SİYASƏT
Nyu-Yorkda keçiriləcək Xəzər Forumunun çıxışçıları təsdiqlənmişdir
Moderator məşhur teleaparıcı Çarli Rouz olacaqdır
Bakı, 19 sentyabr (AZƏRTAC). Sentyabrın 25-də Nyu-Yorkda keçiriləcək Xəzər Forumunda Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov, Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu, Bosniya və Herseqovinanın xarici işlər naziri Zlatko Laqumçiya, Gürcüstanın xarici işlər naziri Maya Pancikidze, Xorvatiya Baş nazirinin birinci müavini və xarici işlər naziri Vesna Pusik, Macarıstan Xarici İşlər Nazirliyinin dövlət katibinin müavini Szabolcs Takacs, Albaniyanın xarici işlər naziri Ditmir Buşati, İtaliyanın xarici işlər naziri Emma Bonino, ABŞ-ın Enerji Araşdırmaları Bürosunun Beynəlxalq enerji məsələləri üzrə xüsusi nümayəndəsi və əlaqələndiricisi Karlos Paskual, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottinger, Yunanıstan xarici işlər naziri və Baş nazirin müavini Evangelos Venizelos çıxışçı qismində iştirak edəcəklər.
Xəzər Forumu Xəzər Strateji İnstitutu (HASEN) tərəfindən təşkil olunur. Məqsəd, “Cənub” qaz dəhlizi layihəsini həyata keçirmək üçün iştirakçı ölkələrin birlikdə çalışmasına töhfə verməkdir.