Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ölkəmizdə uzunömürlülük fenomeni demoqrafik və tibbi-bioloji aspektlərdən araşdırılır

Ölkəmizdə uzunömürlülük fenomeni demoqrafik və tibbi-bioloji aspektlərdən araşdırılır

Bakı, 14 mart, AZƏRTAC

Uzunömürlülüyə səbəb olan amillər ən müxtəlif aspektlərdən öyrənilir. Ölkəmizdə həmin fenomenin demoqrafik və tibbi-bioloji aspektlərinin araşdırılması da maraq doğuran məsələlərdəndir. Azərbaycan Milli Elmlər Akademiyası A.Qarayev adına Fiziologiya İnstitutunun direktoru, biologiya elmləri doktoru Ulduz Həşimova bu barədə AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib:

-Müasir dünyanın demoqrafik mənzərəsi iki əsas tendensiya ilə səciyyələnir. Bir tərəfdən orta ömür uzunluğu dönmədən artır və bunun səbəbi iqtisadi inkişaf səviyyəsi və əhalinin maddi rifahının yüksəlməsi, eləcə də xəstəliklərin müalicə və profilaktikasını asanlaşdıran tibbi texnologiyaların inkişafı ilə əlaqələndirilir. Digər tərəfdən doğum sayı hətta çoxuşaqlı Asiya və Afrika ölkələrində aşağı düşür. Əgər bu tendensiyalar gələcəkdə də davam edəcəksə - indiki vəziyyət onların nəinki saxlanmasına, hətta daha da güclənməsindən xəbər verir - onda yaxın 40-50 ildə planet əhalisinin artımı əvvəllər olduğu kimi doğumun artması hesabına yox, daha uzun ömür sürməklə əlaqədar olacaq. Başqa sözlə desək, dünya əhalisi “qocalır”.

Əhalinin qocalması problemi ölkəmizdə də özünü göstərir. Demoqrafik statistikaya görə, Azərbaycanda əhali arasında 65 və daha yuxarı yaşlıların xüsusi çəkisi artır. BMT-nin qiymətləndirməsinə görə, 2050-ci ilə ölkə əhalisinin strukturunda həmin yaş kateqoriyasının payı 32,1 faizə çatacaq. Ona görə də əhalinin qlobal qocalması ilə bağlı bu gün gündəlikdə bir sıra ciddi iqtisadi, sosial, demoqrafik və tibbi problemlər durur ki, onların həlli kompleks yanaşmaların istifadəsini, müxtəlif profilli mütəxəssislərin səylərinin birləşdirilməsini və müvafiq dövlət proqramlarının işlənib hazırlanmasını tələb edir.

-Ulduz xanım, son illərdə bir çox ölkələrdə, o cümlədən MDB ölkələrində herontologiya sahəsində fundamental biotibb tədqiqatlarının aparılması üçün xüsusi mərkəzlər yaradılır...

-Qeyd etmək xoşdur ki, bizim ölkəmiz belə tədqiqatlar üçün unikal imkanlara malikdir. Azərbaycan uzunömürlülüyün populyasiya fenomeni kimi müşahidə olunduğu nadir ölkələrdəndir. Uzunömürlü insanların ölkənin ayrı-ayrı ərazilərində kompakt şəkildə yaşaması müasir beynəlxalq praktikaya əsaslanan herontoloji tədqiqatların aparılmasına geniş imkanlar yaradır. Heç də təsadüfi deyil ki, regionumuz herontologiya sahəsində çalışan mütəxəssislərin daim diqqət mərkəzindədir.

Ölkəmizdə bu sahədə ilk kompleks tibbi-bioloji tədqiqat ötən əsrin 80-ci illərində Sovet-Amerikan beynəlxalq tədqiqat proqramı çərçivəsində Qazax, Tovuz, İsmayıllı, Cəlilabad, Lənkəran rayonlarında aparılıb. Nəticələr göstərib ki, belə tədqiqatlar aktiv qocalığın təmin edilməsində genetik və mühit faktorlarının, cəmiyyətin nikah-ailə strukturunun xüsusiyyətlərinin, həyat tərzinin, qidalanma rejiminın və digər bioloji-sosial faktorların rolunun araşdırılmasına böyük perspektivlər açır. İlkin demoqrafik araşdırmalar uzunömürlülüyün ölkəmizin bütün ərazisi üçün deyil, yalnız bəzi regionları üçün səciyyəvi olduğu barədə fikir yürütməyə də əsas verib.

-Hazırda bu sahədə hansı araşdırmalar aparılır?

-Müasir dövrün səciyyəvi xüsusiyyəti olan dünya əhalisinin getdikcə qocalması sağlam və ya “fizioloji qocalma” haqqında biliklərin genişləndirilməsi və dərinləşdirilməsinə imkan yaradan kompleks tədqiqatların aktuallığını önə çıxarır. AMEA-nın rəhbərliyi 2015-ci ildə herontologiyanı respublika elminin prioritet istiqaməti kimi müəyyən edib. Qocalmanın biologiyası üzrə xüsusi tədqiqat proqramı işlənib hazırlanıb. Demoqrafik məlumatların təhlili və yüksək uzunömürlülük indeksinə malik olan rayonlarda tibbi-bioloji tədqiqatların aparılması həmin proqramın tərkib hissəsini təşkil edir. Proqramın həyata keçirilməsində BMT-Malta Beynəlxalq Qocalma İnstitutu, Ukrayna Tibb Elmləri Akademiyasının Çebotaryov adına Herontologiya İnstitutu, Sankt-Peterburq Biotənzimləmə və Herontologiya İnstitutu, Azərbaycan Tibb Universiteti, Bakı Dövlət Universitetinin mütəxəssisləri iştirak edir.

-Uzunömürlülük fenomenində demoqrafik aspektlər nə dərəcədə rol oynayır?

-2016-cı ilin əvvəlində ölkə əhalisinin siyahıya alınması üzrə statistik məlumatların təhlili Azərbaycanda uzunömürlülüyün coğrafiyasını müəyyən etməyə və müvafiq xəritənin tərtib edilməsinə imkan yaradıb. Uzunömürlülüyün populyasiya fenomeni kimi bölgələrdə müxtəlif səviyyədə müşahidə olunduğu və rayonlararası fərqlərin kifayət qədər qabarıq şəkildə özünü göstərdiyi aşkar edilib. Məsələn, bu sahədə ən aşağı göstərici Mingəçevir şəhərində, ən yuxarı göstərici isə Xocavənd rayonunda qeydə alınıb. Ümumilikdə, ölkə üzrə ən aşağı uzunömürlülük indeksləri Abşeron iqtisadi zonası və cənub-şərq və cənub-qərb bölgələrinin bəzi rayonlarında qeydə alınıb. Ən yüksək uzunömürlülük indeksləri əsas etibarilə ölkənin dağlıq və dağətəyi ərazilərində müşahidə olunur.

Siyahıyaalınma zamanı köçkün əhali işğaladək yaşadıqları rayonların vətəndaşları kimi qeydiyyatdan keçiblər. Maraqlıdır ki, köçkün əhali yaşayış yerini və məişət şəraitini dəyişdiyi 20 ildən artıq müddətdə belə uzunömürlülük potensialını itirməyib. Həmin fenomenin mexanizmləri haqqında müxtəlif mülahizələr irəli sürmək olar, lakin şübhəsiz ki, bu, ömür uzunluğu həddinin kodlaşdırılmasında genetik amillərin rolunu bir daha vurğulayır.

Araşdırmalar göstərib ki, Xankəndi şəhəri istisna olunmaqla şəhərlərdə uzunömürlülük indeksi rayonlarla müqayisədə daha aşağıdır. Digər bir maraqlı coğrafi cəhətdən yaxın rayonlarda uzunömürlülük indeksi oxşardır. Məsələn, Şuşa, Qubadlı, Laçın, Zəngilan, Cəbrayılda bu rəqəm 51-55 faiz təşkil edir.

-Ölkəmizdəki uzunömürlülük fenomeninin hansı özəl tibbi-bioloji aspektləri var?

-Proqram çərçivəsində aparılan tibbi-bioloji tədqiqatların dizaynı xüsusilə qeyd olunmalıdır. Tədqiqatlara uzunömürlülərlə yanaşı onların yaxın qohumları və nəslində uzunömürlülük qeydə alınmamış ailələrin nümayəndələri də cəlb olunublar. İnnovativ yanaşma nəticəsində əldə edilən dəlillər qocalmanın genetik mexanizmlərinin tədqiqi üçün çox əhəmiyyətlidir. Məsələn, uzunömürlülər arasında hipertoniya xəstəliyinə cəmi 28 faiz hallarda rast gəlindiyi aşkar edilib. Uzunömürlülərin 25 faizində normal exokardioqram, 40 faizində yaşla əlaqədar, yalnız 35 faizində patoloji dəyişikliklər qeydə alınıb. Onların yaxın qohumlarında miokardın bioelektrik aktivliyi kontrol qrupla müqayisədə daha yaxşıdır. Nəzarət qrupunda exokardioqramda qeyd olunan patoloji dəyişikliklər 62 faiz təşkil etdiyi halda onların yaxın qohumlarında həmin rəqəm 17 faiz olub.

Uzunömürlülərdə baş beynin bioelektrik aktivliyinin strukturu qoruyucu-tormozlanma proseslərin adaptiv-kompensator xarakter daşıyan üstünlüyünün əlamətidir. Eyni zamanda, uzunömürlülərin yaxın qohumlarında beynin funksional vəziyyəti neyro-endokrin proseslərin mərkəzi tənzimlənməsinin daha yüksək səviyyədə olduğunu göstərir.

Uzunömürlülərin gecə yuxusunun strukturunda tez yuxu fazası 66 faiz təşkil edir. Gecə yuxusunun strukturunda həmin fazanın dominantlığı irsi-genetik informasiyanın işlənməsi mexanizmlərinin, günün oyaq vaxtında pozulmuş homeostatık mexanizmlərin üzərində üstünlüyünü əks etdirir. Bununla bərabər tez yuxu fazasının üstünlüyü oyaq vaxtı üzə çıxan çətinliklərə qarşı psixoloji müdafiənin yüksək səviyyədə olduğundan xəbər verir. Hormonal statusun tədqiqi uzunömürlülərin 65 faizində reproduktiv funksiyanın 50-60 yaş kateqoriyası üçün norma sayılan diapazonda olduğunu göstərib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Pit Heqset: ABŞ bu gecə İrana sərt hərbi zərbələr endirəcək

“Maritsa Səhnələri” festivalında Azərbaycanın zəngin mədəni irsi nümayiş etdirilib

Bakıda meditasiya və daxili harmoniya mövzusunda görüş: Sri-Sri Ravi Şankarın mesajları

Sülh Şurasının baş müşaviri: Orta Dəhlizi dünyanın əsas ticarət marşrutlarından birinə çevirə bilərik

Gələcəyin texnologiyaları: “ILA Berlin 2026” sərgisindən reportaj

Mikayıl Cabbarov: Qeyri-neft-qaz sektoru artıq iqtisadiyyatımızın aparıcı qüvvəsinə çevrilib – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Mikayıl Cabbarov: Qeyri-neft-qaz sektoru artıq iqtisadiyyatımızın aparıcı qüvvəsinə çevrilib – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Nazir: Özəl kapital dövlət investisiyalarını üstələyir VİDEO

Nazir: Özəl kapital dövlət investisiyalarını üstələyir VİDEO

Sri-Sri Ravi Şankar: Dünyadakı münaqişələrin bitməsinin yeganə çıxış yolu dialoqdur

Sahibkarlığın inkişafı üçün kredit, zəmanət və startap dəstəyi mexanizmləri tətbiq edilir VİDEO

Sahibkarlığın inkişafı üçün kredit, zəmanət və startap dəstəyi mexanizmləri tətbiq edilir VİDEO

Qarabağda və Şərqi Zəngəzurda güzəştlərin müddətinin uzadılması nəzərdən keçirilir VİDEO

Qarabağda və Şərqi Zəngəzurda güzəştlərin müddətinin uzadılması nəzərdən keçirilir VİDEO

Xankəndidə şəhər-universitet modeli böyük iqtisadi dividendlər vəd edir VİDEO

Xankəndidə şəhər-universitet modeli böyük iqtisadi dividendlər vəd edir VİDEO

Nazir: Əlavə gəlirlər ehtiyatların artırılmasına yönəldilir VİDEO

Nazir: Əlavə gəlirlər ehtiyatların artırılmasına yönəldilir VİDEO

Azərbaycan və Avstriya Xarici İşlər nazirlikləri arasında konsulluq məsləhətləşmələri aparılıb

“Kölgə iqtisadiyyatı” ilə mübarizədə əhəmiyyətli irəliləyiş əldə olunub VİDEO

“Kölgə iqtisadiyyatı” ilə mübarizədə əhəmiyyətli irəliləyiş əldə olunub VİDEO

Ruhani lider: Azərbaycan insanlar arasında sülhün və qarşılıqlı anlaşmanın tapılması üçün çox yaxşı bir körpü ola bilər

İqtisadiyyat naziri: Data mərkəzlərinin inkişafı prioritet layihələrimizdəndir -  EKSKLÜZİV VİDEO

İqtisadiyyat naziri: Data mərkəzlərinin inkişafı prioritet layihələrimizdəndir - EKSKLÜZİV VİDEO

Şəkidə şəhid Məmmədiyə Cabbarzadənin xatirəsi anılıb

Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı 71,5 faizə çatıb VİDEO

Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı 71,5 faizə çatıb VİDEO

Azərbaycanın lavanda rəngləri Bolqarıstanda “Soleil” beynəlxalq festivalında təqdim olunub

Mikayıl Cabbarov: Ölkənin xarici borcu azalma tendensiyasındadır və ehtiyatları artır - EKSKLÜZİV VİDEO

Mikayıl Cabbarov: Ölkənin xarici borcu azalma tendensiyasındadır və ehtiyatları artır - EKSKLÜZİV VİDEO

Həsən Həsənov: İndiyədək azərbaycanlılarla macarları birləşdirən çoxlu sayda sözün qohumluğunu sübut edə bilmişəm

Laçın şəhərində yeni yol nişanları quraşdırılıb və xətlər yenidən çəkilib VİDEO

Laçın şəhərində yeni yol nişanları quraşdırılıb və xətlər yenidən çəkilib VİDEO

Azərbaycan millisinin üzvü "Şamaxı"da

Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir

Azovda yük gəmilərinə dron hücumunda həlak olmuş 4 Azərbaycan vətəndaşının nəşləri ölkəyə gətirilib

Batut gimnastikası və tamblinq üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub

Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb

ABŞ senatoru: Azərbaycan və region ölkələri ilə münasibətlər strateji səviyyəyə yüksəlib

Hacıqabul rayonunda açıq ərazidə baş vermiş yanğın söndürülüb - YENİLƏNİB VİDEO

Hacıqabul rayonunda açıq ərazidə baş vermiş yanğın söndürülüb - YENİLƏNİB VİDEO

Yasamal rayonunda obyektdə baş verən yanğın söndürülüb YENİLƏNİB

Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib

"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb

Bu saata olan əsas xəbərlər

“Macar-Azərbaycan ortaq etnik kökləri” kitabının təqdimatı olub

“Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 26 may tarixli 415-VIIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 iyun tarixli 950 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə orqanlarında, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Bakı Şəhər İcra Hakimiyyətinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Hikmət Hacıyev: Yaxın Şərqdə münaqişənin kəskinləşməsi şəraitində Orta Dəhliz əlavə əhəmiyyət qazanır

İsveçrə Vəkillər Kollegiyasının sədri Azərbaycana səfər etməyi planlaşdırır

Dünya Kuboku: BMT Vaşinqtonu miqrasiya siyasətini “hərtərəfli” nəzərdən keçirməyə çağırır

İtaliyalı ekspert: Azərbaycanın azad edilmiş əraziləri innovativ şəhərsalma laboratoriyasına çevrilir

Prezidentin köməkçisi: Türk dünyası yeni siyasi reallığa və geniş Avrasiya qitəsində əməkdaşlıq platformasına çevrilir

Putin miqrantların tibbi müayinədən keçirilməsi ilə bağlı yeni qaydaları nəzərdə tutan qanunu imzalayıb

“Qəhrəmanlıq Zirvəsi” kitabının təqdimatı olub VİDEO

“Qəhrəmanlıq Zirvəsi” kitabının təqdimatı olub VİDEO

Türkiyənin İzmir Yüksək Texnologiya İnstitutunun nümayəndə heyəti Qarabağ Universitetində olub

Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb VİDEO

Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb VİDEO

İkiqat Avropa çempionu olan baş məşqçi: Azərbaycanın futbol ölkəsi olmadığı fikri ilə razı deyiləm – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

İkiqat Avropa çempionu olan baş məşqçi: Azərbaycanın futbol ölkəsi olmadığı fikri ilə razı deyiləm – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Hikmət Hacıyev: Regionda sülhün bərqərar olmasından sonra Azərbaycanın xarici siyasətində yeni imkanlar yaranıb

ABŞ səfirliyinin nümayəndə heyəti Azərbaycan İdman Akademiyası ilə tanış olub

Uşaqların zərərli informasiyadan qorunmasına yönəlmiş normativ hüquqi akt layihəsi müzakirə olunub YENİLƏNİB VİDEO

Uşaqların zərərli informasiyadan qorunmasına yönəlmiş normativ hüquqi akt layihəsi müzakirə olunub YENİLƏNİB VİDEO

“Code for Future” layihəsinin cari il məzunları 87 faiz performans göstəriblər

Serbiya Prezidenti Azərbaycanın müdafiə nazirini qəbul edib

ABŞ-də Günəş enerjisi ilə elektrik enerjisi istehsalı kömürü üstələyib

Albaniya Respublikasının Prezidenti Bayram Beqaydan

Azərbaycanın zəngin mədəni irsi “İpək Yolu – 2026” festivalında nümayiş olunub

Samir Mahmudov: Sağlam cəmiyyətin təməli möhkəm ailə və hüquqi maarifləndirmədən keçir VİDEO

Samir Mahmudov: Sağlam cəmiyyətin təməli möhkəm ailə və hüquqi maarifləndirmədən keçir VİDEO

® Bakıda “Force of Love 2026” yay festivalı keçirilib

Psixoloq: Sosial şəbəkə məhdudiyyətləri uşaqların emosional inkişafına müsbət təsir edəcək

Azərbaycanın qlobal enerji təhlükəsizliyinə töhfəsi və yaşıl enerji perspektivləri - ŞƏRH

“Abşeron Şərab 1” MMC-nin qida təhlükəsizliyi qeydiyyatı ləğv edilib

ADPU ilk dəfə RUR beynəlxalq universitet reytinqində yer alıb

Astanada İpək Yolunun gələcəyi – energetikadan mədəniyyətə qədər müxtəlif istiqamətlər müzakirə olunub

Vaşinqtonda ənənəvi Trans-Xəzər Forumu işə başlayıb

İsmət Əliyev: Risk altında olan uşaqların müəyyənləşdirilməsi istiqamətində ardıcıl tədbirlər görülür VİDEO

İsmət Əliyev: Risk altında olan uşaqların müəyyənləşdirilməsi istiqamətində ardıcıl tədbirlər görülür VİDEO

Coğrafiya İnstitutu sürüşmə riski olan əraziləri açıqlayıb

COP31 Sədrliyi 2035-ci ilədək qlobal elektrikləşmənin 35 faizə çatdırılmasını hədəfləyir

Oğuzda ilk dəfə keçirilən “Aykido və Yapon Mədəniyyəti Günü” festivalı böyük marağa səbəb olub VİDEO

Oğuzda ilk dəfə keçirilən “Aykido və Yapon Mədəniyyəti Günü” festivalı böyük marağa səbəb olub VİDEO

Temperaturun kəskin dəyişməsi yeni reallığa çevrilir

Ekspert: Cənubi Qafqaz regionu Türkiyə üçün əhəmiyyətli bölgədir

® “Birbank”dan yenilik: 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər

Anar Bağırov: Uşaqların hüquqlarının müdafiəsində vəkilliyin rolu xüsusi əhəmiyyət daşıyır

Sabunçu rayonunda 46 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb VİDEO

Sabunçu rayonunda 46 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb VİDEO

Əlilliyi olan uşaqlar üçün sosial xidmət müəssisəsinə mediatur təşkil edilib

Valideynlərin sosial şəbəkə platformalarına nəzarət mexanizmi güclənəcək RƏY

Əmək müqaviləsi ilə çalışmaq işçiyə hansı hüquqlar verir?

Dünya çempionatı: Türkiyə millisinin ilk oyununun baş hakimi açıqlanıb

Yaxın Şərqdəki münaqişə qlobal neft tədarükündə 1 milyard barel itkiyə səbəb olub

“Rəqəmsal həllərdə dövlət-özəl tərəfdaşlığı” mövzusunda infosessiya baş tutub

Emin Əmrullayev: Uşaqların rəqəmsal mühitdə davranışları ilə bağlı qərarlar faktlara və araşdırmalara əsaslanmalıdır VİDEO

Emin Əmrullayev: Uşaqların rəqəmsal mühitdə davranışları ilə bağlı qərarlar faktlara və araşdırmalara əsaslanmalıdır VİDEO

Nazir: Təhsil seçimləri maraq və bacarıqlara əsaslanmalıdır VİDEO

Nazir: Təhsil seçimləri maraq və bacarıqlara əsaslanmalıdır VİDEO

Sahibə Qafarova İndoneziyanın Azərbaycandakı yeni səfiri ilə görüşüb

Milli Məclisdə kitabxana sisteminin aktual məsələlərinə həsr olunmuş ictimai müzakirə keçirilib

Premyer Liqaya yüksələn klub daha 3 futbolçu ilə vidalaşıb

Avropalıların yalnız 11 faizi ABŞ-ni müttəfiq hesab edir - ECFR sorğusu

Energetika naziri vətəndaşların müraciətlərini dinləyib

Bəzi sosial şəbəkələrdə uşaqların intihara, terrorizmə, kiberbullinqə məruz qalma ehtimalı daha çoxdur VİDEO

Bəzi sosial şəbəkələrdə uşaqların intihara, terrorizmə, kiberbullinqə məruz qalma ehtimalı daha çoxdur VİDEO

ADU-da “Çin dili körpüsü” müsabiqəsinə yekun vurulub VİDEO

ADU-da “Çin dili körpüsü” müsabiqəsinə yekun vurulub VİDEO

Rusiya Ermənistana qarşı mövqeyini sərtləşdirir

Almaniya səfiri Azərbaycan və Ermənistan arasında sülh prosesində əldə olunmuş nailiyyətləri təqdir edib

Türk professor Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qonağı olub

Qərbi Azərbaycan və Qarabağın mətbuat tarixi öyrənilir

Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri Xızıda konsert proqramı ilə çıxış edib

Azərbaycanda urbanizasiya prosesi və mənzil siyasətinin yeni strategiyaları

Kamran Əliyev: Yetkinlik yaşına çatmayan şəxslərlə bağlı qanunvericilikdə xüsusi humanist yanaşma tətbiq olunur VİDEO

Kamran Əliyev: Yetkinlik yaşına çatmayan şəxslərlə bağlı qanunvericilikdə xüsusi humanist yanaşma tətbiq olunur VİDEO

Kamran Əliyev: Uşaqlarla bağlı hər bir hüquq pozuntusu prokurorluq orqanlarını ciddi şəkildə narahat edir VİDEO

Kamran Əliyev: Uşaqlarla bağlı hər bir hüquq pozuntusu prokurorluq orqanlarını ciddi şəkildə narahat edir VİDEO

Konstitusiya Məhkəməsi Palatasının iclasında Göyçay Rayon Məhkəməsinin müraciətinə baxılıb

Salyanda çörək istehsalı müəssisəsində nöqsanlar aşkar edilib

Naxçıvanda fəaliyyət göstərən sahibkarlar üçün proqnozlaşdırılabilən, etibarlı biznes mühiti yaradılacaq - ŞƏRH

Baş prokuror: Dünyada uşaqlara qarşı zorakılıq halları ciddi narahatlıq doğurur VİDEO

Baş prokuror: Dünyada uşaqlara qarşı zorakılıq halları ciddi narahatlıq doğurur VİDEO

Kembricdə təhsil alan azərbaycanlı tədqiqatçı: Qarabağdakı layihələr şəhərsalmanın ölkə üçün vacibliyini göstərir - MÜSAHİBƏ