CƏMİYYƏT
Ölkə ərazisində qeydə alınan cinayətlərdən 95-nin üstünün açılması təmin olunub
Bakı, 25 iyul, AZƏRTAC
İyulun 23-də və 24-də ölkə ərazisində qeydə alınan cinayətlərdən 95-nin, eləcə də əvvəlki dövrlərdən bağlı qalan cinayətlərdən 6-nın üstünün açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, axtarışda olduğuna görə ümumilikdə 45, o cümlədən borclu şəxs qismində axtarılan 32 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 8 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 10 nəfər ölüb, 2 nəfər isə xəsarət alıb.
Narkotiklərlə əlaqəli 45, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 81 nəfər saxlanılıb.