REGİONLAR


“nizamiganjavi.az” saytının təqdimat mərasimi keçirilib

Gəncə, 8 oktyabr, Elcan Məmmədov, AZƏRTAC

Gəncə şəhərində “nizamiganjavi.az” saytının təqdimat mərasimi keçirilib.

Mərasimdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Almaniyanın ölkəmizdəki səfiri Volfqanq Maniq, Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk, şəhər ictimaiyyətinin nümayəndələri və ziyalılar iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxışında bildirib ki, Nizami Gəncəvi irsinin təbliğinə Gəncə Şəhər İcra Hakimiyyəti də öz növbəsini töhfəsini verib, dahi şairin həyat və yaradıcılığı, habelə Nizami Gəncəvi haqqında tədqiqat və maraqlı məlumatların yer aldığı yeni sayt ərsəyə gətirilib.

Almaniya səfiri Volfqanq Maniq dahi şairin 880 illik yubileyi çərçivəsində Almaniyanın Azərbaycandakı səfirliyi tərəfindən “Nizami Gəncəvi həftəsi” elan olunduğunu və bir sıra tədbirlərin keçirildiyini qeyd edib. Səfir “Nizami Gəncəvi İli” çərçivəsində Gəncədə təşkil olunan tədbirlərin iştirakçısı olmaqdan məmnunluq duyduğunu bildirib.

Daha sonra yeni istifadəyə verilən sayt qonaqlara təqdim olunub.

Tədbirdə çıxış edən AMEA-nin Gəncən regional bölməsinin sədri, akademik Fuad Əliyev, Nizami Gəncəvi Mərkəzinin direktoru, professor Xəlil Yusifli, “Gəncə İş Adamları” İctimai Birliyinin İdarə Heyətinin sədri, Gəncə Şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvü Zəfər Məmmədov sayt haqqında öz fikirlərini bölüşüblər. Qeyd olunub ki, “nizamiganjavi.az” saytı dahi şairin yaradıcılığının təbliğ olunması və dünyada daha geniş tanıdılması baxımından xüsusi əhəmiyyət daşıyır.

Qeyd edək ki, “nizamiganjavi.az” saytı Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsü, “Gəncə İş Adamları” İctimai Birliyi və AMEA Gəncə regional bölməsinin dəstəyi ilə “Netqraf Group” tərəfindən hazırlanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.