Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Naxçıvanda sahibkarlarla işgüzar görüş keçirilmişdir

Naxçıvan, 6 mart (AZƏRTAC). Martın 5-də “Duzdağ” otelinin tədbirlər zalında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun muxtar respublikada fəaliyyət göstərən sahibkarlarla işgüzar görüşü olmuşdur.

Ali Məclisin sədri görüşdə çıxış edərək demişdir: Hər bir ölkənin ümumi inkişafında sahibkarlıq mühüm çəkiyə malik olan, iqtisadi tərəqqinin daha sürətli xarakter almasına böyük töhfələr verən, bəzi hallarda isə bu tərəqqinin əsasına çevrilən fəaliyyət sahəsidir. Bu baxımdan bazar iqtisadiyyatı yolu ilə irəliləyən Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında sahibkarlıq fəaliyyətinin inkişafı mühüm əhəmiyyətə malikdir.

Ümummilli liderimiz Heydər Əliyevin “Sahibkarlığın inkişaf etdirilməsi, sərbəst iqtisadiyyata yol verilməsi, bazar iqtisadiyyatının yaradılması bizim strateji yolumuzdur”, - fikrini xatırladan Ali Məclisin sədri demişdir: Bu yol dövlətimizin başçısı İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Sahibkarlığın inkişafı dövlət siyasətinin aparıcı istiqamətlərindən biri kimi daim diqqət mərkəzində saxlanılır, iş adamlarının fəaliyyət dairəsinin genişləndirilməsi, əlverişli biznes və investisiya mühitinin formalaşdırılması istiqamətində ardıcıl addımlar atılır. Naxçıvan Muxtar Respublikasında özəl sektorun inkişafı bu sahə üzrə hər il ümumi daxili məhsul istehsalında dinamik artımla xarakterizə olunur, iqtisadi artımın təmin edilməsində sahibkarların rolu və mövqeyi davamlı şəkildə güclənir. Əgər 1995-ci ildə ümumi daxili məhsul istehsalında özəl bölmə 15 faizlik paya malik idisə, ötən il bu göstərici artaraq 86 faizdən çox olmuşdur.

Qeyd olunmuşdur ki, sahibkarlığın inkişafı sahəsində görülən işlər nəticəsiz qalmamış, yeni istehsal sahələri yaranmış, iş yerlərinin açılması hesabına əhalinin məşğulluq səviyyəsi yüksəlmiş, tələbatın ödənilməsində yerli istehsalın xüsusi çəkisi artmışdır. Həyata keçirilən islahatların nəticəsidir ki, bu gün muxtar respublikada istehlak olunan 93 növdə ərzaq, 166 növdə qeyri-ərzaq məhsullarına olan tələbat tamamilə yerli istehsal hesabına ödənilir.

Ali Məclisin sədri demişdir: Artıq bir neçə ildir ki, muxtar respublikada enerji sektorunda həyata keçirilən tədbirlər yeni istehsal müəssisələrinin yaradılması üçün geniş imkanlar açıb. Bu gün qarşıda duran əsas vəzifələrdən biri ərzaq təhlükəsizliyinin təmin olunmasıdır. Bu məqsədlə muxtar respublikada qəbul olunmuş “2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”, Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı ilə bağlı 2009-2013-cü illəri əhatə edən ikinci Dövlət Proqramı və “2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafına dair Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlərin icrası digər məsələlərlə yanaşı, sahibkarlıq fəaliyyətinin də gücləndirilməsinə hesablanıb. Həyata keçirilən tədbirlər göstərir ki, muxtar respublikada sahibkarlıq mühitinin formalaşması istiqamətində bir sıra nailiyyətlər əldə olunub. Lakin daha yüksək nəticələrə çatmaq üçün istər sahibkarlıq, istərsə də dövlət strukturları qarşısında mühüm vəzifələr durur.

Görüşdə sahibkarlığın inkişafı üçün aidiyyəti təşkilatlara konkret tapşırıqlar verən Ali Məclisin sədri demişdir ki, yerli xammala əsaslanan, əhali tələbatının ödənilməsinə yönəldilmiş yeni istehsal müəssisələrinin yaradılması istiqamətində səylər bundan sonra da davam etdirilməlidir. Bu məqsədlə İqtisadi İnkişaf Nazirliyi tərəfindən, ilk növbədə, daha vacib istehsal sahələri müəyyənləşdirilməli, bu müəssisələrə vəsait qoyuluşları üçün müvafiq addımlar atılmalıdır. Müəyyən olunmuş qaydada istehsal sahələrinin yaradılmasını stimullaşdırmaq məqsədi ilə onlara güzəştli şərtlərlə kreditlərin verilməsi diqqət mərkəzində saxlanmalıdır. Sahibkarlıq subyektləri verilmiş kreditlərdən məqsədyönlü şəkildə istifadə edərək onların vaxtında qaytarılmasını təmin etməlidirlər. Səmərəli fəaliyyət təkcə maliyyə vəsaitinin mövcudluğu ilə məhdudlaşmır. Müvafiq sahədə fəaliyyətlə bağlı vərdişlərin aşılanması, eləcə də iqtisadi risklərdən sığortalanmaq üçün sahibkarlıqla məşğul olanların, fiziki şəxslərin iqtisadi biliklərinin artırılması məqsədi ilə İqtisadi İnkişaf Nazirliyi tərəfindən kurslar və treninqlər təşkil olunmalıdır.

Qeyd olunmuşdur ki, məhsul istehsalında kəmiyyətlə yanaşı, keyfiyyət amilinə xüsusi diqqət yetirilməlidir. Keyfiyyətli məhsul, ilk növbədə, müasir texnoloji avadanlıqdan istifadə və istehsal prosesində texniki standartlara riayət edilməsi nəticəsində mümkündür. Ona görə də Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi müəyyən edilmiş standart və normativlərə sahibkarlıq subyektləri tərəfindən əməl olunmasına nəzarəti gücləndirməli, bazara keyfiyyətsiz məhsul çıxarılmasının qarşısını almalıdır.

Daxili bazarın tələbatının ödənilməsi ilə yanaşı, istehsal olunan məhsulların xarici bazarlarda satışının təşkili də diqqət mərkəzində saxlanmalı, muxtar respublikanın sahibkarlıq subyektlərində ixracyönümlü məhsul istehsalı istiqamətində təsirli tədbirlər görülməlidir. Bu tapşırığın icrası ilə bağlı Ali Məclisin sədri İqtisadi İnkişaf Nazirliyinə tapşırmışdır ki, yerli məhsulların tanıdılması və onların təbliği sahəsində sahibkarlıq subyektlərinə lazımi kömək göstərsin, bu məhsulların muxtar respublika hüdudlarından kənarda satışını təşkil etmək üçün müvafiq marketinq araşdırmaları aparsın. Yeni istehsal müəssisələri yaradılarkən muxtar respublikanın paytaxtı ilə yanaşı, rayon mərkəzlərinin də imkanlarını nəzərdən keçirsin. Nazirlik yerli icra hakimiyyətləri ilə birlikdə hər bir rayonun yerli xammal və əmək ehtiyatlarını, eləcə də məhsul istehsalı üzrə formalaşmış təsərrüfat ənənələrini nəzərə alaraq yeni istehsal sahələrinin yaradılması ilə bağlı müvafiq təkliflər hazırlamalıdır. Özəl sektorun inkişafı və sahibkarlıq subyektlərinə maliyyə dəstəyinin gücləndirilməsi məqsədi ilə bank və kredit təşkilatları tərəfindən verilən kreditlərin coğrafiyası tələbata uyğun genişləndirilməli, onların çoxsahəli və səmərəli olması təmin edilməli, kreditlərin verilməsində daha münasib faiz dərəcələri tətbiq olunmalıdır.

Ali Məclisin sədri demişdir ki, kənd təsərrüfatında sahibkarlığı inkişaf etdirmək və məhsuldarlığı artırmaq üçün bir sıra zəruri tədbirlər həyata keçirilmiş, torpaqlardan səmərəli istifadəni təmin etmək məqsədi ilə əkin atlasları tərtib olunmuşdur. Bu atlaslar yerlərdə arxiv materialına çevrilməməli, Kənd Təsərrüfatı Nazirliyi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və yerli icra hakimiyyətləri ilə birlikdə torpaq və iqlim xüsusiyyətləri nəzərə alınmaqla müxtəlif bitki sortlarının əkilməsi ilə bağlı məhsul istehsalçıları arasında təbliğat və maarifləndirmə işlərini gücləndirməlidir. Əhalinin daha sağlam və keyfiyyətli heyvan mənşəli məhsullarla təmin olunmasını təşkil etmək, eləcə də bu sahədə məhsuldarlığın yüksəldilməsini təmin etmək məqsədi ilə İqtisadi İnkişaf Nazirliyi tərəfindən iri heyvandarlıq və quşçuluq təsərrüfatlarının yaradılması bundan sonra da diqqət mərkəzində saxlanmalıdır. İlin bütün fəsillərində tələbatın yerli məhsullar hesabına ödənilməsini təmin etmək məqsədi ilə mövsüm ərzində istehlakdan artıq istehsal olunmuş meyvə-tərəvəzin soyuducu anbarlara tədarük olunması üçün İqtisadi İnkişaf Nazirliyi və yerli icra hakimiyyətləri səylərini daha da artırmalıdırlar.

Ali Məclisin sədri istehsal olunmuş məhsulların birbaşa istehsalçılar tərəfindən satışının təmin edilməsinin əhəmiyyətini qeyd etmiş, bazarlarda bolluğa və qiymətlərin uyğunluğuna nail olmaq məqsədi ilə İqtisadi İnkişaf Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və yerli icra hakimiyyətlərinə tapşırmışdır ki, cari ildə də müəyyən olunmuş yerlərdə və həftənin müxtəlif günlərində yarmarkaların təşkilini təmin etsinlər. Ali Məclisin sədri daxili bazarda sağlam rəqabət mühitinin qorunması üçün İqtisadi İnkişaf Nazirliyi tərəfindən aidiyyəti orqanlarla birlikdə inhisarçılıq və razılaşdırılmış qiymətlərin tətbiqi kimi neqativ hallara qarşı mübarizə tədbirlərinin gücləndirilməsinin vacibliyini bildirmişdir. Qeyd olunmuşdur ki, daxili bazarın qorunmasında yerli istehsalın təşkili nə qədər vacibdirsə, onun xarici amillərin təsirindən qorunması da bir o qədər vacibdir. Yerli məhsulların eyniadlı keyfiyyətsiz və ucuz xarici malların haqsız rəqabətindən qorunmasına diqqət artırılmalı, Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi mövsümdən asılı olaraq, tələb və təklifi nəzərə almaqla idxal-ixrac əməliyyatlarının tənzimlənməsini diqqət mərkəzində saxlamalıdır. Antiinflyasiya tədbirlərini gücləndirmək məqsədi ilə nağd pul kütləsinin həcmi azaldılmalı, nağdsız əməliyyatlara keçid təmin olunmalıdır. Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsi Vergilər Nazirliyi ilə birlikdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər üçün bank hesablarının açılmasını və onların işlək vəziyyətdə olmasını daim nəzarətdə saxlamalı, sahibkarlıq subyektləri alğı-satqı əməliyyatları zamanı hesablaşmaların daha çox köçürmə yolu ilə aparılmasına diqqəti artırmalıdırlar.

Ali Məclisin sədri qeyd etmişdir ki, muxtar respublikanın sosial-iqtisadi sahədə əldə etdiyi nailiyyətlər, makroiqtisadi və siyasi sabitliyin təmin olunması, qədim tarixi və dini-mədəni abidələrlə zənginlik son illərdə buraya çoxlu sayda turistlərin gəlməsinə səbəb olmuşdur. Bununla əlaqədar ticarət obyektlərində xarici valyutalarla alğı-satqı əməliyyatlarının aparılmasının qarşısını almaq, manatın əsas ödəniş vasitəsi kimi işlənməsini təmin etmək məqsədi ilə Vergilər Nazirliyi Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsi ilə birlikdə təsirli tədbirlər görməlidir. Öz növbəsində sahibkarlarımız da dövlətimizin qüdrətlənməsi və inkişafı naminə səylərini əsirgəməməli, vergidən yayınma hallarına yol verməməlidirlər. Vergilər Nazirliyi Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsi və Sahibkarlar Konfederasiyası ilə birlikdə muxtar respublika ərazisində quraşdırılan POS-terminallardan və nəzarət-kassa aparatlarından istifadənin təmin edilməsi üçün müvafiq tədbirlər görməlidir. Vergi bazasının gücləndirilməsi məqsədi ilə Vergilər Nazirliyi tərəfindən vergilərin vaxtında və tam həcmdə yığılmasına nəzarət artırılmalıdır.

Ali Məclisin sədri demişdir: Sahibkarlığın inkişafına göstərilən diqqət və qayğının nəticəsi olaraq muxtar respublikada hər il onlarla yeni müəssisə istifadəyə verilir, iş yerləri açılır, əhalinin məşğulluğunun təmin olunması istiqamətində tədbirlər görülür. Sahibkarlar da bu qayğıya cavab olaraq fəaliyyətlərində şəffaflığı təmin etməli, işə götürülən işçilərlə əmək müqavilələrinin bağlanmasına, onlara verilən əmək haqlarının reallığı əks etdirməsinə əməl etməlidirlər. Əmək müqavilələri bağlanılarkən muxtar respublika üzrə orta aylıq əmək haqqı mütləq nəzərə alınmalıdır. İşçilərlə işəgötürənlər arasında əmək müqavilələrinin bağlanması əgər bir tərəfdən vergidən yayınma hallarının, gəlirlərin gizlədilməsinin qarşısını alırsa, digər tərəfdən istehsalatda bədbəxt hadisələr zamanı dəyən ziyanın ödənilməsində mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Vergilər Nazirliyi və Dövlət Sosial Müdafiə Fondu ilə birlikdə bütün sahibkarlıq subyektlərində işçilərlə əmək müqavilələrinin bağlanmasını daim nəzarətdə saxlamalıdır.

Özəl təsərrüfat subyektlərində çalışan işçilərin gələcək pensiya təminatını təmin etmək məqsədi ilə Dövlət Sosial Müdafiə Fonduna tapşırılmışdır ki, xüsusi sektorda fəaliyyət göstərən bütün işəgötürənlər tərəfindən işçilərin məcburi dövlət sosial sığortasına cəlb olunmasına, fərdi uçotun təşkilinə və sosial sığorta şəhadətnamələrinin verilməsinə diqqəti artırsın. Qeyd olunmuşdur ki, istehsal müəssisələrində əməyin təşkili və təhlükəsizlik qaydalarına əməl olunması qəza hallarının başvermə ehtimalını azaldır. Ona görə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sahibkarlıq fəaliyyəti ilə məşğul olan istehsal müəssisələrində işçilərin təhlükəsizlik qaydaları ilə tanışlıq vəziyyətinə, iş vaxtı xüsusi qoruyucu vasitələrdən istifadə olunmasına, iş və istirahət rejiminin tətbiqinə ciddi nəzarət etməli, Dövlət Baş Sığorta Agentliyi ilə birlikdə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqavilələrinin bağlanmasını təmin etməlidir.

İqtisadi dövriyyənin sabitliyinin təmin olunması, təsərrüfat fəaliyyətində yaranmış risklərin azaldılması və ya dəymiş ziyanın aradan qaldırılmasında sığortanın mühüm əhəmiyyət daşıdığını bildirən Ali Məclisin sədri demişdir ki, bunu nəzərə alaraq sahibkarlıq subyektləri öz təsərrüfatlarında müxtəlif sığorta növlərinin tətbiqinə maraqlı olmalıdır. Bu məqsədlə Dövlət Baş Sığorta Agentliyi tərəfindən sığortanın, xüsusilə könüllü sığortanın müxtəlif növlərinin mahiyyəti və təbliği ilə bağlı müvafiq tədbirlər həyata keçirilməli, bu məsələdə inzibatçılıq aradan qaldırılmalı, qanunvericiliyin tələblərinə uyğun olaraq, aidiyyəti orqanlarla birlikdə sahibkarlıq subyektlərinə məxsus daşınmaz əmlak və nəqliyyat vasitələrinin icbari sığortaya cəlb olunması təşkil edilməlidir.

Ali Məclisin sədri demişdir: Sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər istifadə etdikləri elektrik enerjisinin, təbii qazın, suyun və digər kommunal xidmət haqlarının vaxtında ödənilməsinə diqqəti artırmalıdırlar. Bu xidmətlərin göstərilməsinə məsul olan aidiyyəti dövlət qurumları isə borc qalığının yaranmaması, həmçinin onlardan qanunauyğun şəkildə istifadə ilə bağlı müvafiq tədbirlər görməlidirlər.

“Muxtar respublikada həyata keçirilən iqtisadi islahatların əsas məqsədi olan güclü sahibkarlar təbəqəsinin formalaşmasına nail olmaq üçün dövlət orqanları bundan sonra da lazım olan köməyi göstərəcəkdir. İndi bizim qarşımızda bir vəzifə var. O da sahibkarlıq strukturlarında fəaliyyəti gücləndirməklə ölkəmizin, eləcə də muxtar respublikamızın iqtisadi qüdrətini daha da artırmaqdan, bununla yanaşı əhalinin rifah halını daha da yaxşılaşdırmaqdan ibarətdir”, - deyən Ali Məclisin sədri bu məsul vəzifələrin həyata keçirilməsində görüş iştirakçılarına uğurlar arzulamışdır.

Görüşdə çıxış edən Naxçıvan Muxtar Respublikasının iqtisadi inkişaf naziri Famil Seyidov, sahibkar Xudaverdi Hüseynəliyev və Sadiq İsgəndərov çıxış edərək muxtar respublikada sahibkarlara göstərilən dövlət qayğısından danışmış, yaradılan şəraitə görə minnətdarlıqlarını bildirmişlər.

Sonra “Biznesdə uğur-2011” mükafatları təqdim olunmuşdur.

Ali Məclisin sədri yeni istehsal və xidmət sahələrinin yaradılması, mövcud müəssisələrin fəaliyyətinin genişləndirilməsi üçün 11 sahibkara güzəştli kreditlərin çeklərini təqdim etmişdir.

Sonra muxtar respublikada istehsal olunan müxtəlif növ ərzaq və sənaye məhsullarının, əl işlərinin sərgisinə baxış olmuşdur.

Sonda görüş iştirakçıları Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafından bəhs edən filmə baxmışlar.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Macarıstan Etnoqrafiya Muzeyi dünyanın ən yaxşı ictimai binası elan edilib

Azərbaycan basketbol hakimlərinin bilik və bacarıqları artırılır

ABŞ kəşfiyyat peykini orbitə çıxarıb

“Egemen Qazaqstan” qəzeti: Azərbaycanda medianın sərbəst fəaliyyəti üçün bütün şərait yaradılıb

Polis işğaldan azad olunan bölgələrin təhlükəsiz əraziyə çevrilməsi üçün tədbirləri davam etdirir

İtaliyalı ekspert: Azərbaycan karbohidrogen istehsalçısı kimi dünya iqtisadiyyatında mühüm yer tutur - MÜSAHİBƏ

“Neftçi” və “Qarabağ”ın sabiq futbolçusu: Gürcüstan Avropa çempionatında yeni tarix yazdı

Amerikalıların 60 faizi Baydenin namizədliyinin əvəzlənməsini dəstəkləyib

Bədii gimnastika üzrə 29-cu ölkə birinciliyi davam edir

Fiziki aktivliyin zəifliyi 1,8 milyard yetkin insanda xəstəliklərə səbəb olur

FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Yanvar-may aylarında “Könüllü DOST” proqramına 530 nəfər cəlb olunub

Avrora Qrup 2024-cü il iyulun 2-də “Açıq qapı” günü elan edir!

Milli Kitabxanada “Çingiz Əlioğlu - 80” adlı kitab sərgisi açılıb

Rusiya nümayəndə heyəti ATƏT PA-da fəaliyyətini dayandıracaq

Azərbaycan çempionu 8 əcnəbi voleybolçu ilə vidalaşıb

® Bakı Fond Birjasında “AccessBank” istiqrazlarının “Açılış Zəngi” tədbiri keçirilib

Dünya birjalarında neft qiymətləri müxtəlif istiqamətlərdə dəyişib

KİV: Polşa gələn həftə Ukrayna ilə təhlükəsizlik sazişi imzalayacaq

DİN: Əvvəlki dövrlərdən bağlı qalan 25 cinayət açılıb

Amerika Kuboku: Kolumbiya 1/4 finala yüksəlib, Braziliya ilk qələbəsini qazanıb

Azərbaycan nefti ucuzlaşıb

Faktiki hava: Əksər rayonlarda hava əsasən yağmursuz keçib

Prokurorluq əməkdaşları Qazax Müəllimlər Seminariyası ADA Universiteti Qazax Mərkəzində olublar

Avro-2024: Bu gün 1/8 final mərhələsinə start veriləcək

Avropa çempionatı: Azərbaycanın daha bir boksçusu finala yüksəlib

Samur transsərhəd çayının su ehtiyatlarının bölünməsi üzrə Azərbaycan-Rusiya Birgə Komissiyasının növbəti görüşü keçirilib

Sabirabadda çətənə kolları yetişdirən iki qardaş saxlanılıb

İranda prezident seçkilərində islahatçı Pezeşkiyan liderlik edir VİDEO

ABŞ Qətərdən İsrail və Hizbullah arasında danışıqlarda vasitəçilik etməsini istəyib

Yevlax rayon sakinindən silah-sursat götürülüb

“Asiya uşaqları” Oyunlarında Azərbaycan üzgüçülərinin növbəti uğuru

Tramp “Dəmir günbəz” adlı müasir raketdən müdafiə sistemi yaratmağa söz verib

Araşdırma: Alimlər kütləvi qırğınların qarşısını almağın yollarını tapıblar

ABŞ ordusu raket istehsalı ilə bağlı 4,5 milyard dollarlıq müqavilə imzalayıb

Plastik şüşələrdən su içmək diabet riskini artırır

ABŞ Ukraynaya yeni hərbi yardım paketini elan etmək niyyətindədir

Qazaxıstanda ən böyük stadionun tikintisinə başlanılıb

Mikroplastik ətrafımızda: Bu problemi necə həll etmək olar?

Bu il ADPU-dən 4700-dən çox tələbə məzun olur

Merilin Monronun evi mədəniyyət abidəsi elan olunub

Parisdə milli motivlər əsasında hazırlanmış zinət əşyaları təqdim edilib

Cənubi Koreya daha 243 adda məhsulun Rusiya və Belarusa ixracına qadağan qoyub

ADNSU-nun daha 5 ixtisasının beynəlxalq akkreditasiya müddəti uzadılıb

İranda prezident seçkilərində səsvermə başa çatıb

FHN: Hacıqabul rayonunda subasmaya məruz qalmış ərazilərdən 81 nəfər təxliyə olunub

Husilər Qırmızı və Aralıq dənizlərində dörd ticarət gəmisinə hücum ediblər

Argentinada cinayət məsuliyyəti yaşı 13-ə endirilə bilər

BVF Ukraynaya 2,2 milyard dollarlıq tranşın ayrılmasını təsdiqləyib

Bakı Ali Neft Məktəbinin komandası 100 min dollar investisiya qazanıb

“Yaşıl dünya naminə həmrəylik: Dayanıqlı gələcək üçün tullantıdan dəyərə” Beynəlxalq Forumuna yekun vurulub

Ermənistan NATO-nun Vaşinqtonda keçiriləcək sammitində iştirakını təsdiqləyib

Qaxda baş verən təbii fəlakətlər aqrar sığortanın əhəmiyyətini bir daha göstərdi VİDEO

Fuad Abbasov: Regionlarda yarışların keçirilməsi insanların gimnastikanı tanımalarına töhfə verir

Azərbaycanın COP29-la bağlı əldə edəcəyi irəliləyiş bizi həvəsləndirir

Tullantıların səmərəli idarə olunması ilə bağlı Anlaşma Memorandumu imzalanıb

Naxçıvanda doğum günü iyun ayında olan şəhidlərin xatirəsi anılıb

Səbinə Əliyeva İstanbulda Asiya Ombudsmanlar Assosiasiyasının Direktorlar Şurasının iclasında iştirak edib

Azərbaycan Tibb Universiteti tələbələrinin “Məzun günü” keçirilib

Bədii gimnastika üzrə 29-cu ölkə birinciliyinin ilk gününə yekun vurulub

Azərbaycan Milli Kitabxanasından VİDEOREPORTAJ

Moldova şirkəti ilə əməkdaşlıq müzakirə olunub

® “Bakcell” Şuşada yeni mağazasını təqdim etdi

Ceyms O’Brayn: Azərbaycan ilə Ermənistan arasında çox effektli birbaşa kommunikasiya var

ABŞ Dövlət katibinin köməkçisi: Orta Dəhliz bütövlükdə region üçün çox mühüm bir addımdır

ABŞ Dövlət katibinin köməkçisi: Son illərdə baş verən hadisələr Azərbaycana regionda siyasətin dəyişməsində vacib rol oynamağa imkan verib

Ceyms O’Brayn: Azərbaycan və Ermənistanı NATO sammitinə dəvət etmişik

“Baku ID” innovasiya festivalına yekun vurulub

“Emissiyanın sıfıra enməsində startapların artan rolu” mövzusunda müzakirə aparılıb

Türkiyə Lideri Suriya Prezidenti ilə görüşü istisna etmir

Beynəlxalq veloyürüşün iştirakçıları Bakıda şəhid uşaqlarına velosiped hədiyyə ediblər

Azərbaycan və Macarıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

Azərbaycan ilə ICESCO arasında əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub

“Sıfır Tullantı” Bakı Təşəbbüsü qəbul edilib

Azərbaycanla Serbiya arasında ətraf mühitin mühafizəsi məsələləri müzakirə olunub

® "Yaşıl dünya naminə həmrəylik ili”nin neft sənayesi qarşısında qoyduğu vəzifələr" mövzusunda tədbir keçirilib

AMEA-da “Divanü lüğat-it-türk”- 950” mövzusunda beynəlxalq elmi konfrans keçirilib

Gürcüstanın Baş naziri: Enerji sahəsində milli istehsalın istehlakdan çox olmasını planlaşdırırıq

® Toksikologiya üzrə metodik vəsaitin təqdimatına həsr edilmiş elmi simpozium keçirilib

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində iclas keçirilib

Naxçıvan Ali Məclisinə seçkilər təyin olunub

Ceyms O’Brayn: 907-ci düzəlişin Azərbaycan ilə sıx əməkdaşlığımıza maneə olduğunu düşünmürəm

İsmayıllı-Lahıc avtomobil yolunda nəqliyyatın hərəkəti bərpa olunub - YENİLƏNİB

Mərkəzi Avropa İnformatika Olimpiadasında məktəblilərimiz uğur qazanıblar

Milli Məclisin növbədənkənar sessiyası başa çatıb - YENİLƏNİB

Qubada “Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” II gənclər düşərgəsi keçirilib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan lisenziyaların siyahısı”nın və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan icazələrin siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 5 may tarixli 131 nömrəli Qərarının ləğv edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Dövlət Neft Fondu tərəfindən media nümayəndələri üçün təlim keçirilib

Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri Siyəzəndə vətəndaşlarla görüşüb, təsərrüfatlara baxış keçirib

Ceyms O’Brayn: ABŞ və Azərbaycan regionda təhlükəsizlik çağırışları ilə bağlı daha sıx əməkdaşlıq edəcək

Çaylarda gözlənilən daşqın və sel ilə bağlı xəbərdarlıq

Azərbaycanın veteran futbolçusu: Türkiyə millisi Avropa çempionatında finala çıxa bilər

Xızıda növbəti Aqrar Biznes Festivalı keçirilib

Azərbaycanda ekoloji təmiz dəmir yolu nəqliyyatının inkişaf istiqamətləri

Su təchizatı şəbəkəsinə qoşulma ilə bağlı yeni qaydalar təsdiqlənib

ABŞ-ın Şimali Dakota Universitetinin professoru ilə BDU-da görüş

Prokurorluq əməkdaşı ətraf mühitin qorunması ilə bağlı beynəlxalq tədbirdə iştirak edib

“Tullantıdan dəyərə” rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıblar

Parisin nəqliyyat həmkarlar ittifaqları tətilə çağırış edib

QHT sədri: Gecə-gündüz fasiləsiz xidmət aparan Azərbaycan polisi hər bir vətəndaşın təhlükəsizliyinin keşiyindədir