-87), hekayə və povestlərdən ibarət “Şəfəqdən qalxanlar” (1972), “Dağlar dilə gəldi” (1978), “Ləyaqət”, hekayələrdən ibarət “Bostan oğrusu” (1937), ”Gözün aydın” (1939), “Vətən” (1944), “Həyat hekayələri” (1945), “Sadə hekayələr” (1955), “Xatirə hekayələri” (1962),” “Gülbəsləyən qız” (1965), “Silah qardaşları” (1974) və sair. Ümumiyyətlə, indiyədək yazıçının 70-dən çox kitabı nəşr olunmuşdur. Şübhəsiz ki, yazıçının ədəbi irsinə ehtiram kimi, gələn illərdə bunların sayı daha da artacaqdır.

 

Ədəbiyyatşünas Mir Cəlal

Mir Cəlalı orta məktəb illərində biz yazıçı kimi tanıyırıqsa, sonrakı illər o, böyük ədəbiyyatşünas alim, nüfuzlu pedaqoq kimi nəzərlərimizdə böyüyür.

XX əsrin ədəbi-elmi fikrinin korifeylərindən sayılan Mir Cəlal ədəbiyyatşünas-nəzəriyyəçi alim kimi də müstəsna və özünəməxsus yer tutmuşdur. Filologiya təhsili alan tələbələrin I kursda istifadə etdikləri “Ədəbiyyatşünaslığın əsasları” dərsliyi sonralar da mütəxəssislərin stolüstü kitabı olmuşdur. Mir Cəlal müəllim 1936-cı ildən ömrünün sonunadək dərs dediyi Bakı Dövlət Universitetinin auditoriyalarında bu fənndən mühazirələr oxumuşdur. Tanınmış ədəbiyyatşünas alim, professor Şamil Salmanov yazır ki, “Ədəbiyyatşünaslığın əsasları” fənninə dair dərslik olmadığından tələbələr çətinlik çəkirdilər. Bunu başa düşən Mir Cəlal müəllim mövzuları konkret izah edir, ədəbiyyat elminin anlayışları, problemləri barədə ətraflı bilik və məlumat verirdi. O, məlum həqiqətləri, müddəaları sadəcə təkrar etmirdi, mühazirələri quru, sxematik planda qurmurdu. Bu məsələlərə yazıçı kimi yanaşırdı, sənətkarlıq vərdişlərindən, şəxsi qənaətlərindən çıxış edirdi ki, bu da onun mühazirələrini maraqlı və canlı edirdi. Mühazirələrində əyani, bəzən gözlənilməz sübutlar, dəlillər gətirirdi, təhlil prinsiplərini bizə aşılayırdı”. Belə bir zəruri ehtiyacdan doğan, klassik ənənələrə, dərin elmi məntiqi əsaslara söykənən dərslik sonralar dəfələrlə çap olunmuşdur və indi, XXI əsrdə də istifadə edilir. Professor Pənah Xəlilovla birgə işlənmiş bu kitabda “Ədəbiyyat haqqında ümumi məlumat”, “Ədəbi əsərlər haqqında”, “Ədəbi növlər və janrlar haqqında” kimi fəsillərdə ümumi ədəbi-nəzəri məsələlər əksini tapmışdır.

Mir Cəlalın hələ 20 yaşında yazdığı və 1928-29-cu illərdə “Maarif yolu” jurnalının bir neçə nömrəsində ardıcıl olaraq dərc etdirdiyi “Ədəbiyyatda romantizm” adlı irihəcmli ədəbi-tənqidi məqaləsi onun ədəbiyyatşünas kimi böyük gələcəyindən, parlaq istedadından xəbər verirdi. Çox gənc yaşlarında belə bir məzmunda, dünya ədəbiyyatı nümunələrinə istinad edərək məqalə yazması, heç şübhəsiz, ədəbiyyatşünaslıq tariximiz üçün böyük hadisə sayıla bilər. Mir Cəlalın bu məqaləni dərc etdirdiyi illər onun Gəncədə çalışdığı dövrə təsadüf edir. İki il sonra, Kazan Pedaqoji İnstitutunun dil-ədəbiyyat fakültəsində oxuduğu illərdə isə “Hücum” adlı məqalə ilə “Kommunist” qəzetində (16 oktyabr, 1931-ci il) çıxış etmişdir. Bu məqalə “Hücum” jurnalının 1931-ci il 8-ci nömrəsi haqqındadır. 1932-ci ildən Bakıda fəaliyyət göstərən Mir Cəlal publisistik məqalələri ilə yanaşı, “Azad qadın bədii ədəbiyyatda”, “Gəncliyin səsi”, “Şeirin gəncliyi”, “Bir poema haqqında”, “Böyük problemlər romanı”, “Gənc qələmlər”, “İlk addım” adlı ədəbi-tənqidi məqalələri ilə də mətbuatda tez-tez görünməyə başladı. 1935-ci ildən isə daha ciddi və məsuliyyətli mövzulara üz tutdu. Böyük şairimiz Abbas Səhhətin “Əsərləri”nə müqəddimə, “Əbülqasım Nəbati” kitabına müqəddimə (Həmid Araslı ilə birgə), Əbdürrəhim bəy Haqverdiyevin “Seçilmiş əsərləri”nə müqəddimə, “Nəriman Nərimanovun əsərləri haqqında” və sair kimi sanballı ədəbiyyatşünaslıq məqalələri elmi dəyərinə görə müəllifinə böyük uğur gətirmişdir.

1932-ci ildə Bakı Dövlət Elmi Tədqiqat İnstitutunun aspiranturasına daxil olmuş gənc tədqiqatçı 1935-ci ildə təhsilini bitirir. Elə bu illərdə yenicə yaradılmağa başlayan Nizami adına Ədəbiyyat İnstitutunun formalaşmasında yaxından iştirak edir və institutun “XX əsr Azərbaycan ədəbiyyatı” şöbəsinin müdiri vəzifəsinə seçilir. 1938-ci ildə Həmid Araslı ilə birgə natamam orta və orta məktəb şagirdləri üçün “Ədəbiyyat” dərsliyini nəşr etdirirlər.

Elmi fəaliyyətini davam etdirən gənc Mir Cəlal 1940-cı ildə “Füzulinin poetik xüsusiyyətləri” adlı əsərinə görə filologiya elmləri namizədi, 1947-ci ildə isə “Azərbaycanda ədəbi məktəblər” əsərinə görə filologiya elmləri doktoru alimlik dərəcələrini almışdır. Füzuli poeziyasının qüdrətinə heyran olan, ümumiyyətlə, klassik ədəbiyyata qəlbən bağlı Mir Cəlal 1958-ci ildə bu mövzuya yenidən müraciət edərək və əvvəlki əsərini təkmilləşdirərək “Füzuli sənətkarlığı” adlı monoqrafiyasını nəşr etdirir. Professor Qara Namazov deyir ki, Mir Cəlalın “Füzuli sənətkarlığı” monoqrafiyası Füzuli ədəbi irsini öyrənmək, mənimsəmək və dərk etmək üçün elmi açardır. Əsər 1994-cü ildə təkrar nəşr olunmuşdur.

“Azərbaycanda ədəbi məktəblər (1905-1917)” əsərində isə Mir Cəlal XX əsrin əvvəllərində inqilabi-demokratik meyillərlə əlaqədar baş verən ictimai-siyasi hadisələr kontekstində Azərbaycanda realizm, romantizm ədəbi məktəbləri, maarifçi-didaktik yazıçılar və xırda məişət dramları haqqında müfəssəl tədqiqatlar aparmış, əhatəli elmi nəticələr əldə etmişdir. 1905-1917-ci illərin mədəni həyatının Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev, Mirzə Ələkbər Sabir, Əli Nəzmi, Məmməd Səid Ordubadi, Əliqulu Qəmküsar, Mirzə Əli Möcüz, Firudin bəy Köçərli, Məhəmməd Hadi, Abbas Səhhət, Əbdülxaliq Cənnəti, Abdulla bəy Divanbəyoğlu, Səid Səlmasi, Səməd Mənsur Kazımov, Süleyman Sani Axundov, Abdulla Şaiq, İbrahim bəy Musabəyov, Məhəmməd Qarayev kimi ədəbi simaların yaradıcılıqları müstəvisində araşdırıldığı bu əsərin doktorluq işi kimi müdafiəsi Bakı Dövlət Universitetinin akt salonunda olmuşdu. Altı saatdan çox çəkən müdafiə açıq, qızğın müzakirə, mübahisə şəraitində keçir. Görkəmli ədəbiyyatşünas alimlər öz fikirlərini deyir və əsərə yüksək qiymət verirlər. Böyük şairimiz Səməd Vurğun da çıxış edərək bildirir ki, əsəri oxuyub və əsər Elmi şuranın üzvi olsaydı, o da səs verərdi.

Mir Cəlal müəllim vaxtilə bu əsərini nəşr etdirmək fikrində olsa da, sağlığında bunu edə bilməmişdi. Tanınmış ədəbiyyatşünas, professor Təhsin Mütəllimov üstadın 390 səhifəlik “Azərbaycanda ədəbi məktəblər” monoqrafiyasını elmi redaktor kimi nəzərdən keçirmiş və 2004-cü ildə nəşr etdirmişdir. O deyir ki, “əsəri nəşrə hazırlayarkən Mir Cəlal müəllimin xarakteri və diqqəti daim fikrimdə dolanıb, bu səbəbdən də işə zərgər dəqiqliyi ilə yanaşmışam”.

Mir Cəlalın tanınmış tədqiqatçı Firudin Hüseynovla birgə yazdığı “XX əsr Azərbaycan ədəbiyyatı” əsəri 40 ilə yaxındır ki, ali məktəblərin dərs vəsaitidir. Bu dərslikdə XX əsrin böyük ədəbi şəxsiyyətləri, onların yaradıcılığı, ədəbi mühitə gətirdiyi yeniliklər haqqında əhatəli elmi fikirlər əks olunmuşdur. Mir Cəlal böyük şəxsiyyətlərin həyat və yaradıcılqlarını, dövrün ictimai-siyasi, ədəbi-mədəni mühitini öyrənməklə, tədqiq etməklə özü də mənən uca zirvələr fəth etmiş, şəxsiyyət kimi müdrikləşmişdi.

Ədəbiyyatşünas alim kimi Mir Cəlalın nüfuzu bir də o mənada möhtəşəmdir ki, Azərbaycanın istedadlı ədəbiyyatşünas alimlərini (Firudin Hüseynov, Kamal Talıbzadə, Bəxtiyar Vahabzadə, Vaqif Vəliyev, Əziz Mirəhmədov, İnayət Bəktaşi, Abuzər İsmayılov, Qara Namazov, Nəriman Həsənzadə, Cəlal Abdullayev, Yasif Nəsirov, Təhsin Mütəllimov, Asif Hacıyev, Sadıq Şükürov, Xalid Əlimirzəyev, Elçin) elmimizə məhz o, təqdim etmişdir. Elmi rəhbəri kimi Mir Cəlal onların yetişməsində böyük rol oynamışdır. Ümumiyyətlə o, 40-a yaxın dissertasiyanın elmi rəhbəri olmuşdur.

Əməkdar elm xadimi Mir Cəlal XX əsr ədəbiyyat, ədəbiy­yat­şünaslıq tarixində elə bir iz açmışdır ki, bu, XXI əsrin də ədəbi-elmi zirvəsində görünəcəkdir. Müdriklik, saflıq, vicdan, ləyaqət tarix boyu mənəviyyat zirvəsində dayandığı kimi.

Müəllim Mir Cəlal

Mir Cəlal 1928-ci ildə Gəncə Darülmüəllimini bitirdikdən sonra Gədəbəy səkkizillik məktəbində direktor vəzifəsində çalışmışdır. Onun haqqındakı xatirələrdən öyrənirik ki, rayonun Söyüdlü, Axırdam kəndlərində də dərs demişdir. Müəllim kimi ilk dəfə sadə kənd uşaqları ilə işləmək, bəlkə də, onun həyatında böyük izlər qoymuşdur. Yazıçı Nahid Hacızadənin xatirələrində oxuyuruq ki, Mir Cəlal müəllim ömrünün həmin səhifəsini məhəbbətlə anırmış: “Dağ adamları düz olur, halal olur. Mərd-mərdanə camaatı var Gədəbəyin. Orada çox hörmət-izzət görmüşəm. Ömrüm boyu o yerləri, o insanları unutmaram.” Firudin Hüseynov isə yazırdı: “Uşaqlıq illərini keçirdiyi Gəncə, ilk dəfə müəllimlik etdiyi Gədəbəy söhbətinin, sözünün mayası, dilinin əzbəri idi”.

Bir il sonra Mir Cəlal Gəncə şəhərindəki 1 nömrəli məktəbə direktor təyin olunmuşdur. 1932-ci ildə Kazan Universitetini bitirdikdən sonra da pedaqoji fəaliyyətini davam etdirmişdir. Azərbaycan Pedaqoji İnstitutunda və ömrünün axırına qədər Bakı Dövlət Universitetində dərs demişdir. Bakı Dövlət Universitetinin auditoriyalarında əziz tələbələri qarşısında oxuduğu mühazirələr Mir Cəlal müəllimin unudulmaz əsərləri, həyatının isə ən xoş çağları olub. Universitetin Azərbaycan ədəbiyyatı kafedrasının dosenti, 1948-ci ildən ən nüfuzlu, sevimli professorlarından biri idi. 1961-ci ildən Azərbaycan ədəbiyyatı kafedrasının müdiri vəzifəsində çalışmışdır. Hətta dərs demədiyi tələbələrin də xatirində o, olduqca sadə, səmimi, mehriban bir müəllim kimi yaşayır.

Mir Cəlal şəxsiyyəti və tədqiqatlar dünyası

Mir Cəlal müəllim haqqında onlarca, yüzlərlə xatirələr danışılır, yazılır. Onun ədəbi irsi neçə onilliklərdir ki, elmi araşdırmaların mövzusuna çevrilibdir.

Mən Azərbaycan-özbək (cığatay) ədəbiyyatları kontekstində araşdırmalar apararkən 1975-ci ildə yazılmış bir qeydə rast gəldim. Ədəbiyyatşünas, özbəkşünas alim Qulamhüseyn Əliyev yazır ki, “1963-65-ci illərdə Bakı Dövlət Universitetinin filologiya fakültəsinin aspirantı olduğum zaman Azərbaycan ədəbiyyatı tarixi kafedrasında dissertasiya mövzumun təsdiqi haqqında çox mübahisə oldu. Kafedranın müdiri, professor Mir Cəlal Paşayev və professor Pənah Xəlilov israr etdilər ki, Azərbaycan-özbək xalqlarının ta qədimdən başlanıb gələn ədəbi əlaqələr tarixinin tədqiqinə ciddi ehtiyacı var. Bir gün tez, bir gün gec, axır ki, bir nəfər bu işə girişməli, sovet ədəbiyyatşünaslığının ədəbi əlaqələr xəritəsində “işğal edilmiş zonaya” səyahət etməlidir. Mən də razılaşdım”.

Azərbaycan-özbək (cığatay) ədəbiyyatları mövzusunda monoqrafiya üzərində işlərkən bu qeydlər daim fikrimdə dolanıb. İndi böyük ədəbiyyatşünas alimin 100 illiyində həmin işi tamamlayıb təqdim etmək qərarındayam. Bu ağır zəhmətli işimi böyük şəxsiyyət, yazıçı, alim və pedaqoq Mir Cəlalın yubileyinə hədiyyəm hesab edirəm.

Mir Cəlal yaradıcılığı bir çox xalqlar kimi, özbək oxucularına, ədəbiyyatşünaslarına da tanış və doğmadır. Öz­bək ədə­biy­yat­şü­nas­lı­ğın­da, xü­su­sən, Lüt­fi, Nə­vai, Ba­bur, Məş­rəb, Aga­hi ki­mi öz­bək klas­sik­lə­ri­nin yaradı­cı­lı­ğı ilə bağ­lı təd­qi­qat­lar­da klas­sik Şərq po­eti­ka­sı­na aid is­ti­lah­la­rın ön pla­na çə­kil­mə­si, qə­zə­lin po­etik xü­su­siy­yət­lə­ri­nin təh­li­lin­də or­ta əsr Şərq ədə­biy­yat­şü­nas­lı­ğı­na məx­sus bə­dii təs­vir va­si­tə­lə­ri­nə (təş­beh, is­ti­arə, müba­li­ğə, tə­zad və s.) üs­tün­lük ve­ril­mə­si özün­dən son­ra­kı tədqiqatçı­la­ra Maq­sud Şeyxza­də­nin təsiri, Maq­sud Şeyxza­də­nin özü­nə isə pro­fes­sor Mir Cə­lal Pa­şa­ye­vin tə­si­ri ki­mi diq­qə­ti cəlb edir. Be­lə ki, Şərqdə qə­dim­dən xüsu­si po­eti­ka el­mi­nin möv­cud­lu­ğu­na və klas­sik şe­iriy­yə­ti bu el­min prin­sip və qay­da­la­rı ilə təd­qiq et­mə­yin va­cib­li­yi­nə diqqəti ilk də­fə Mir Cə­lal Pa­şa­yev "Fü­zu­li sə­nət­kar­lı­ğı" mo­noq­ra­fi­ya­sın­da yö­nəltmiş, Maq­sud Şeyxza­də isə Əlişir Nə­vai haq­qın­da mə­qa­lə­lə­rin­də, o cüm­lə­dən, "Us­ta­dın icad­xa­na­sın­da", "Qə­zəl mül­kü­nün sul­ta­nı" ad­lı təd­qi­qat­la­rın­da Mir Cə­lal Pa­şa­yev­dən sitatlar, iq­ti­bas­lar gə­ti­rə­rək, bu ye­ni el­mi-nə­zə­ri ya­naş­ma üsu­lu­nu öz­bək ədə­biy­yat­şü­nas­la­rı­nın diq­qə­ti­ni cəlb et­miş­dir. Son­ra­lar Öz­bə­kis­ta­nda “poetik sə­nət­lə­rə” ma­raq bir­dən-bi­rə güc­lə­nib, hət­ta Azər­bay­can­dan fərqli ola­raq, ilk farsdil­li or­ta əsr mən­bə­lə­ri öz­bək­cə­yə tər­cü­mə edilmişdir. Bu sa­hə­də cid­di uğur qa­za­nan öz­bək ədə­biy­yat­şü­nas­la­rı (Ə.Həyitmətov, Ə.Qəyyumov, Y. İshaqov, B.Rəhmanov, Ə.Əbdülqafurov, S.Qəniyeva və başqaları) bu və ya di­gər şə­kil­də Mir Cə­lal Pa­şa­ye­vin “Fü­zu­li sənətkarlığı”n­dan bəh­rə­lən­miş­lər. Belə faktlar xa­lq­la­rı­mız ara­sın­da ədə­bi əla­qələrin və ədə­bi tə­si­rin ye­ni, özü­nə­məx­sus bir tə­za­hür forması­nı üzə çı­xar­ma­ğa im­kan ve­rir. Bu faktlar, ey­ni za­man­da, Mir Cəlal Pa­şa­ye­vin XX əsr Azər­bay­can-öz­bək ədə­bi əla­qə­lə­ri­nin tə­şək­kü­lü və in­ki­şa­fın­da­kı özü­nə­məx­sus ye­ri­ni mü­əy­yən­ləş­di­rir. Bu baxımdan Özbəkistan EA Nəvai adına Dil-Ədəbiyyat İnstitutunun nəzəriyyə şöbəsinin baş elmi işçisi, iki dildə yazıb-yaradan tanınmış şair Akif Azalpın məşhur “Azərbaycan” şeirindən bir bəndi xatırlatmaq yerinə düşər:

... Hər xalçanın ərzi gəzən sədasında

Alqışlayıb sonaların kamalını,

Sən diriltdin Mir Cəlalın nidasında

“İtə atar, yada satmaz!” amalını.

Tüğyanların ümman-ümman, Azərbaycan!

Dünya bir yan, sən bir yansan, Azərbaycan!

1978-ci il sentyabrın 28-də əbədiyyətə qovuşan, böyük şəxsiyyət kimi tarixləşmiş, əziz müəllim, görkəmli yazıçı, istedadlı ədəbiyyatşünas Mir Cəlalın xatirəsi daim qəlblərdə yaşayacaq, ədəbiyyatımızın, ədəbiyyatşünaslığımızın əbədi mövzusu olacaqdır.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Bakıda keçirilən akrobatika və aerobika gimnastikası üzrə Dünya Kubokunun finalçıları bəlli olub

TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır

Şəki-Zaqatala bölgəsi üzrə VI sinif şagirdləri üçün monitorinqdə 7209 məktəbli iştirak edib

Misir Aİ-dən maliyyə və iqtisadi dəstək paketinin icrasının sürətləndirilməsini istəyir

İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib

İsveç nəşrində Azərbaycan səfirinin Şimali Avropa ilə Cənubi Qafqaz arasında ətraf mühit sahəsində əməkdaşlıq barədə məqaləsi dərc olunub

Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB

İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib

Ziyarətçilər ilk dəfə Obamanın Çikaqodakı yeni prezident kitabxanası ilə tanış olublar

Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub

Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib

Bu saata olan əsas xəbərlər

Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər

Qubanın ucqar kəndlərinə dolu yağıb VİDEO

Qubanın ucqar kəndlərinə dolu yağıb VİDEO

Günəş Tegin: Səməd Vurğunun məşhur “Aygün” poeması dərin məzmunu ilə hər zaman diqqətimi cəlb edir

Azərbaycan və Moldova arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq genişləndirilir

XİN-dən son məlumat: Azov dənizində dron hücumları ilə bağlı ölənlərin və yaralananların sayı açıqlandı

Ölkəmizin zəngin mədəni irsi İstanbulda nümayiş etdirilir

Akademik Rasim Əliquliyev: Milli kibertəhlükəsizliyin əsas hədəflərindən biri də insan hüquqlarının təmin olunmasıdır

Kolumbiya Xarici İşlər Nazirliyi seçki prosesinə xarici müdaxilə cəhdlərini rədd edib

Naxçıvanda tələbələr arasında futzal birinciliyinin qalibi müəyyənləşib

Azərbaycan İstanbulda keçirilən Sıfır Tullantı Forumunda geniş təmsil olunur VİDEO

Azərbaycan İstanbulda keçirilən Sıfır Tullantı Forumunda geniş təmsil olunur VİDEO

Faktiki hava: Ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur

May ayında ölkədə maksimal temperatur Kürdəmirdə, minimal temperatur isə Şahdağda qeydə alınıb

Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacları əkilib

XİN: Azov dənizindəki dron hücumunda xəsarət alan Azərbaycan vətəndaşlarına konsulluq dəstəyi göstərilir

Qusarlı oxucular üçün müxtəlif mövzularda və dillərdə kitablar, yeni nəşrlər sərgilənib

MDU-nun rektoru: Yaşıl gələcək dövlət siyasətinin, elm və təhsilin ortaq strateji nəticəsidir

Xaçmazda futbol üzrə regional turnirin qalibləri mükafatlandırılıblar

Nazir: Azərbaycan kənd təsərrüfatı dəyər zənciri boyunca kompleks tədbirlər həyata keçirir

Türkiyənin Qars Barosu və Eskişehir Barosunun nümayəndə heyətləri Azərbaycanda səfərdədir

Türkiyə sərhəd bölmələri termal kameralarla təchiz olunmuş yüzlərlə dronla təchiz edilib

Çinli tələbələr festivalda Azərbaycan mədəniyyətini tanıdıb

Zaqatalalı fermerlər Dövlət Proqramından irəli gələn məsələlərin uğurlu icrasına töhfələrini verəcəklər

Xəzər Süleymanlı: Azərbaycan poeziyasına həsr olunan tədbirlərin keçirilməsi sevindirici haldır

Türkiyə şəhərsalma layihəsi üçün 191,5 milyon avro cəlb edib

Gəncədə Azərbaycan–Aİ əməkdaşlığının 30 illiyi qeyd olunur

Sabah Ermənistanda parlament seçkiləri keçiriləcək

Ukrayna dronları Rusiya Hərbi Dəniz Qüvvələrinin bazasına zərbə endirib

Avstriya-Azərbaycan Ticarət Palatasının prezidenti təltif olunub

Azərbaycan və Türkmənistan arasında mədəni platformalar çərçivəsində əməkdaşlığın inkişafı müzakirə edilib

Aİ komissarı üzv ölkələri sərhəd nəzarətini mərhələli şəkildə ləğv etməyə çağırıb

Cəlilabadda 18 kiloqram narkotik aşkarlanıb VİDEO

Cəlilabadda 18 kiloqram narkotik aşkarlanıb VİDEO

Əməkdar artist: Səməd Vurğunun zəngin ədəbi irsi yaşadıqca, adı da daim yaşayacaq

"Şamaxı" legioner futbolçu ilə vidalaşıb

Naxçıvanda Vl siniflər üzrə monitorinqdə 5 minə yaxın şagird iştirak edib FOTOLAR

Macarıstanda aztəminatlı ailələrdən tamamlanmamış layihələrə görə milyonlarla forint geri tələb oluna bilər

Vüqar Hacıyev: Yaradıcılıq gecəsində Vaqif obrazını canlandırmaq mənə xüsusi fəxr hissi yaşatdı

Küveyt Beynəlxalq Hava Limanı müvəqqəti məhdudiyyətdən sonra uçuşları bərpa edib

PUA hücumu nəticəsində Livan generalı ölüb

İcraçı vitse-prezident: Xəzər dənizinin ətrafında avtomobillərin festivalı maraqla qarşılanıb

Naxçıvanda taxıl biçininə başlanılıb VİDEO

Naxçıvanda taxıl biçininə başlanılıb VİDEO

“Kibertəhlükəsizlik və rəqəmsal kriminalistikanın aktual problemləri” - KONFRANS

Sabahın hava proqnozu açıqlanıb

Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib

Binədə mağazada yanğın baş verib VİDEO

Binədə mağazada yanğın baş verib VİDEO

Qardabanidə məktəbliləri aparan mikroavtobus qəzaya uğrayıb

ABŞ Məzunları Sərgisində 45-dən çox ABŞ universiteti və təhsil təşkilatları təmsil olunub

Prezident Sərdar Berdiməhəmmədov Türkmənistanın qardaş Azərbaycanla əməkdaşlığın inkişafına sadiq qaldığını bildirib

Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı keçirilir VİDEO

Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı keçirilir VİDEO

Azərbaycan Qazaxıstanda keçirilən “AI Leaders 2026” proqramında iştirak edib

Qobustanda əmək yarmarkası: yeni vakansiyalar açıqlandı

QHT-lərə Dövlət Dəstəyi Agentliyi İstanbulda Sıfır Tullantı Festivalında təmsil olunur

Nazir rəqəmsal texnologiyalar sahəsi üzrə Dövlət Proqramının məzunları ilə görüşüb

Bu saata olan əsas xəbərlər

Vəkillər Kollegiyasının Rəyasət Heyəti bir sıra qərarlar qəbul edib

Naxçıvanda iyun ayının pensiyaları ödənilib

Azərbaycan Mədəniyyəti Günləri: Aşqabadda qala-konsert təşkil edilib

Türkmənistanda Müstəqillik Günü və Azərbaycanın Mədəniyyət Günləri qeyd olunub

İsveçin Kralı Əlahəzrət XVI Karl Qustava

® Mərkəzi Gömrük Hospitalında “Səhiyyədə Peşəkar Davranış: Tibbi etika, deontologiya və effektiv komanda əməkdaşlığı” mövzusunda seminar keçirilib

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb

Aşqabadda Səməd Vurğun sorağı

Ölkədə qabaqcıl su idarəetmə və su ölçmə texnologiyası ilk dəfə Ağstafada istifadəyə verilib

Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıb

Aşqabadda Əcəmi Naxçıvaninin 900 illiyi qeyd olunub

Azərbaycan nefti 99 dollara satılır

Göyçayda taxıl biçininə başlanılıb VİDEO

Göyçayda taxıl biçininə başlanılıb VİDEO

“Politico”: NATO Ukraynaya 70 milyard avroluq yeni hərbi yardımı müzakirə edir

Oğuzda fermer və sahibkarlarla müzakirələr aparılıb, təkliflər dinlənilib

Şəkidən Karaqandaya: diplomatiya yolunu seçən azərbaycanlı tələbənin hekayəsi

“Axios”: Vitkoff və Kuşner nüvə mütəxəssisləri ilə görüşüblər

İran ABŞ-nin Yaxın Şərqdəki hərbi bazalarına zərbələr endirib

NYT: ABŞ mayda Hörmüz boğazından 100-dən çox gəminin keçidinə yardım edib

Kuril adaları yaxınlığında 5 bal gücündə zəlzələ baş verib

ABŞ Prezidenti: İran raket arsenalının 21-22 faizini qoruyub saxlayır

Tədqiqat: Manqrov meşələri bərpa olunur

Türkiyənin Rəqabət Şurası “Meta” şirkəti ilə bağlı araşdırmaya başlayıb

Tramp: İran məsələsini çox tez bir zamanda həll etməliyik

ABŞ qüvvələri İranın Goruk və Qeşm adasındakı radar məntəqələrinə zərbələr endirib

İsveçdə seçkilər ərəfəsində miqrasiya mövzusu yenidən ön plana çıxır

Pentaqon: Avropa təhlükəsizliyi üçün daha çox məsuliyyət daşımalıdır

HƏMAS nümayəndə heyəti Qəzza ilə bağlı danışıqlar üçün Misirə gəlib

Almaniya və Fransa liderləri Avropa İttifaqının tezliklə genişləndirilməsinin tərəfdarıdırlar

ABŞ İran futbolçularına Dünya Kuboku üçün viza verib

Türkmənistanda “Azərbaycan milli irsinin inciləri” adlı sərginin açılışı olub

Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub

Qəbələdə fermerlər və kənd təsərrüfatı məhsulları istehsalçıları ilə görüş olub

Qara dənizdə Türkiyə bayrağı altında üzən balıqçı gəmisinə hücum olub: 1 ölü, 4 yaralı