Naxçıvan MR-də sosial sığorta haqları üzrə daxilolmalar 59,9 milyon manat təşkil edib

Bakı, 12 iyun, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasında (MR) cari ilin yanvar-may aylarında məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 59,9 milyon manat təşkil etməklə, ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,3 faiz və ya 6,6 milyon manat artıb.
AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, qeyri-büdcə təşkilatları üzrə daxilolmalar ötən ilin eyni dövrünə nisbətən 19,4 faiz artaraq 16,6 milyon manat təşkil edib.
Yanvar-may aylarında işsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,9 faiz artıb və 1,5 milyon manatdan artıq olub.
2023-cü ilin 5 ayında icbari tibbi sığorta haqları üzrə daxilolmalar 9,3 milyon manat olmaqla, ötən ilin eyni dövrünə nisbətən 11,9 faiz artıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.07.2025 [23:19]
Laçında ceyran balasına süd verərkən görüntülənib
- 11.07.2025 [18:48]
Naxçıvanda “Qərbi Azərbaycan irsi” kitabının I cildinin təqdimatı keçirilib
- 11.07.2025 [17:24]
Komitə sədri Balakəndə vətəndaşların müraciətlərini dinləyib
- 11.07.2025 [17:09]