Naxçıvanda tut bağında bərpa işləri aparılıb
Naxçıvan, 28 avqust, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı və Biomüxtəlifliyin Qorunması İdarəsinin əməkdaşları tərəfindən Naxçıvan-Çalxanqala avtomobil yolunun 12-ci kilometrliyində, yolun sağ hissəsindəki tut bağında bərpa işləri aparılıb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, ötən il salınmış 2,5 hektarlıq bağda quruyan tinglər çıxarılaraq yerinə dibçəkdə yetişdirilmiş tut tingləri əkilib.