SİYASƏT
“Namizədlər üçün yaddaş kitabçası” nəşr edilmişdir
Bakı, 12 noyabr (AZƏRTAC). Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası (MSK) bəzi bələdiyyələrə keçiriləcək təkrar, əlavə və yeni seçkilərlə bağlı seçki subyektlərinin maarifləndirilməsi proqramını davam etdirir. Bu proqram çərçivəsində MSK “Namizədlər üçün yaddaş kitabçası” nəşr etdirmişdir.
MSK-nın mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, nəşrin hazırlanmasında məqsəd bələdiyyə üzvlüyünə iddialı vətəndaşların seçki hüquqlarının reallaşıdırılmasına kömək etməkdir.
Yaddaş kitabçasında bələdiyyə üzvlüyünə namizədliyin irəli sürülməsi, seçici imzalarının toplanması, namizədliyin qeydə alınması qaydaları və seçki sənədlərinin təqdim edilməsi əksini tapmışdır. Nəşrdə, eyni zamanda, namizədlərin hüquq və vəzifələri izah edilmiş, riayət edilməli, həmçinin qanunla qadağan olunan məsələlər barədə ətraflı məlumatlar verilmişdir.
Yaddaş kitabçası Seçki Məcəlləsinin və MSK-nın təsdiq etdiyi normativ xarakterli aktlar əsasında hazırlanmışdır.