İQTİSADİYYAT
Oded Ephrat: Milli Məkan Məlumatlarından bir sıra qurumlar faydalanacaq
![Oded Ephrat: Milli Məkan Məlumatlarından bir sıra qurumlar faydalanacaq](/files/2019/2/1200x630/1564041568309732638_1200x630.jpg)
Bakı, 25 iyul, Pərvanə Rəhimova, AZƏRTAC
Milli Məkan Məlumatlarından bir sıra qurumlar - nazirliklər və dövlət komitələri və agentlikləri, təhlükəsizlik xidmətləri, şirkətlər, həmçinin xarici investorlar və ictimaiyyət faydalanacaq. Bundan başqa, 3D (3 ölçülü) kadastrdan faydalanmaq istəyənlər də bu məlumatlardan istifadə edə biləcək.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Ofek Aerial Photography” şirkətinin vitse-prezidenti Oded Erphat iyulun 25-də Bakıda keçirilən “Azərbaycanda Milli Məkan Məlumatları İnfrastrukturunun əsasları” adlı konfransında deyib.
O bildirib ki, şirkət belə bir layihəni Gürcüstan və Yunanıstanda artıq reallaşdırıb: “Azərbaycanda Milli Məkan Məlumatları İnfrastrukturunun yaradılması üçün cari vəziyyət öyrənilir və bu infrastrukturun qurulmasına dair qabaqcıl beynəlxalq təcrübədən istifadə etməklə müvafiq təkliflərin təqdim olunması həyata keçirilir”.