DÜNYA
Nigeriyada təhlükəsizlik qüvvələrinin əməliyyatları zamanı 200-dən çox silahlı öldürülüb
Bakı, 3 mart, AZƏRTAC
Nigeriyanın şimal əyaləti Nigerdə son 3 gündə şəhərin silahlı dəstələrdən təmizlənməsi əməliyyatları zamanı 200-dən çox silahlı şəxs öldürülüb.
AZƏRTAC “Reuters” agentliyinə istinadla xəbər verir ki, silahlı şəxslər ölkənin şimalında və şimal-qərbində pul almaq üçün yüzlərlə tələbə və kənd sakinini qaçırmaqla, onlarla insanı öldürməklə tanınırlar.
Nigerin daxili təhlükəsizlik üzrə regional komissarı Emmanuel Umar ordunun, yerli qrupların, könüllülərin və icma başçılarının rəhbərlik etdiyi əməliyyat zamanı öldürülənlər arasında bəzi silahlı dəstə liderlərinin olduğunu söyləyib.
Onun sözlərinə görə, əyalətdəki geniş meşələrin dərinliklərində qurulan düşərgələrdən dəstələrin basqın üçün istifadə etdiyi 60 motosiklet ələ keçirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.06.2024 [18:01]
Parisin nəqliyyat həmkarlar ittifaqları tətilə çağırış edib
- 28.06.2024 [17:10]
BMT Baş katibi ŞƏT-in Astanada keçiriləcək sammitində iştirak edəcək
- 28.06.2024 [16:45]
Çexiyada 6 ay əvvəl törədilmiş qətliamın daha dəqiq təhqiqatı aparılacaq
- 28.06.2024 [16:32]
Qazaxıstanda ən böyük İES-də qəza baş verib
- 28.06.2024 [15:35]
Şahzadə Anna xəstəxanadan evə buraxılıb
- 28.06.2024 [15:03]
Çin elektriklə uçan təyyarəni sınaqdan keçirib
- 28.06.2024 [14:53]
Sudanın 14 bölgəsi aclıq təhlükəsi ilə üzləşib
- 28.06.2024 [14:52]