İDMAN
Naydorf Memorialında dörd turdan sonra Vasif Durarbəyli irəlidə gedir
Bakı, 17 iyul (AZƏRTAC). Azərbaycan qrossmeysteri Vasif Durarbəyli Varşavada Migel Naydorfun xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə iştirak edir.
AZƏRTAC-ın verdiyi xəbərə görə, Memorialın “A” turnirinə güclü, nüfuzlu heyətin toplaşması birinci dəfə deyil. 32 iştirakçı 2500-dən yüksək reytinqə malikdir. Onların arasında V.Durarbəyli də vardır.
Naydorf Memorialında dörd turdan sonra Vasif Durarbəyli, İvan Çeparinov (Bolqarıstan), Robert Kempinski və Tomaş Markovski (hər ikisi - Polşa) irəlidədirlər. Beşinci turda Azərbaycan qrossmeysteri qara fiqurlarla turnirin reytinq favoriti İvan Çeparinov ilə qarşılaşacaqdır.
Starta 84 iştirakçı çıxıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.06.2024 [14:54]
Azərbaycan millisinin baş məşqçisi klubundan ayrılıb
- 28.06.2024 [14:31]
Qubada keçiriləcək beynəlxalq basketbol turnirinin iştirakçıları dəqiqləşib
- 28.06.2024 [12:57]
Azərbaycan gimnastları beynəlxalq turnirdə iştirak edəcəklər
- 28.06.2024 [12:17]
“Neftçi” daha bir futbolçu ilə vidalaşıb
- 28.06.2024 [12:06]
“Sumqayıt” klubu sabiq futbolçusunu geri qaytarıb
- 28.06.2024 [11:58]