CƏMİYYƏT
Müdavimlərə cinayət işinin başlanmasının əsas və səbəbləri, müddəti, prosessual qaydası əsaslarına dair məlumatlar verilmişdir
Bakı, 18 may (AZƏRTAC). Daxili İşlər Nazirliyinin Polis Akademiyasının cinayət prosesi kafedrasının dəvəti ilə əyani fakültənin III kurs müdavimləri ilə keçirilən mühazirə dərsində Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin preventiv tədbirlər və təhqiqat şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri Aydın Nəsimiyev iştirak etmişdir.
Akademiyanın mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki,
əvvəlcə kafedranın rəisi, polis polkovniki Səyyad Ağayev “Cinayət işinin başlanması” mövzusunda çıxış edərək mövzunun aktuallığını, nəzəri və təcrübi əhəmiyyətini diqqətə çatdırmışdır.
A.Nəsimiyev müdavimlərə cinayət işinin başlanmasının əsas və səbəbləri, müddəti, prosessual qaydası və cinayət işinin başlanmasının, rədd edilməsinin əsaslarına dair məlumat vermişdir. Həmçinin cinayət-prosessual qanunvericiliyinin tətbiqi zamanı mövzu ilə bağlı yaranan problemli məsələlər və onların həlli yolları müzakirə edilmiş, istintaq təcrübəsindən maraqlı misallar çəkilmişdir.
Sonda müdavimlərin mövzu ilə bağlı çoxsaylı sualları cavablandırılmışdır.
Yekunda müdavimlər bu növ mühazirələrin əhəmiyyətli və səmərəli olmasına dair fikirlərini bildirmişlər.