REGİONLAR
Naxçıvan Güləş Federasiyasının idmançıları uğurlu nəticələr əldə ediblər
Naxçıvan, 3 mart, AZƏRTAC
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Hövsan qəsəbəsində yerləşən İdman Sağlamlıq Mərkəzində usta cüdoçuların arasında keçirilən ölkə çempionatında iştirak edən Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının idmançıları uğurlu nəticələr əldə ediblər.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Cüdo Federasiyasının birgə təşkil etdiyi çempionatda 120-yə yaxın cüdoçu medallar uğrunda mübarizə aparıb. Birincilikdə Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının idmançıları da öz güclərini göstəriblər. Onlardan Məcid Rzayev 30-34 yaş kateqoriyasında -90 kiloqram çəki dərəcəsində gümüş medal qazanıb. Digər idmançı Sarvan Məhərrəmov isə -90 kiloqram çəki dərəcəsində (45-49 yaş kateqoriyası) ölkə birinciliyini bürünc medalla başa vurub.
Qalib idmançılarımız təşkilatçılar tərəfindən mükafatlandırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.06.2024 [18:19]
Xızıda növbəti Aqrar Biznes Festivalı keçirilib
- 28.06.2024 [17:52]
“Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Ağcabədidə vətəndaşlarla görüşüb
- 28.06.2024 [17:42]
Sədərək rayonunda taxıl sahəsi yanıb
- 28.06.2024 [17:27]
Aqrar Sığorta Fondunun sədri Qaxda vətəndaşları qəbul edib
- 28.06.2024 [15:49]