ELM VƏ TƏHSİL
Müvafiq Anlaşma Memorandumunun layihəsi ilə bağlı müzakirələr aparılıb
Bakı, 17 iyul (AZƏRTAC). Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və “Azərbaycan Polad İstehsalı Kompleksi” QSC arasında əməkdaşlığa dair Anlaşma Memorandumunun layihəsi ilə bağlı müzakirələr aparılıb.
AMEA-nın Elmi İnnovasiyalar Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, müzakirələrdə bu qurumun, Geologiya və Geofizika İnstitutunun alim və mütəxəssisləri, “Azərbaycan Polad İstehsalı Kompleksi” QSC-nin rəhbərləri iştirak ediblər.
Qeyd olunub ki, Anlaşma Memorandumunun məqsədi texniki əməkdaşlığın və innovasiya tədbirlərinin inkişaf etdirilməsi, texniki təlim xidmətlərinin yaradılması üçün səylərin səfərbər edilməsi və s. məsələlərdən ibarətdir.