Odessa şəhərindəki islah düşərgəsində kütləvi iğtişaş baş verib
Bakı, 27 may, AZƏRTAC
Ukraynanın Odessa şəhərində yerləşən 51 saylı ümumi rejimli Cənub koloniyasında kütləvi iğtişaş və qaçış halları qeydə alınıb.
AZƏRTAC “Dumskaya” nəşrinə istinadla xəbər verir ki, hazırda penitensiar müəssisə binası yanır. İlkin məlumata əsasən, iğtişaşlar nəticəsində həlak olanlar və girov götürülənlər var.
Müəssisənin yaxınlığında çox sayda təcili tibbi yardım və polis maşınları cəmlənib. Qaçan məhbusların bir hissəsini yenidən həbs etmək mümkün olub.
Bir qədər sonra nəşr həlak olanlar və girovlar barədə informasiyanı təkzib edib. Həmçinin qaçış hallarının qeydə alınmadığı bildirilir. Milli polis rəisinin birinci müavini Vyaçeslav Abroskinin sözlərinə görə, məhbuslar inzibati binanı tutmağa cəhd göstərib və yanğın törədiblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.06.2026 [21:49]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [15:14]
Sabah Ermənistanda parlament seçkiləri keçiriləcək
- 06.06.2026 [15:06]
Ukrayna dronları Rusiya Hərbi Dəniz Qüvvələrinin bazasına zərbə endirib
Bu saata olan əsas xəbərlər
- [20:00]
Sabahın hava proqnozu açıqlanıb
- [13:04]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Aşqabadda Səməd Vurğun sorağı
- [10:48]
Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub
- 05.06.2026 [23:59]
Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib
- 05.06.2026 [23:06]
Milli Xalça Muzeyində Elçin Şamillinin “Katarsis” sərgisi açılıb
- 05.06.2026 [22:40]