Azərbaycan Dövlət İnformasiya Agentliyi

Molla Vəli Vidadi ilə Molla Pənah Vaqif arasındakı dostluq...

Molla Vəli Vidadi ilə Molla Pənah Vaqif arasındakı dostluq...

Bakı, 1 dekabr, AZƏRTAC

Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Prezidentinin müvafiq Sərəncamı görkəmli şairin həyat və yaradıcılığının yenidən tədqiqinə, öyrənilməsinə və əsərlərinin çapına böyük töhfə oldu. Sərəncama uyğun olaraq hazırlanan tədbirlər planına əsasən öz ənənələri ilə seçilən ədəbi məktəb yaratmış ölməz ədibin xatirəsi ölkəmizdə silsilə tədbirlərlə yad olunmaqdadır. Bu istiqamətdə görkəmli alimlərimizin, ədəbiyyatşünas tədqiqatçıların da Vaqif irsinə verdikləri töhfələr yetərincədir. Onlar da Vaqif irsinin azərbaycançılıq məfkurəsi işığında daha dərindən araşdırılıb öyrənilməsi istiqamətində elmi axtarışlarını davam etdirirlər. Belə alimlərimizdən biri də filologiya üzrə elmlər doktoru, Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru Buludxan Xəlilovdur. AZƏRTAC alimin bu mövzuda növbəti yazısını təqdim edir.

Təsadüfi deyil ki, Molla Pənah Vaqifin şər qüvvələrdən qorunmasında Molla Vəli Vidadi də əlindən gələni əsirgəmir. Xalq Şairi Səməd Vurğunun “Vaqif” dramında da bu məsələ özünü qabarıq şəkildə göstərir. Əsərdəki bəzi parçalara diqqət yetirək:

Vaqif

Bu da haqqı-salam, bu da duz-çörək...

Dünyada dərd varmı mənim dərdim tək?

Bu xan bir ilanmış, saray yuvası,

Zəhrimar qoxuyur onun havası.

Vidadi

Vaqif, sabah məni yola sal gedim,

Torpaq evciyimi ziyarət edim.

Ordadır dünyanın zövqü, ləzzəti.

Sən də öz boynundan at bu minnəti,

Kəndimizə qayıt!

Vaqif

Yox, qayıtmaram.

İş ki belə düşdü, meydanda varam!

Vidadi

Əl çək bu tərslikdən, qulaq as mana!

Vaqif

Ölsəm də, ölməyim xoşdur mərdana!

Vidadi

Sən öz dediyindən dönməyəcəksən,

Səni yalnız qoyub gedəmmərəm mən.

Vidadi şair dostunu Qacarın cəzasından qurtarmaq üçün onun hüzuruna gəlir, ona təzim edir və deyir:

Şairdir... qəlbi var, şirin sözü var,

Böyük bir ölkənin onda gözü var,

O ölsə... dağlar da dil deyib ağlar,

Əfv edin... yaxşılıq qalır yadigar.

Bir məsələni də qeyd etmək yerinə düşər. Bu da odur ki, Vaqifi həm xalq, həm də Vidadi yaxşı başa düşür. Hər iki şair arasındakı anlaşma o qədər güclüdür ki, onlar bir-birinin sözündən heç vaxt incimir, birisi xalqın içində, digəri sarayda olsa da, hər ikisi xalqa bağlıdır, xalqla nəfəs alır. Hətta Vidadinin “Di gəl, durnalara bir şeir deyək” söyləməsi, saz çalması, deyişməsi Vaqifə olan ərkidir. Həm də onların bir-birini duymaları və başa düşmələridir. Xalqın, el-obanın, yurdun problemlərini onlar qədər bilən, duyan yoxdur. Odur ki, durnalara şeir demək, bu mövzuda deyişmək simvolik bir mahiyyət daşıyır. Burada xalqın, el-obanın, yurdun dərdi simvollaşır. Əsərdən bir parça:

Vidadi

Qatar-qatar olub qalxıb havaya,

Nə çıxıbsız asimanə, durnalar?

Qərib-qərib, qəmgin-qəmgin ötürsüz,

Üz tutubsuz nə məkanə, durnalar?

Vaqif

Bir zaman havada qanad saxlayın,

Sözüm vardır mənim sizə, durnalar!

Qatarlaşıb nə diyardan gəlirsiz?

Bir xəbər versəniz bizə, durnalar!

Vidadi

Bir baş çəkin dərdi-məndin halına,

Ərzə yazsın, qələm alsın əlinə,

Vidadi xəstədən Bağdad elinə

Siz yetirin bir nişanə, durnalar!

Vaqif

Nazənin-nazənin edərsiz avaz,

Ürək təzələnər, edər sərəfraz,

Vaqifin də könlü çox edər pərvaz,

Hərdəm sizin ilə gəzə, durnalar!

Molla Pənah Vaqifin hadisələrə münasibətində onun xarakterindəki özünəməxsusluğun bir neçə məqamını da xatırlamaq yerinə düşər. O, dünyadan hər an zövq almağa hazırdır. Hər günün ömürdən getdiyinin fərqinə varır, hətta cənnəti də, cəhənnəmi də bu dünyada axtarır. Bütün cənnətləri bu dünyanın özündə insanların quracağına inanır. Vaqif hər dərdi, bəlanı, qəmi özündən uzaqda tutur, dərdin, ələmin əlacını gözəllərdə axtarır, gözəlləri özünün Məkkəsi, Mədinəsi sayır. Bu xüsusiyyətlər onun özünəməxsusluğunun bir tərəfidir. Şairin özünəməxsusluğunun ikinci bir tərəfi Şuşa qalasında səhər vaxtı, günəş yenicə çıxan zaman divara yazdığı şeiri Əli bəyə oxuduqda fərqli bir Vaqifə çevrilməsidir. Fərqli Vaqif yazdığı şeirdə deyir:

Mən cahan mülkündə mütləq doğru halət görmədim,

Hər nə gördüm əyri gördüm, özgə babət görmədim.

Aşinalar ixtilatında sədaqət görmədim,

Beyəti-iqrari-imani-dəyanət görmədim.

Molla Pənah Vaqifin bu cür dəyişməsi real həyatın dəyişməsidir, yoxsa onun özünün dəyişməsidir? Bu, Vaqifin özünə tarixin gözü ilə baxmaq üçün Səməd Vurğunun yaratdığı bədii bir priyomdur. Həmin bədii priyom imkan verir ki, M.P.Vaqif bütün tarixi dövrlərdə yaşaya bilsin. Odur ki, Vaqifə tarixin hansı gözü ilə baxılsa, o, şair və ictimai-siyasi xadim kimi müdrik, cəsarətli, qeyri-adi görünür. Bu cür görünüşü Molla Vəli Vidadidə də müşahidə etmək olur. Onun xarakterindəki özünəməxsusluğun göstəricisi odur ki, o, Cavad xanın sarayına getmir, sarayda yaşamağı qəbul etmir, kasıb və azad yaşamağı hər şeydən üstün tutur. Vaqifdən fərqli olaraq dünyanın etibarına və varına inanmayandır. Bu dünyanın möhnəti içərisində axirət dünyasına inanandır. Vidadi dünyanın dərdini, qəmini çəkəndir. Namaz qılarkən titrək bir səslə namazın arasında əllərini göyə qaldırıb aşağıdakı şeiri söyləyən şairdir:

Xudaya! İnsanın halı yamandır,

Nələr çəkdiyimiz sənə əyandır,

Mənası varmıdır min təriqətin?

Aç... aç qapısını sən həqiqətin.

Nə olur, bir yeni işıq ver bizə,

Bizim kor yaranmış gözlərimizə -

Bəlkə də yaxşını seçək yamandan,

Ta ki, qansız keçən bir güzərandan

Biz də ilham alaq, sevinək barı!

İşıqlat bu dibsiz qaranlıqları...

Yazıqdır dünyanın əşrəfi insan,

Böyüksən, aqilsən, keç günahından!

Qoyma ki, yerlərdə sürünsün bəşər,

Dünyada qalmasın nə pislik, nə şər.

Yaxşılıq insana bir sənət olsun,

Dünya başdan-başa bir cənnət olsun...

Ancaq bununla belə, göylərin dərinliyinə əl qaldıraraq:

“Tfu, sənin taxtına, ey çərxi-fələk!

Daşdan yaranmamış, ətdəndir ürək!..”

deyir. Yenə də onun təzadlı mövqeyinə tarixin gözü ilə baxdıqda o, insanların, oxucuların gözündə ucalır. Eyni zamanda, Səməd Vurğunun real həyat hadisələrinə münasibətdə seçdiyi ədəbi priyom Vidadini xarakterizə edə bilir.

Yeri gəlmişkən hər iki şair arasındakı dostluğun bəzi məqamlarına toxunmaq yerinə düşər. Əvvəla onların dostluğu o deməkdir ki, onların hər ikisi öz dövründə məşhur olmuş, bu məşhurluq sayəsində bir-birinə rəğbət bəsləmişlər. Nəticədə onlar dost, ən yaxın həmdəm olmuşdur. Bir-birinə ərk etməyi, söz deməyi, şeir söyləməyi, deyişməyi bacarıblar. Onlar bunu bir tərəfdən istedadları ilə, digər tərəfdən yaşadıqları dövrün nüfuz sahibi olmaqla yerinə yetiriblər. Vaqifin Vidadi ilə deyişməsində hər iki şairin sərbəstliyini, cəsarətini, reallığa münasibətlərini açıq şəkildə müşahidə etmək olur. Məsələn:

Vaqif

Ey Vidadi, sənin bu puç dünyada

Nə dərdin var ki, zar-zar ağlarsan?

Ağlamalı günün axirətdədir,

Hələ indi səndə nə var, ağlarsan?

Vidadi

Vaqif, nə çox yan, baş-ayaq atarsan,

Mənə dersən, nə bu qədər ağlarsan?

Sənin də başında məhəbbət beyni

Əgər olsa, eylər əsər, ağlarsan!

Vaqif

Toy-bayramdır bu dünyanın əzabı

Əqli olan ona gətirər tabı,

Sənin tək oğlana deyil hesabı,

Hər şeydən eyləyib qubar ağlarsan!

Vidadi

Oğlan, sən uşaqsan, cavansan hələ,

Yenicə cisminə düşüb vəlvələ,

Təzəcə dəyənək alıbsan ələ,

Qaim tut ki, nagah düşər, ağlarsan.

Molla Pənah Vaqiflə Molla Vəli Vidadinin bir-birinə bağlılığı, etibarı, sədaqəti güclü olmuşdur. Bunun sayəsində onlar bir-birinə müraciətlə şeirlər yazmış, birisinin yazdığı şeirə o birisi şeirlə cavab vermişdir. Məsələn, Molla Pənah Vaqif “Durnalar” rədifli şeirini:

Bir zaman havada qanad saxlayın,

Sözüm vardır mənim sizə, durnalar!

Qatarlaşıb nə diyardan gəlirsiz?

Bir xəbər versəniz bizə, durnalar!

Molla Vəli Vidadinin aşağıdakı qoşmasına cavab yazmışdır:

Qatar-qatar olub qalxıb havaya,

Nə çıxıbsız asimana, durnalar?

Qərib-qərib, qəmgin-qəmgin ötərsiz,

Üz tutubsuz nə məkana, durnalar!

Molla Vəli Vidadi ilə Molla Pənah Vaqifin bir-birinə cavab yazmaları XIX əsrin məşhur şairi Qasım bəy Zakirə də təsir etmişdir. Qasım bəy Zakir Bakıda sürgündə olduğu zaman Molla Vəli Vidadiyə və Molla Pənah Vaqifə cavab olaraq durnalar mövzusunda şeir yazmışdır. Bu da daha bir üçlüyün (Molla Vəli Vidadi, Molla Pənah Vaqif, Qasım bəy Zakir) ədəbiyyat tariximizdəki xidmətlərini xarakterizə etməkdə az rol oynamır.

Molla Vəli Vidadi ilə Molla Pənah Vaqif arasında olan dostluğu təsdiq edən faktlardan biri də odur ki, 1797-ci ildə Ağa Məhəmməd şah Qacar öldürüldükdən sonra Molla Pənah Vaqif “Ey Vidadi, gərdişi-dövrani-kəcrəftarə bax” şeirini yazıb Vidadiyə göndərmişdir. Bu şeirdə Molla Pənah Vaqif dostu Molla Vəli Vidadini zəmanədə baş verən hadisələrdən ibrət dərsi almağa çağırır.

Ey Vidadi, gərdişi-devrani-kəcrəftarə bax!

Ruzigarə qıl tamaşa, karə bax, kirdarə bax!

Əhli-zülmü necə bərbad eylədi bir ləhzədə,

Hökmü adil padşahi-qadirü qəhharə bax!

Sübh söndü şəb ki, xəlqə qiblə idi bir çırağ,

Gecəki iqbalı gör, gündüzdəki idbarə bax!

Taci-zərdən ta ki, ayrıldı dimaği-pürqürur,

Peyimal oldu təpiklərdə səri-sərdarə bax!

Mən fəqirə əmr qalmışdı siyasət etməyə,

Saxlayan məzlumu zalimdən o dəm qəffarə bax!

Qurtaran əndiqədən ahəngəri-biçarəni,

Şah üçün ol midbəri təbdil olan mişmarə bax!

İbrət et, Ağa Məhəmməd xandan, ey kəmtər gəda,

Ta həyatın var ikən nə şahə, nə xunxarə bax!

Baş götür bu əhli-dünyadan ayaq tutduqca qaç,

Nə qıza, nə oğula, nə dusta, nə yarə bax!

Vaqifa, göz yum, cahanın baxma xubü ziştinə,

Üz çevir ali-əbayə, Əhmədi-Muxtarə bax!

Azərbaycan ədəbiyyatı tarixində Molla Pənah Vaqifi Molla Vəli Vidadisiz və Molla Vəli Vidadini Molla Pənah Vaqifsiz təsəvvür etmək mümkün deyildir. Bu mənada “Vaqif böyüklüyü bir müstəvidə Vidadi özünəməxsusluğu, bədii estetik düşüncənin sxemləri daxilində açılır, eləcə də əksinə Vidadinin sənətkarlığı, onun həyat fəlsəfəsi Vaqiflə müqayisəsiz birtərəflidir. Bütün deyilənlərə, fərqli baxışlara baxmayaraq, bu, belədir və sırf reallıqdır” fikri yerinə düşür.

Molla Pənah Vaqiflə Molla Vəli Vidadi arasındakı dostluğu yüksək səviyyədə təqdim edən mənbələrdən biri Yusif Vəzir Çəmənzəminlinin “İki od arasında” əsəridir. Əsərdə qeyd olunur ki, Molla Pənah Vaqif yemək süfrəsi arxasında “Mənim qazaxlılarım da köçüb, gəlirlər, - dedi. - Əhməd ağa min beş yüz ailə ilə tərpənib, gəlmək istəyir”. Onun dediklərini Ömər xan təsdiq edir. Deyir ki, Qazax, Şəmşəddin İraklinin sağ əlidir. Onlar köçüb getsə, İraklinin qoşunu olmayacaqdır. Ömər xan onu da deyir ki, qazaxlılar çox igid tayfadır, onlar oddur. Söhbətin bu yerində Molla Pənah Vaqifə xəbər verirlər ki, şair Molla Vəli Vidadi gəlibdir. Əsərdən oxuyuruq: “Vaqif xandan izin alıb, tələsik evə gəldi. Dostu Vidadinin pəncərənin içində oğlu Qasım ağa ilə söhbətdə gördükdə, onu ayağa qalxmağa qoymayıb, özü irəlilədi, öpüşüb-görüşdülər.

Vaqif soruşdu:

- Hələ de görüm, toxsan, acsan?

Vidadi mütəvazi bir halda:

- İltifatın artıq olsun, xörək verdilər, yedim, - dedi. Vaqif oğlu Qasım ağaya yönələrək:

- Bizə qəhvə bişirt! - dedi. - Sonra Vidadi ilə qarşı-qarşıya oturub, çoxdan bəri həsrətində olduğu dostu ilə şirin söhbətə başladı”. Vaqiflə Vidadinin öpüşüb-görüşməsi, Vaqifin “Hələ de görüm, toxsan, acsan?” söyləməsi, qarşı-qarşıya oturub söhbət etmələri - bunların hamısı səmimi dostluqdan, yaxın münasibətdən, bir-birinə olan inamdan irəli gəlir. “İki od arasında” əsəri vasitəsilə Vidadinin necə bir insan olması, Qazaxdan Qarabağa köçməsi haqqında da məlumat əldə edirik. Bu barədə oxuyuruq: “Vidadi ortaboylu, çalsaqqal, arıqvücudlu və nurani sifət bir kişi idi: çox dindar və dünyadan əl üzmüş bir adam idi. Yeddi-səkkiz yaş Vaqifdən böyük, təbiətcə şən və nəşəli Vaqifin əksi olmağına baxmayaraq, aralarında bir dostluq var idi. Daim bir-birilə yazışar və biri digərinə öz şeirini göndərərdi.

Vaqif dərin bir sevgi saçan gözləri ilə dostunu oxşayaraq:

- Yaxşı, - dedi, - nə əcəb? Bilərsən ki, səni çoxdan gözləyirdim.

Vidadi əllərini ovxalayaraq:

- Köçdüm, mən də köçdüm, - dedi. - Qazaxda yaşamaq çətin olub, dedim, gedim bir Qarabağa bələd olum, sonra, mümkün olsa, arvad-uşağı da yığışdırım.

- Yaxşı eləmisən, mənim kimi əvvəl Cavanşir, sonra da “qızılbaş” olarsan! Ha-ha-ha!..

Vaqif şaqqıldayıb, istehza ilə güldü.

Vidadi yumşaq gülümsəmə ilə dostunu süzüb:

- Pənah, - dedi, - neçə vaxtdır, səni görmürəm: nə qocalmısan, nə nəşədən düşmüsən”.

Vaqifin nikbinliyi, Vidadinin bədbinliyi, bu dünyanın gəliş-gedişi barədə əsərdən oxuyuruq: “Vaqif təkidlə:

- Ay Molla Vəli, - dedi, - bu, insanın özündən asılıdır: insan gərək üzdən getsin, çox dərinə əl aparmasın. İnsana bir yaşayış bağışlanmışdır, doyunca yaşamaq lazımdır. “Öl!” - deyəndə də öləcəyik. Amma bu dur dünyanı gərək elə keçirəsən ki, öləndə arxaya baxıb həsrət çəkməyəsən! Hikmət bundadır.

Vidadi bu fikrə qane olmurdu:

- Bu sən deyənlər insanın özündən asılı olmasa?

- Necə yəni olmasa? İnsan faili - muxtardır. Hər şeyi özünə tabe etməlidir.

Vidadi Vaqiflə heç razılaşmayaraq dedi:

- Ölkədəki bu davaları, nahaq qanları, başkəsmə, gözçıxarmaları görüb də, rahat olmaq olarmı?” Deməli, M.V.Vidadidən fərqli olaraq M.P.Vaqif ömrün nəşəsindən sevinən, əzabını toy-bayram sanan, hər şeydən ləzzət almağı bacaran bir şairdir. M.P.Vaqifin diplomat olması, siyası dünyagörüşü, müxtəlif təbəqənin nümayəndələri ilə olan əlaqəsi imkan verir ki, o, M.V.Vidadidən fərqli olaraq pis, yaxşı gördüklərinin hər birində sabahkı günün xoş müjdəli işartılarını axtarsın. Belə olmasa, o, şair kimi nikbin ruhlu şeirlər yaza bilməz, diplomat, siyasət adamı kimi fəaliyyət göstərməyi bacarmazdı. Axı, Vidadidən fərqli olaraq ona ümid, inam bəsləyənlər, etibar göstərənlər tək saray əhli deyil, həm də bütövlükdə Qarabağ və digər xanlıqların əhlidir.

Y.V.Çəmənzəminli Vaqif və Vidadi obrazını hər birinin özünəməxsusluğunu nəzərə alaraq yaradıb. Bu baxımdan da Y.V.Çəmənzəminlinin “İki od arasında” əsəri mənbədir. Həm də hər bir kəsin oxuyub anlaya biləcəyi mənbədir. Bu mənbədən həm ədəbiyyatşünaslar, həm də oxucular istifadə etməklə Vaqif və Vidadi obrazının özünəməxsusluqları barədə geniş məlumat əldə edə bilərlər. Əsərdəki çoxlu sayda bədii detallardan bəzilərinə müraciət edək: Vidadi deyir:

- A Pənah, insan yanı axırda ölməyəcək? Bu beş gün dünyanın cahu-cəlalı üçün bu qədər başağrısı çəkməyə dəyərmi? Şah da, gəda da ölüb, torpağa qoyulacaq. Axırı ki, ölümdür, bu fani dünyanı zöhd və təqva ilə keçirmək daha yaxşı olmazdımı?

Vaqif dostunun bu tərk-dünyalığına cavab olaraq gülümsədi, Vidadi məsələni anlayıb, cəld:

- Bilmirəm, - dedi, - zöhd və təqva işinə gəlmir. Bir az da qocalarsan, ölüm qorxusu canına çökər, onda məsələnə Vaqif olarsan. Hələ Vaqif deyilsən, fəna dünyaya bel bağlayan Pənah oğlansan.

Vaqif güldü:

- Ay molla Vəli, - dedi, - axı ölümü də Tanrı yaradıb, eşqi də, nəşəni də, gözəli də. Tanrı axirətdə mənə deməzmi, “Ay yassar, sənə ürək verdim - sevmədin, dodaq verdim - öpmədin, göz verdim - o yaşılbaş sonalara doyunca tamaşa etmədin?” Onda mən Tanrıya nə cavab verərəm?

Vidadi güldü:

- Vallah, Pənah, toy-bayramsan! - dedi. - Sənnən danışanda adamın ürəyi açılır”. Bu bədii detaldan Vaqifin nikbinliyini, Vidadinin bədbinliyini aydın şəkildə görürük və hər iki sənətkarın özünəməxsus keyfiyyətləri barədə dürüst məlumat əldə edirik.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Bakıda keçirilən akrobatika və aerobika gimnastikası üzrə Dünya Kubokunun finalçıları bəlli olub

TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır

Şəki-Zaqatala bölgəsi üzrə VI sinif şagirdləri üçün monitorinqdə 7209 məktəbli iştirak edib

Misir Aİ-dən maliyyə və iqtisadi dəstək paketinin icrasının sürətləndirilməsini istəyir

İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib

İsveç nəşrində Azərbaycan səfirinin Şimali Avropa ilə Cənubi Qafqaz arasında ətraf mühit sahəsində əməkdaşlıq barədə məqaləsi dərc olunub

Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB

İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib

Ziyarətçilər ilk dəfə Obamanın Çikaqodakı yeni prezident kitabxanası ilə tanış olublar

Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub

Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib

Bu saata olan əsas xəbərlər

Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər

Qubanın ucqar kəndlərinə dolu yağıb VİDEO

Qubanın ucqar kəndlərinə dolu yağıb VİDEO

Günəş Tegin: Səməd Vurğunun məşhur “Aygün” poeması dərin məzmunu ilə hər zaman diqqətimi cəlb edir

Azərbaycan və Moldova arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq genişləndirilir

XİN-dən son məlumat: Azov dənizində dron hücumları ilə bağlı ölənlərin və yaralananların sayı açıqlandı

Ölkəmizin zəngin mədəni irsi İstanbulda nümayiş etdirilir

Akademik Rasim Əliquliyev: Milli kibertəhlükəsizliyin əsas hədəflərindən biri də insan hüquqlarının təmin olunmasıdır

Kolumbiya Xarici İşlər Nazirliyi seçki prosesinə xarici müdaxilə cəhdlərini rədd edib

Naxçıvanda tələbələr arasında futzal birinciliyinin qalibi müəyyənləşib

Azərbaycan İstanbulda keçirilən Sıfır Tullantı Forumunda geniş təmsil olunur VİDEO

Azərbaycan İstanbulda keçirilən Sıfır Tullantı Forumunda geniş təmsil olunur VİDEO

Faktiki hava: Ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur

May ayında ölkədə maksimal temperatur Kürdəmirdə, minimal temperatur isə Şahdağda qeydə alınıb

Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacları əkilib

XİN: Azov dənizindəki dron hücumunda xəsarət alan Azərbaycan vətəndaşlarına konsulluq dəstəyi göstərilir

Qusarlı oxucular üçün müxtəlif mövzularda və dillərdə kitablar, yeni nəşrlər sərgilənib

MDU-nun rektoru: Yaşıl gələcək dövlət siyasətinin, elm və təhsilin ortaq strateji nəticəsidir

Xaçmazda futbol üzrə regional turnirin qalibləri mükafatlandırılıblar

Nazir: Azərbaycan kənd təsərrüfatı dəyər zənciri boyunca kompleks tədbirlər həyata keçirir

Türkiyənin Qars Barosu və Eskişehir Barosunun nümayəndə heyətləri Azərbaycanda səfərdədir

Türkiyə sərhəd bölmələri termal kameralarla təchiz olunmuş yüzlərlə dronla təchiz edilib

Çinli tələbələr festivalda Azərbaycan mədəniyyətini tanıdıb

Zaqatalalı fermerlər Dövlət Proqramından irəli gələn məsələlərin uğurlu icrasına töhfələrini verəcəklər

Xəzər Süleymanlı: Azərbaycan poeziyasına həsr olunan tədbirlərin keçirilməsi sevindirici haldır

Türkiyə şəhərsalma layihəsi üçün 191,5 milyon avro cəlb edib

Gəncədə Azərbaycan–Aİ əməkdaşlığının 30 illiyi qeyd olunur

Sabah Ermənistanda parlament seçkiləri keçiriləcək

Ukrayna dronları Rusiya Hərbi Dəniz Qüvvələrinin bazasına zərbə endirib

Avstriya-Azərbaycan Ticarət Palatasının prezidenti təltif olunub

Azərbaycan və Türkmənistan arasında mədəni platformalar çərçivəsində əməkdaşlığın inkişafı müzakirə edilib

Aİ komissarı üzv ölkələri sərhəd nəzarətini mərhələli şəkildə ləğv etməyə çağırıb

Cəlilabadda 18 kiloqram narkotik aşkarlanıb VİDEO

Cəlilabadda 18 kiloqram narkotik aşkarlanıb VİDEO

Əməkdar artist: Səməd Vurğunun zəngin ədəbi irsi yaşadıqca, adı da daim yaşayacaq

"Şamaxı" legioner futbolçu ilə vidalaşıb

Naxçıvanda Vl siniflər üzrə monitorinqdə 5 minə yaxın şagird iştirak edib FOTOLAR

Macarıstanda aztəminatlı ailələrdən tamamlanmamış layihələrə görə milyonlarla forint geri tələb oluna bilər

Vüqar Hacıyev: Yaradıcılıq gecəsində Vaqif obrazını canlandırmaq mənə xüsusi fəxr hissi yaşatdı

Küveyt Beynəlxalq Hava Limanı müvəqqəti məhdudiyyətdən sonra uçuşları bərpa edib

PUA hücumu nəticəsində Livan generalı ölüb

İcraçı vitse-prezident: Xəzər dənizinin ətrafında avtomobillərin festivalı maraqla qarşılanıb

Naxçıvanda taxıl biçininə başlanılıb VİDEO

Naxçıvanda taxıl biçininə başlanılıb VİDEO

“Kibertəhlükəsizlik və rəqəmsal kriminalistikanın aktual problemləri” - KONFRANS

Sabahın hava proqnozu açıqlanıb

Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib

Binədə mağazada yanğın baş verib VİDEO

Binədə mağazada yanğın baş verib VİDEO

Qardabanidə məktəbliləri aparan mikroavtobus qəzaya uğrayıb

ABŞ Məzunları Sərgisində 45-dən çox ABŞ universiteti və təhsil təşkilatları təmsil olunub

Prezident Sərdar Berdiməhəmmədov Türkmənistanın qardaş Azərbaycanla əməkdaşlığın inkişafına sadiq qaldığını bildirib

Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı keçirilir VİDEO

Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı keçirilir VİDEO

Azərbaycan Qazaxıstanda keçirilən “AI Leaders 2026” proqramında iştirak edib

Qobustanda əmək yarmarkası: yeni vakansiyalar açıqlandı

QHT-lərə Dövlət Dəstəyi Agentliyi İstanbulda Sıfır Tullantı Festivalında təmsil olunur

Nazir rəqəmsal texnologiyalar sahəsi üzrə Dövlət Proqramının məzunları ilə görüşüb

Bu saata olan əsas xəbərlər

Vəkillər Kollegiyasının Rəyasət Heyəti bir sıra qərarlar qəbul edib

Naxçıvanda iyun ayının pensiyaları ödənilib

Azərbaycan Mədəniyyəti Günləri: Aşqabadda qala-konsert təşkil edilib

Türkmənistanda Müstəqillik Günü və Azərbaycanın Mədəniyyət Günləri qeyd olunub

İsveçin Kralı Əlahəzrət XVI Karl Qustava

® Mərkəzi Gömrük Hospitalında “Səhiyyədə Peşəkar Davranış: Tibbi etika, deontologiya və effektiv komanda əməkdaşlığı” mövzusunda seminar keçirilib

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb

Aşqabadda Səməd Vurğun sorağı

Ölkədə qabaqcıl su idarəetmə və su ölçmə texnologiyası ilk dəfə Ağstafada istifadəyə verilib

Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıb

Aşqabadda Əcəmi Naxçıvaninin 900 illiyi qeyd olunub

Azərbaycan nefti 99 dollara satılır

Göyçayda taxıl biçininə başlanılıb VİDEO

Göyçayda taxıl biçininə başlanılıb VİDEO

“Politico”: NATO Ukraynaya 70 milyard avroluq yeni hərbi yardımı müzakirə edir

Oğuzda fermer və sahibkarlarla müzakirələr aparılıb, təkliflər dinlənilib

Şəkidən Karaqandaya: diplomatiya yolunu seçən azərbaycanlı tələbənin hekayəsi

“Axios”: Vitkoff və Kuşner nüvə mütəxəssisləri ilə görüşüblər

İran ABŞ-nin Yaxın Şərqdəki hərbi bazalarına zərbələr endirib

NYT: ABŞ mayda Hörmüz boğazından 100-dən çox gəminin keçidinə yardım edib

Kuril adaları yaxınlığında 5 bal gücündə zəlzələ baş verib

ABŞ Prezidenti: İran raket arsenalının 21-22 faizini qoruyub saxlayır

Tədqiqat: Manqrov meşələri bərpa olunur

Türkiyənin Rəqabət Şurası “Meta” şirkəti ilə bağlı araşdırmaya başlayıb

Tramp: İran məsələsini çox tez bir zamanda həll etməliyik

ABŞ qüvvələri İranın Goruk və Qeşm adasındakı radar məntəqələrinə zərbələr endirib

İsveçdə seçkilər ərəfəsində miqrasiya mövzusu yenidən ön plana çıxır

Pentaqon: Avropa təhlükəsizliyi üçün daha çox məsuliyyət daşımalıdır

HƏMAS nümayəndə heyəti Qəzza ilə bağlı danışıqlar üçün Misirə gəlib

Almaniya və Fransa liderləri Avropa İttifaqının tezliklə genişləndirilməsinin tərəfdarıdırlar

ABŞ İran futbolçularına Dünya Kuboku üçün viza verib

Türkmənistanda “Azərbaycan milli irsinin inciləri” adlı sərginin açılışı olub

Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub

Qəbələdə fermerlər və kənd təsərrüfatı məhsulları istehsalçıları ilə görüş olub

Qara dənizdə Türkiyə bayrağı altında üzən balıqçı gəmisinə hücum olub: 1 ölü, 4 yaralı