DÜNYA
Norveç hökuməti Şərqi Avropa ərazisində NATO-nun daimi hərbi bazaları yaradılmasının əleyhinədir
Stokholm, 22 avqust (AZƏRTAC). Norveç hökuməti Şərqi Avropa ərazisində NATO-nun daimi hərbi bazalarının yaradılması əleyhinə çıxış edir.
AZƏRTAC xəbər verir ki, bu barədə Norveçin Baş naziri xanım Erna Sulberqin NATO-nun baş katibi Anders Foq Rasmussen ilə görüşünün yekunlarına həsr olunmuş mətbuat konfransında məlumat verilib.
Mətbuat konfransında Erna Sulberq qeyd edib ki, Norveç NATO-nun şərq ərazilərində güclənməsində maraqlıdır. Hökumətin başçısı onu da bildirib ki, hərbi əməliyyatların keçirilməsi planlarına əməl edilməsi qanunauyğun və vacibdir, Şimali Atlantika müqaviləsinin beşinci maddəsini nəzərə alsaq bu sənəddə alyansın tərkibinə daxil olan ölkələrin kollektiv işinin əsas prinsipləri dəqiq göstərilib. Bu, xüsusilə ötən əsrin 90-cı illərində NATO-ya qoşulan ölkələrə aiddir. Lakin Norveç hər halda bu ərazilərdə daimi hərbi bazaların yaradılması təşəbbüsünü dəstəkləməyib.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm