NOVXANI AKVA PARKINDA YAY-TURİZM MÖVSÜMÜNÜN AÇILIŞI OLMUŞDUR
AZƏRTAC xəbər verir ki, Novxanı Aqva Parkında 2008-ci ilin yay-turizm mövsümünün açılışı olmuşdur.
Ölkədə turizm mövsümünün başlanması münasibəti ilə turizm həvəskarlarını və qonaqları təbrik edən nazirliyin aparat rəhbəri Firudin Qurbanov son zamanlar bu sahədə dövlət səviyyəsində görülən işlər barədə məlumat vermişdir. Azərbaycan iqtisadiyyatının yüksək templə inkişaf etdiyini bildirən F.Qurbanov bu illər ərzində turizm sektorunun da xüsusi çəkisinin artdığını nəzərə çatdırmışdır. Əgər 2005-ci ildə ölkədə 262 otel fəaliyyət göstərirdisə, artıq 2007-ci ildə onların sayı 300-ə çatmışdır.
Bildirilmişdir ki, turistlərin mənalı istirahəti üçün Akva Parkda hər cür şərait yaratmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [15:19]
Klassik ənənə və müasir yanaşma: Beynəlxalq Muğam Mərkəzində növbəti konsert
- 10.06.2026 [13:54]