CƏMİYYƏT
Oğurluq etdiyinə görə saxlanılmış şəxslərin digər cinayət əməlləri də müəyyən olunmuşdur
Bakı, 6 avqust (AZƏRTAC). Nəsimi rayonunda Xəzər Əhmədov oğurluq etdiyinə görə rayon polis idarəsinin əməkdaşları tərəfindən yaxalanmışdır.
Aparılmış araşdırmalar nəticəsində həmin şəxsin Kamran İsmayılova, Hüseyn Həsənəlizadəyə, Nigar Camalovaya, Leyla Həsənovaya, Nadir Quliyevə, Şahrud Əhmədova, Ülkər Niftəliyevaya, Səid Hacıyevə, Araz Bayramzadəyə, Veys Nuhbalayevə və Vüsal Kərimova məxsus avtomobillərdən noutbuk, pul, qızıl və geyim əşyaları da oğurladığı müəyyən edilmişdir.
Sabunçu rayonunda isə Karif Şavandayevə məxsus “Daewoo” markalı avtomobildən akkumulyator oğurlanmışdır.
Hadisəni törətmiş paytaxt sakini, əvvəllər məhkum olunmuş Vasif İsmayılov rayon polis idarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılmışdır.
Aparılmış axtarışlar nəticəsində həmin şəxsin Vüsalə Hüseynovaya və digərlərinə məxsus nəqliyyat vasitələrindən də pul, qızıl və geyim əşyaları oğurladığı da müəyyən edilmişdir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, faktlarla bağlı cinayət işi açılmışdır, araşdırmalar aparılır.