NARKOTİK VASİTƏLƏRİN ALIŞI VƏ SATIŞI İLƏ MƏŞĞUL OLANLAR TUTULMUŞLAR
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Bakı Baş Polis İdarəsinin Metropolitendə Polis Şöbəsinin əməkdaşları Sumqayıt şəhər sakini Ramil Əliyevdən 0,233 qram, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş İlham Novruzovdan 0,257 qram heroin aşkar edərək götürmüşlər.
Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları şəhər sakini Sənan Ağayevdən 0,237 qram, Gəncə Şəhər Polis İdarəsinin əməkdaşları şəhər sakini, əvvəllər məhkum olunmuş Rövşən Tağıyevdən 0,16 qram, Lənkəran Şəhər Polis Şöbəsinin əməkdaşları şəhər sakini Oruc Xəlilovdan 0,153 qram, Astara Rayon Polis Şöbəsinin əməkdaşları Maşxan kənd sakini Məhərrəm Məmmədovdan 0,232 qram heroin götürmüşlər. Xanlar rayon sakini Vüqar Məmmədov Qazax rayon sakini Anar Qurbanovdan aldığı 0,311 qram heroini polisə təhvil vermişdir.
Narkotiklərlə Mübarizə Baş İdarəsinin qərb bölgəsi üzrə regional şöbəsi və Qazax Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində A.Qurbanov tutulmuş, ondan 0,318 qram heroin götürülmüşdür. Ağstafa rayon sakini Natiq Sadıqov Qazax rayon sakini Etibar Hacıyevdən aldığı 0,307 qram heroini polisə təhvil vermişdir. Narkotiklərlə Mübarizə Baş İdarəsinin qərb bölgəsi üzrə regional şöbəsi və Qazax Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində E.Hacıyev tutulmuş, ondan 0,929 qram heroin müsadirə edilmişdir.
Bakı Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları keçirdikləri əməliyyat tədbirləri nəticəsində Yeni Ramana qəsəbə sakini, əvvəllər məhkum olunmuş Sirac Əliyevi 1,527 qram heroini satarkən tutmuşlar. Onun üzərinə baxış zamanı əlavə 0,249 qram heroin aşkar edilərək götürülmüşdür.
Quba Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon sakini Qadir Mirzəxanovdan 0,261 qram heroin götürülmüşdür. Narkotik vasitənin ona Bakı şəhər sakini Səadət Nağıyeva tərəfindən satılması müəyyən edilmişdir. S.Nağıyeva saxlanılarkən, ondan 0,246 qram heroin aşkar edilərək götürülmüşdür. S.Nağıyevaya narkotik vasitəni satmış Quba rayon sakini Ceyhun Rəhmanov da polis əməkdaşları tərəfindən tutulmuş, ondan 0,329 qram heroin aşkar edilmişdir.
Faktlarla bağlı cinayət işi açılmışdır, araşdırmalar aparılır.