REGİONLAR
Muxtar respublikada dezinfeksiya tədbirləri davam etdirilir
Naxçıvan, 23 iyun, AZƏRTAC
Muxtar respublikada pandemiyaya qarşı qabaqlayıcı profilaktik tədbirlərə cəlb edilən Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin şəxsi heyəti tərəfindən, ümumilikdə, 45 kilometr və ya 580 min kvadratmetr yol və səkilər dezinfeksiya edilib.
Nazirlikdən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Naxçıvan şəhərinin Azərbaycan məhəlləsi, Həzi Aslanov, Əliqulu Qəmküsar, Zərifə Əliyeva küçələri və ona bitişik döngələri, Babək şəhərinin Şıxmahmud kəndində ictimai iaşə obyektləri, inzibati ərazi dairəliyi üzrə nümayəndəliyi, tibb məntəqəsi, rabitə evi, məscid və mərasim evi dezinfeksiya olunub.
Bundan başqa, Şərur rayonunun Dəmirçi kəndinin əsas yolları, Kəngərli rayonunun Yurdçu və Xok kəndlərinin kənd mərkəzləri və əsas yolları da dezinfeksiya edilib.
Qeyd edək ki, dezinfeksiya işlərinə Nazirliyin 3 yanğınsöndürmə avtomobili, 12 nəfər şəxsi heyəti, həmçinin 2 dezinfeksiya avtomobili cəlb olunub.